525.Az

Yaşıllıq-sağlam həyatın təminatçısı


 

Yaşıllıq-sağlam həyatın təminatçısı<b style="color:red"></b>

ekoloq -jurnalist 

Doğma Azərbaycanımızın bütün bölgələrini, demək olar ki, qarış-qarış gəzmişəm. Hər dəfə bir ekoloq-jurnalist kimi məni yol boyu yaşıllıqların vəziyyəti düşündürür. Sözsüz ki, təbiətə həssas münasibət təkcə peşəkarların marağında deyil. Sadə adamlar, təbiət həvəskarları vəzifəsindən asılı olmayaraq hər kəs  flora faunamızın  zənginləşməsinə, qorunmasına sevinir, talan edilməsinə, dağılmasına narahatlıq hissi keçirirlər. KİV-in təqdim etdiyi bir çox tərəfsiz, ədalətli süjetlər  ümumi işimizə ancaq xeyir gətirmək missiyasını yerinə yetirir. Paytaxtımızda, şəhərimizdə, rayon mərkəzlərimizdə ekoloji vəziyyətlə,  xüsusilə yaşıllıqla bağlı yeniliklər problemləri indi bütün vətəndaşlarımız saf-çürük, mühakimə təhlil edir, süzgəcdən keçirirlər.

Dövlət başçımız  cənab İlham Əliyev  təbiətimizə, yaşıllığa ürəkdən bağlıdır. Təsadüfi deyil ki, Prezidentimiz hər bir ümumidövlət əhəmiyyətli tədbirdə ekoloji problemləri  ciddi məsələ kimi önə çəkir, bu sahəyə rəhbərlik edənlərdən, həmçinin bütün icra strukturlarından  ciddi məsuliyyət tələb edir.

  "Ekologiya ili", "Hərəyə bir ağac əkək!", "Yaşıllıq ayı"  bir-birini tamamlayan çox nəcib   xeyirxah  tədbirlərdir.  Belə ekoloji tədbirlərin sayı artdıqca ölkəmizin iqtisadi qüdrəti ekologiya  arasında çox mühüm tarazlıq yaranır. Bu tarazlığı qoruyub-saxlamaq, onun təbliği  ilə məşğul olmaq torpağını, vətənini sevən hər bir vətəndaşın borcudur. Son vaxtlar Bakıda ağacların qeyri-qanuni qırılması dayanmış, ucqarlarda bu ciddi şəkildə nəzarətə götürülmüşdür. Rəhbərlərimiz haqlı olaraq tələb edir ki, təbiətin qayğısına qalmaq prosesi kampaniya xarakteri daşımamalıdır. 

  Paytaxtımızdan ölkəmizin müxtəlif istiqamətlərinə uzanan magistrallar boyu ucalan ağaclar, bir-birini tamamlayan yaşıllıqlar yalnız gözəllik üçün deyil. Bu yaşıllıqlar sanki insanla yol yoldaşıdır. Belə yaşıl tunellərlə hərəkət etdikcə darıxmırsan. Elə bil ən müdrik ağsaqqal, ən yaxşı təbib sənin yol yoldaşındır, həmsöhbətindir. Boz səhralar insanı darıxdırır, ancaq kol dibindən boylanan hürkək bir ana ceyran bizə yeni ovqat bəxş edir.  Sonda təbiəti bizimlə bir ailəyə çevirir. Burada insan təbiətin həmahəngliyi yaranır. Bakı-Astara şosesinin Cəlilabad -Astara hissəsində yol boyu uzanan qiymətsiz yaşıllıq zolağına etinasız baxmaq olarmı? Həm yayda, həm qışda göz oxşayan, qəlbi düşüncəni zənginləşdirən "palıd məclisləri" insan əməyinin bəhrəsidir. Bu nemətin dəyərini sözlə ölçmək mümkün deyil. Hər vaxtsız külək  meyvə ağaclarını,  tərəvəz kollarını, pardaqlanmış  çiçəkləri çırpanda, meyvələrini yerə tökəndə əkinçi  ürəkdən gələn bir təəssüf hissi keçirər. Bu təəssüf süfrəmizə, sağlamlığımıza dəyən zərərin təəssüfüdür.    Süfrəmizin bərəkətini özgə ölkələrdən almaq bizə yaraşarmı?! Bunu dəyərləndirə  bilməyənlər qoruyucu zolaqlara səhlənkar münasibət bəsləyir. Bu, acı gülüş doğurur. Bəzən min əzab-əziyyətlə boya-başa çatdırılan yaşıllıqlar bir göz qırpımında məhv edilir. Əvəzində isə yerli-yersiz tikintilər peyda olur. Biz torpaqlarımızın şoranlaşmasını, qeyri-məhsuldar olmasını istəmiriksə, min zəhmət hesabına yaradılmış meşə zolaqlarını, heç olmasa, mövcud  tarlaqoruyucu zolaqları qoruyub  artırmalıyıq.

