PAYTAXTIN SƏBAİL RAYONUNUN BİR QRUP SAKİNİ YAŞADIQLARI BİNANIN QARŞISINDAKI KONTEYNER MEYDANÇASININ BAŞQA YERƏ KÖÇÜRÜLMƏSİNİ İSTƏYİRLƏR
Bakı şəhərində tez-tez rastlaşdığımız xoşagəlməz mənzərələrdən biri məişət tullantıları, daha dəqiq desək zibilliklərlə bağlıdır. Hər birimiz müntəzəm olaraq zibil qutularının yerləşdiyi məntəqələrlə bağlı narazılıqların şahidi oluruq. Zibil qutuları bəzən yaşayış məntəqələrinə o qədər yaxın ərazilərdə yerləşdirirlər ki, üfunət iyindən hətta evdə belə oturmaq olmur.
Səbail rayonu, 6017-ci məhəllə, Əziz Nəzərov küçəsi 7b saylı binanın bir qrup sakininin redaksiyamıza göndərdikləri şikayət məktubu da elə bu problemlə bağlıdır.
Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Səbail rayon Mənzil-Komunal, Təsərrüfat Birliyinə müraciət edən sakinlər yaşadıqları binanın qarşısındakı konteyner meydançasının başqaq yerə köçürülməsini istəyirlər: “Hörmətli səlahiyyət sahibləri! Bildiririk ki, yaşadığımız mənzilərin yerləşdiyi dövlət neft şirkətinə məxsus olan binamızın bir-neçə metrliyyində olan, qeyri-qanuni əsaslarla ayrılmış konteyner meydançasının oradan başqa yerə köçürülməsi barədə Bakı şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdik. Əsasımız da ondan ibarət idi ki, məişət tullantıları üçün, nəzərdə tutulan konteyner meydançasının yaşadığımız binanın bir-neçə metrliyində olduğuna görə, azyaşlı uşaqlar həmin meydançada oynayarkən zəhərlənmə ehtimalı yaranır. Bundan əlavə, üfunət iyindən binanın mənzillərində yaşamaq belə mümkün deyil. Bizim bundan əvəl Bakı şəhər İcra Hakimiyyətinə göndərdiyimiz ərizə baxılması üçün Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə göndərilib. Birlik 15 iyul 2013-cü ildə məktubla bizə cavab verib. Birliyin sədr müavini M.Seyidov tərəfindən imzalanmış məktubun sonuncu abzasında bunlar qeyd olunub: “Görülmüş tədbirlər nəticəsində qeyd edilən ünvanda məişət tullantıları daşınmış, konteyner meydançasının ətrafında yaranan antisanitariya vəziyyəti aradan qaldırılmış, ünvan Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən nəzarətdə saxlanılır”. Görünən odur ki, bina sakinləri, yəni biz konteyner meydançasının başqa əraziyə köçürülməsi barədə ərizəmizdə haqlı olmuşuq. Çünki cavab məktubunda Birlik tərəfindən həmin meydançanın antisanitariya vəziyyətində olması etiraf olunub”. Sakinlərin Birlik yetkilisinin dediyi kimi “ərazini bir-neçə gün nəzarətdə saxlaması” fikri ilə razılaşmayaraq, əslində, belə bir nəzarətin şahidi olmadıqlarını qeyd ediblər. Onlar sonradan həmin ərazi daha da acınacaqlı vəziyyətə düşdüyünü diqqətə çatdıraraq, lazımi tədbirlər görülməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəklərini bəyan ediblər: “Hazırda da həmin konteyner meydançası antisanitariya vəziyyətindədir və bu hal getdikcə daha dözülməz olur. Bundan əlavə onu da nəzərinizə çatdırırıq ki, həmin konteyner meydançasının ətrafı müxtəlif tikinti materiallarının qırıntıları ilə qalaqlanmışdır ki, bu, ümumiyyətlə, heç bir təşkilat tərəfindən heç vaxt təmizlənmir. Ona görə də bir daha sizdən sözü gedən konteyner meydançasının yerinin dəyişdirilməsini, onu qanunun tələblərinə uyğun olaraq yaşayış mənzillərindən uzaq yerə köçürülməsini xahiş edirik. Əks təqdirdə biz hüquqlarımızı məhkəmədə qorumaq məcburiyyətində qalacağıq”.
Yuxarıda qeyd etdiyimiz kimi, sözügedən məslə ilə bağlı tez-tez narazılıqların şahidi oluruq. Heç şübhə yox ki, bütün bunlar haqlı narazılıqlardır. Çünki heç bir kəs yaşayış binasının yaxınlığında zibilliyin olmasını istəməz. Bu mənzərənin müxtəlif xəstəliklərin mənbəyinin olması da qaçılmazdır.
Əslində bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında 74 saylı qərarda ümumi tələblər var.
Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin təmizlənməsinə dair ümumi tələblərdə göstərilir ki, şəhərlər və digər yaşayış məntəqələri ərazisində bərk məişət tullantıları yığılan tutumların yerləşdirilməsi üçün xüsusi sahələr ayrılmalıdır. Ayrılan sahələr açıq, döşəməli, sukeçirməyən örtüklü və imkan daxilində yaşıllıqla əhatələnmiş olmalıdır. Sahələr elə seçilməlidir ki, tullantıların iyi yaşayış sahəsinə yönəlməsin. Tutumların sayının və həcminin müəyyən olunması üçün onlardan istifadə edəcək əhalinin sayı, tullantıların yığılma norması, tullantıların müvəqqəti saxlanılması müddətinin nəzərə alınmalıdır. Tutumların həcmi tullantıların daha çox əmələ gəlmə dövründə faktiki yığıma əsasən hər bir nəfər üçün gündə azı
Yuxarıda qeyd etdiyimiz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 saylı qərarında şəhərlər və digər yaşayış məntəqələri ərazisinin təmizlənməsinə dair ümumi tələblərində hər şey aydın şəkildə ifadə edilib. Belə bir təqdirdə isə, aidiyyatı qurumların, təşkilatların bir çox halda məişət tullantıları ilə əlaqədar atdığı addımların buna zidd olması başadüşülən deyil. Bu, ya məsuliyyətsizlik, işini bacarmamaq, ya da mövcud tələblərə, Nazirlər Kabinetinin qərarlarına əhəmiyyət verməməkdir.
Aqil LƏTİFOV



çap et