525.Az

Bizim Prezidentimiz


 

Bizim Prezidentimiz<b style="color:red"></b>

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də xalqın etimadını növbəti dəfəf qazanaraq dövlət başçısı seçilməsindən 2  il ötür.

İlham Əliyev ölkə başçısı olduğu illərdə, eləcə də son 2 ildə Azərbaycan vətəndaşının rifahını hər zaman prioritetdə saxlayıb. Dövlət başçısının son 2 illik prezidentlik dövrünə nəzər salsaq, görərik ki, ölkəmizin tam dayanıqlı inkişafı ötən illərdəkindən də yüksək səviyyədə təmin olunub, ölkəmizdə həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlara imza atılıb. Hər kəsə məlumdur ki, dövlət başçısının apardığı uğurlu siyasət onun rəhbərlik etdiyi ölkənin ən müxtəlif faliyyət sahələrində müşayiət olunan və ildən-ilə daha böyük vüsət alan tərəqqi, xalqın hər il atan rifahı, ən əsası isə respublikada hökm sürən sabitliklə ölçülür. Sabitlik hər bir ölkənin inkişafı üçün ən əsas amildir. İlham Əliyevin prezidentliyi dövründəAzərbaycan əlahiddə sabitlik şəraitində yaşayıbr. Cənab Prezidentin öz çıxışlarında vurğuladığı kimi, “xalq tərəfindən bizə göstərilən dəstək, bizim siyasətimizə verilən yüksək qiymət bizi daha da ruhlandırır və eyni zamanda ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir”.

Danılmaz faktdır ki, ölkəmizin dünyadakı mövqeyi dövlət başçısının apardığı uğurlu xarici siyasətin nəticəsidir. Azərbaycanda hər il keçirilən onlarla mötəbər beynəlxalq tədbirlər həm ölkəmizin dünyadakı mövqeyini əks etdirir, həm də bu mövqeyi daha da möhkəmləndirir. Bizim beynəlxalq nüfuzumuzun ildən-ilə artması sayəsində Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır. Buna xüsusilə diqqət yetirmək lazımdır ki, İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Azırbaycana il ərzində həm ikitərəfli görüşlər formatında, həm də beynəlxalq tədbirlərdə iştirak məqsədilə 40-dan çox dövlət və hökumət başçısı səfər edir. Qonşu dövlətlərlə yüksək səviyyəli, etibarlı münasibətlərin qurulması sahəsində də Azərbaycan Prezidentinin fəaliyyəti digər ölkə başçılarına bir nümunədir.  Respublikamızın ən böyük uğurlarındandır ki, Azərbaycanın digər dövlətlərlə çox möhkəm və qarşılıqlı maraqlar əsasında formalaşmış əlaqələri mövcuddur. Bu da onu deməyə əsas verir ki, beynəlxalq arenada dövlətimizə olan hörmət və etimad ən yüksək səviyyədədir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev yüksək intellektə və dərin dünyagörüşünə malik siyasi xadim, dövlət başçısıdır. Ayrı-ayrı ölkə rəhbərləri, eləcə də dünyanın tanınmış ictimai-siyasi liderləri ilə keçirdiyi ən müxtləf səviyyəli görüş və qəbullar zamanı dövlət başçımızın ortyaya qoyduğu siyasi iradə, Azərbaycanın maraqlarını hər şeydən üstün tutması bir vətəndaş kimi daima bizi qürurlandırır.  Uzağa getməyək, bu il fevral ayının 15-də, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə gerçəkləşən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə təkcə biz Azərbaycan vətəndaşları deyil, bütün dünya ictimaiyyəti düşmən ölkə rəhbərinin necə aciz duruma düşdüyünün şahidi oldu. Paşinyan növbəti dəfə öz yalanları ilə beynəlxalq auditoriyanı çaşdırmağa cəhd göstərsə də, İlham Əliyev sözün əsl mənasında Ermənistanın baş nazirinə tarix və hüquq dərsi keçərək tutarlı fakt və dəlillərlə rəqibini dünya ictimaiyyəti qarşısında çıxılmaz duruma saldı.

... Regionun əsas iqtisadi güc mərkəzinə çevrilmiş müasir Azərbaycanda həyata keçirilən ardıcıl siyasi, sosial, iqtisadi islahatlar, əldə olunan uğurlar, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması məhz Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyətli mövqeyi sayəsində mümkün olub. Dövlət başçımızın rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən layihələr və əldə edilən böyük nailiyyətlər bizi hər il daha güclü, daha nüfuzlu Azərbaycan amalına aparan böyük niyyətin mərhələləridir. Azərbaycanın keçdiyi son 2 illik bir tarixə nəzər yetirsək, görərik ki, həm siyasi, iqtisadi, sosial, həm də kadr və struktur islahatları sahəsində dərin və əhəmiyyətli nailiyyətlərə imza atılıb. Bu islahatlar inkişafımızın bundan sonrakı mərhələdə daha da uğurlu olacağına böyük imkanlar və ümidlər yaradır. Əminliklə demək olar, cənab İlham Əliyevin dövlətimizə başçılıq etdiyi növbəti illərdə də Azərbaycan yenə böyük uğurlarla inkişaf edəcək, indikindən də güclü, indikindən də nüfuzlu, bütün dünyanın həaəd aparacağı bir dövlətə çevriləcək.

 





11.04.2020    çap et  çap et