Ulu Öndər Heydər Əliyev demişdir: "...Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir..." Bu sözlər hamımıza dahiyanə dəstəkdir, əyilməz qüdrətdir. Vətənpərvərliyin əbədiyyətə uzanan sərt həqiqətidir.

Əziz təbiətsevərlər,  təbiətdə harmoniya pozulanda  etiraz elə birinci təbiətin özündən başlanır. Meşələr seyrəlir, bulaqların gözü quruyur, torpaq erroziyaya uğrayır, sinəsi parça-parça olur, cığırlar qırılır, ceyranlar seyrəlir, ağaclar yıxılır, quşlar perikir, göllər dayazlaşır, sonalar isə yox olur. Şəlalələr quruyur, şaqraq musiqilər kasadlaşır, təbiətin cılızlaşmasına dözə bilməyən dağ çaylarının libaslı gəlini - şəlalə özünü qayadan atır... Özünə qəsd edir, insanlar ayılır. Gözəlliyin faciəsi onları silkələyir. Dünən adi qəbul etdiyimiz, fərqinə varmadığımız hadisələr bu gün bizi həyəcanlandırır. Təbiət qayğı tələb edir, insanlardan isti münasibət istəyir. O, bu qayğını elə insanların özünə görə istəyir, onlara qaytarmaq üçün istəyir... Ağacı, yaşıllığı, meşəsi çox olan yaşayış məntəqələrindəki insanlar həmişə sağlam olur, çox yaşayır. Yaşıllığı zəngin olan yerlərdə uzun ömürlü insanlar çox olur. Yaşıllıq çox olan yerdə  vaxtsız ölüm az müşahidə olunur. Meşə, yaşıllıqlar olmayan yerdə çoxlu xəstəliklər hökmranlıq edir. Meşəsiz yerlərdə insanlar darıxır, insanların dərdi artır. İnsanları həm soyuqdan, həm istidən, həm küləkdən qoruyur meşələr. Ağacı çox olan kəndin məzarı az olur - deyiblər. Təbiət insanın köməyi sayəsində daha da gözəlləşir, zənginləşir. İnsanlar təbiətin misilsiz nemətlərindən daim istifadə edir. Dahi insanlar həmişə təbiətə, yaşıllıqlara, meşələrə, bulaqlara, çaylara, dənizlərə təbabət sahəsi kimi baxıblar. Təbiətin misilsiz nemətlərindən daim istifadə edən insanlar təbiətə təbiət kimi öz səxavət əlini həmişə uzatmalıdır. Ana təbiətin keşiyində durmaq, təbii sərvətlərimizi qorumaq hər bir Vətən övladının müqəddəs borcudur. Təbiətin varlığı, təbiətin saflığı, təbiətin zənginliyi, insanların sağlamlığı, firavanlığı, dincliyidir, ekoloji tarazlığın qorunmasıdır.

Meşələr, yaşıllıqlar torpaq örtüyünün aşınmasının qarşısını alır. Onu təbii komponentlərlə zənginləşdirir. Bu gün bütün bəşəriyyət ekoloji problemlərlə üzləşir. Artıq dünyada baş verən dəhşətli ekoloji fəlakətlər insanların təbiətin qorunmasına, yeni-yeni yaşıllıqların salınmasına vadar edir, yeni-yeni ekoloji layihələr həyata keçirilir. Atmosferi çirkləndirən zəhərli maddələrin yandırılıb havaya buraxılmamasına çarə axtarılır.  Burada böyük məhəbbətdən kiçik haşiyə çıxım. Doğma Qarabağımızın azad edilməsi hamımızın şərəf işidir. Hər kəs öz yerində, öz işində əsir Vətənimizi azad etməyə töhfəsini verməyi bacarmalıdır. Əgər komissiyalarımız, rəsmilərimiz  Vətənə xidmət edən gənclə, xidmət etməyən gənci fərqləndirə bilirsə, mənim fikrimcə, bu elə Qarabağımıza xidmətdir. Bu haşiyə həm onun üçündür ki, hər kəs- məmurdan tutmuş sıravi vətəndaşa qədər təbiətin, yaşllığın qədrini  bilməli öz hüdud imkanları dairəsində onu  qorumağı bacarmalıdır.  Bir sıra rayonlarda, magistral yol kənarlarında yaşıllıqlar qayğı ilə qorunursa, bəzilərində bu  diqqət zəifdir. Hətta bəzən bir rayonun daxilində bir bələdiyyənin ərazisində yaşıl zolaqlar göz oxşayır, onunla qonşu bələdiyyənin ərazisində isə yaşıl zonalar "qəm karvanı"na dönür. Bu ziddiyyət nədən doğur? Yəqin ki, həmin ərazinin kiçik məmurlarının işə münasibətindən. Burada yalnız məmurun yox, ziyalının, yerli ictimaiyyətin laqeydliyindən gileylənmək lazım gəlir.   

