525.Az

"DÇ-2014"ün püşkü atıldı


 

"DÇ-2014"ün püşkü atıldı<b style="color:red"></b>

Bu gün Braziliyanın Kosta-du-Sauipe şəhərində futbol üzrə dünya çempiontının final mərhələsinin püşkü atılıb.

Qol.Az-ın məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Reqlamentə əsasən mundialın 32 iştirakçısı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb. Artıq bütün komandaların yer aldıqları qruplar müəyyənləşib.

Qeyd edək ki, gələn il Braziliyada təşkil olunacaq dünya çempionatının açılış oyunu iyunun 12-nə nəzərdə tutulub. Final matçı isə iyulun 13-də, Rio de Janeyronun məşhur "Marakana" stadionunda keçiriləcək. 

A qrupu: Braziliya, Xorvatiya, Meksika, Kamerun 

B qrupu: İspaniya, Hollandiya, Çili, Avstraliya

C qrupu: Kolumbiya, Yunanıstan, Fil Dişi Sahili, Yaponiya,

D qrupu: Uruqvay, Kosta Rika, İngiltərə, İtaliya


E qrupu: İsveçrə, Ekvador, Fransa, Honduras

F qrupu: Argentina, Bosniya və Herseqovina, İran, Nigeriya 

G qrupu: Almaniya, Portuqaliya, Qana, ABŞ

H qrupu: Belçika, Əlcəzair, Rusiya, Cənubi Koreya

 





06.12.2013    çap et  çap et