525.Az

Xumar "Dünya heç kimin" mahnısını oxuyub - Audio


 

 Xumar "Dünya heç kimin" mahnısını oxuyub - <b style="color:red">Audio</b>

Əksər hallarda öz bəstələrini ifa edən sevilən müğənni Xumar Qədimova bu dəfə illərin nəğməsinə üz tutub.

Axşam.az xəbər verir ki, retro əsərlərə ikinci həyat verən sənətçi dinləyicilərinə özünəməxsus yeni ifasını təqdim edib. O, sözləri böyük şairimiz Məmməd Araza məxsus, Niyaməddin Musayevin oxuduğu “Dünya heç kimin” mahnısını səsləndirib. Öz dəsti-xəttilə seçilən Xumar Qədimova mahnıya yeni ruh, yeni can verib.

Xumar xanım sayta açıqlamasında mahnıyla bağlı bunları deyib:

“Məmməd Araz poeziyası mənim üçün bir başqa dünyadı. Sözlərin fəlsəfəsinə heyran olmamaq mümkün deyil. Mahnını sadəcə ifa etdim deyə bilmərəm. Sanki doğulan körpə kimi canımdan qopub gəldi”.

Sənətçinin yeni ifasını özəl olaraq təqdim edirik.


 





06.12.2013    çap et  çap et