525.Az

İlham Əliyev Nelson Mandelanın ölümünə görə başsağlığı verdi


 

İlham Əliyev Nelson Mandelanın ölümünə görə başsağlığı verdi<b style="color:red"></b> Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumaya CAR-ın keçmiş prezidenti Nelson Mandelanın ölümü münasibətilə başsağlığı verib.

525.az-ın məlumatına görə, başsağlığında deyilir:

“Cənubi Afrika Respublikasının keçmiş prezidenti, xalqınızın böyük oğlu, görkəmli dövlət xadimi, lider, aparteidə və rasizmə qarşı mübarizənin qəhrəmanı, Nobel mükafatı laureatı Nelson Mandelanın vəfatı xəbərindən son dərəcə kədərləndim.

Nelson Mandela Cənubi Afrika Respublikasının inkişafı, xalqının rifahının yüksəlməsi və ölkədə ədalətli cəmiyyətin qurulması istiqamətində böyük işlər görüb. Nelson Mandelanın əziz xatirəsi doğma vətənində və onun hüdudlarından kənarda milyonların yaddaşında əbədi yaşayacaq. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, Cənubi Afrika Respublikasının xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm”.
 
 





06.12.2013    çap et  çap et