525.Az

Peskov Putinin səhhəti barədə danışdı


 

Peskov Putinin səhhəti barədə danışdı<b style="color:red"></b>

"Rusiya Prezidenti Vladimir Putinin sağlamlığı yerindədir, səhhəti çox yaxşıdır. Bu, onun iş qrafikindən də görünür”.

APA nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov Birinci kanalda yayımlanan “Bolşaya iqra” proqramında deyib.

"Baxmayaraq ki, bütün təmaslar videokonfrans rejimində həyata keçirilir, adi vaxtla müqayisədə keçirilən tədbirlərin sayı çoxalıb. Təbii ki, daha çox intensiv işləmək lazım gəlir", - deyə D.Peskov bildirib.

 





11.04.2020    çap et  çap et