Onu da fəxrlə deyə bilərəm ki, bu gün hələ sovet dönəmində Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə salınmış yaşıllıqlar tarlaqoruyucu meşə zolaqları çox yerlərdə məsuliyyətlə qorunur.  Lənkəran rayonunun Cil, Xarxatan, Şağlaser, Separadi, Vilvan  kəndlərində  yaşıllıqlar  mühafizə edilir.  Masallı Astara rayonlarında da bunun canlı şahidi  oluruq.  Bu, əlbəttə, xeyirxah bir əməl kimi müsafirlərin diqqətini cəlb edir. Yerli ziyalılarımız da, ağsaqqallarımız da kəndin gözəlliklərinə xələl gətirə biləcək  xoşagəlməz halların qarşısını almaqla bərabər, onun füsunkar təbiətini qorumaq, yaşıllıqlarını daha da artırmaq qayğısına qalırlar.

Hörmətli Prezidentimiz İlham Əliyevin dəyərli ekoloji tövsiyələri, imzaladığı sərəncamları respublikamızda ekoloji tarazlığın pozulmasının qarşısının alınması, ətraf mühitin təbii sərvətlərimizin qorunub saxlanması kimi ümumbəşəri əhəmiyyətli işin təzahürüdür. Ekologiyamızda dönüş yaratmaq üçün dövlət başçımızın yorulmaz fəaliyyəti, uzaqgörən siyasəti hamımız üçün nümunədir. Qəlbən deməliyəm ki, bu nümunənin nəticəsini, bu dönüşün əhəmiyyətini təbiətimiz görür. Balaxanıda istifadəyə verilmiş  nəhəng məişət  tullantıları zavodu ətraf-mühitin mühafizəsinə əvəzsiz töhfədir. Qonşu dövlətlərlərdə belə qlobal əhəmiyyətli obyekt yoxdur.

Ölkə başçısının sərəncamlarına, tövsiyələrinə vaxtında canıyananlıqla cavab verən  Ekologiya Təbii Sərvətlər Nazirliyi ölkə əhalisinin sağlamlığına, rahatlığına hesablanmış tədbirlər kompleksi həyata keçirir. Nazir H.Bağırov bu tədbirlərin həyata keçirilməsində şəxsən iştirak edir. Son illərdə müxtəlif yaşıllaşdırma tədbirlərində nazirlik milyonlarla ağac tingin əkilməsinə nail olub. Doğrudan da, bu bir kampaniya səciyyəsi daşıyan tədbir deyil. Ölkəmizin hər yerində, hər  fəslində ardıcıl olaraq həyata keçirilən yaşıllaşdırma işləri yeni texnoloji  proseslərə uyğun həyata keçirilir. Vətəndaşlarımızın gözü qarşısında reallaşdırılan işlər həcmcə hüdudsuzdur. Yaşıllaşdırma işlərinin möhtəşəmliyini təsəvvür etmək üçün bəzi faktları canlandırmaq yerinə düşərdi: Qısa zaman ərzində 1556 hektarda yaşıllaşdırma işləri aparılıb, 2172 hektarda müasir damcılı suvarma sistemləri qurulub, 2 milyona qədər müxtəlifcinsli ağac kollar əkilib. Əkilmiş ağac kolların çox hissəsi ölkədə yetişdirilmiş, bir qismi isə xaricdən alınıb. Bakı- Qazax magistral yolunun Atbulaq-Hacıqabul hissəsində (110 ha), yerli ağac cinsləri - Eldar şamı, sərv, tuya, göyrüş, ağcaqayın, akasiya, iydə, nar, qarağac, xarici ağac cinsləri-zeytun, arizona sərvi, sidr, palma əkilib. Hövsan - Binə - Heydər Əliyev Beynəlxalq Hava Limanı ətrafındakı  ərazidə 196 ha yaşıllaşdırma işlərində 200 mindən çox ağac kol əkilib. Hövsan-Binə-Dədə Qorqud qəsəbələrinin ərazilərində, Bakı-Astara avtomobil yolunun Ələt-Salyan hissəsində yüz hektarlarla  ərazidə ağac kol əkilib. Bakı-Şamaxı, Bakı-Quba magistral yolları boyu görülmüş yaşıllaşdırma işləri hamının gözü qabağındadır. Bu işlər sürətlə davam edir. Bəzi faktları, rəqəmləri sadalamaqla görülən görülməkdə olan işlərin miqyası haqqında oxucularda müəyyən təsəvvür yaratmaq istədim. Bu, görülən işləri qabartmaq məqsədilə yox, onun əhəmiyyətini dəyərləndirmək məqsədilə edilir. Təsəvvür edin ki, bir hektar meşə bir ildə 10-20 ton karbon qazı udur, o qədər oksigen buraxır. Bu, bir sutkada 5 min insanın qəbul etdiyi oksigenin miqdarına bərabərdir. Buna görə yaşıllaşdırma bizdə sevinc nikbinlik doğurur. Ən əsası odur ki, bu nikbinlik bütün ölkə əhalisində hiss olunur. Sevinirik ki, ölkəmizin ekologiyası da onun sürətli iqtisadi addımlarından geri qalmamaq üçün ona layiqli dəstək olmaq üçün cəsarətli addımlar atır.            

 





06.12.2013    çap et  çap et