525.Az

"Uğurlu gələcək Naminə" layihəsində daha bir tədbir olub- Foto


 

"Uğurlu gələcək Naminə" layihəsində daha bir tədbir olub- <b style="color:red">Foto</b> "Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək" İctimai birliyi 96 saylı orta məktəbin şagirdləri ilə görüşüb.

525.az-ın məlumatına görə, "Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək" İctimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə görüş keçirib.

Birlik erkən nikah və insan alveri ilə mübarizəni özündə əks etdirən "Uğurlu gələcək Naminə" layihəsi çərçivəsində 96 saylı orta məktəbdə olmuş, məktəbin yuxarı sinif şagirdləri ilə görüş keçiriblər.

 Görüş çərçivəsində son sinif şagirdlərinə erkən nikahların nəticələndiyi ağır fəsadlar insan alverinin qurbanına səbəb olabiləcək addımlar, çıxış yolları və mübarizə istiqamətində görülməli işlər həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu barədə məlumat verilib.
 





06.12.2013    çap et  çap et