525.Az

Tarkanın konsertinə biletlərin qiyməti bəlli oldu


 

Tarkanın konsertinə biletlərin qiyməti bəlli oldu<b style="color:red"></b>

Türkiyənin meqastarı Tarkanın dekabrın 31-də Qubada verəcəyi konsertə biletlərin qiymətləri məlum olub.

Axşam.az xəbər verir ki, Yeni il gecəsində iştirak etmək istəyənlər 2 növ bilet sifariş verə bilər.

Standart biletlərin qiyməti 350 manat, VİP bilet isə 500 manatdır. VİP bilet sahiblərinə özəl xidmət göstəriləcək.

Tamaşaçılar gecə saat 11-də "Rixos Hotel"də qarşılanacaq. Saat 12-dək onlara pulsuz içki və soyuq qəlyanaltı masası təklif olunacaq.

Saat 12-də Yeni il atəşfəşanlığı başlayacaq və bundan sonra Tarkan səhnəyə çıxacaq. Müğənninin ifası saat 00:30-dan 02:30-dək nəzərdə tutulub. Daha sonra yenidən içki və soyuq qəlyanaltı süfrəsi qonaqların ixtiyarına veriləcək. Gecə saat 3-də isə səhnəyə türkiyəli dicey Burak Yetər çıxacaq.

 





06.12.2013    çap et  çap et