525.Az

Günay Əfəndiyeva bir aylıq maaşını ianə etdi


 

Günay Əfəndiyeva bir aylıq maaşını ianə etdi <b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bir aylıq maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Moderator.az-a açıqlamasında Günay Əfəndiyeva bildirib ki, insanların yardım təşəbbüsü Azərbaycan cəmiyyətində mərhəmət və şəfqət kimi hisslərin mövcudluğundan xəbər verir:

"Cənab prezidentin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondununun yaradılmasını yüksək qiymətləndirirəm. Bu, şübhəsiz ki, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır, eyni zamanda, birliyinin, həmrəyliyinin göstəricisidir. Mən də öz növbəmdə Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir aylıq maaşını tam həcmdə ianə etdim. Ümid edirəm ki, ümumi səylərimiz mütləq nəticə verəcək. Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək"

 





11.04.2020    çap et  çap et