525.Az

İnsan amilinə əsaslanan sosial siyasət


 

İnsan amilinə əsaslanan sosial siyasət<b style="color:red"></b>

"DH-Hüquq Consulting" Şirkətinin
vitse-prezidenti, hüquq elmləri namizədi

"Mənim həyat amalım bütün varlığım qədər sevdiyim  Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü iradəmi yalnız müdrik qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib bütün uğurlarımı təmin edib".

Heydər Əliyev

Prezident İlham Əliyev dövlət başçısı kimi  fəaliyyətə başladığı ilk gündən xalqa, cəmiyyətə daim diqqətlə, böyük qayğıkeşliklə, həssaslıqla  yanaşır. Məhz buna görə əhalinin həyat səviyyəsinin yüksələn xətt üzrə inkişafı,  yoxsulluq probleminin birdəfəlik həlli istiqamətində  mühüm tədbirlərin reallaşdırılması dövlətimiz üçün prioritet vəzifədir. Həyata keçirilən islahatlar  hər bir vətəndaşın, hər bir ailənin həyatında  öz müsbət əksini tapır. Əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəlməsi, insanların maddi gəlirlərinin mütəmadi artması beynəlxalq miqyasda da açıq etiraf olunur. Göstərilən sosial digər xidmətlər müsbət istiqamətdə əsaslı kəmiyyət keyfiyyət dəyişikliyinə səbəb olur. Burada bir neçə rəqəmə nəzər salmaqla fikrimizi təsdiq edə bilərik: Son on il ərzində maaşlar 6 dəfə, pensiyalar 10 dəfə artıb, işsizlik 4,8 faizə düşüb, yoxsulluq 10 dəfə azalıb, adambaşına düşən ÜDM-in həcmi 8000 dollara yaxınlaşır...

Burada bir həqiqəti unutmayaq: Azərbaycan Prezidentinin ötən illərdə həyata keçirdiyi sosial-iqtisadi siyasət milli maraqların qorunmasını təmin edir, xalqın mənafeyilə tam uzlaşır. Bəli,  indi ölkəmizdə  iqtidar xalq arasında sarsılmaz birlik, monolitlik  mövcuddur. Başqa sözlə, xalq-iqtidar birliyinin möhkəm zəminə söykənməsi, əsaslı bazis üzərində qurulması ölkəmizin dinamik inkişafı, tərəqqisi ilə nəticələnib.

Cənab İlham Əliyevin fəaliyyətində nəzərə çarpan  ən mühüm cəhətlərindən biri sadə insanların qayğıları ilə yaşaması, onların üzləşdikləri çətinliklərin aradan qaldırılması istiqamətində konrket addımlar atmasıdır. Elə buna görə dövlətimizin başçısı tutduğu vəzifədən asılı olmayaraq hər bir məmurdan  eyni nümunə sərgiləməsini-vətəndaşa həssas münasibət, insanlara qayğı göstərməsini tələb edir. Bildirir ki, bütün vəzifəli şəxslər, məmurlar insanlara ləyaqətlə xidmət etməli, onlara kömək göstərməlidirlər.  Ona görə Prezidentin məmur məsuliyyəti onun xalq qarşısında daşıdığı öhdəliklər mövzusuna  toxunması təsadüfi deyil: "Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır".

İlham Əliyevin xalqa arxalanması, xalqdan güc alması onun ulu öndər Heydər Əliyev kursuna sadiqliyi, bu kursu  inam qətiyyətlə həyata keçirməsi ilə bağlıdır.  Yaxşı xatırlayırıq, ümummilli lider qazanılan uğurları xalqın adı ilə bağlayır hər bir nəticəni xalqın iradəsinin ifadəsi kimi qiymətləndirirdi: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim  Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü iradəmi yalnız müdrik qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib bütün uğurlarımı təmin edib".

Məhz buna görə Heydər Əliyev idarəçilik məktəbi siyasi kursu bu gün örnək kimi yüksək qiymətləndirilir, əldə rəhbər tutularaq istiqamət proqramı kimi qəbul edilir.

Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev insanlarla təmasa, ünsiyyətə  daim önəm verir. Dövlət başçısı paytaxtda, eləcə müxtəlif bölgələrdə keçirdiyi görüşlərdə insanların arzu istəklərini diqqətlə dinləyir, problemlərin yerindəcə həlli üçün əlaqədar  qurumlara müvafiq göstərişlərini verir.  Təbii ki, bu da hər bir vətəndaşın ölkə rəhbərinə  inamını, ümidini  artırır.

Yuxarıda qeyd etdiyimiz kimi, ölkə Prezidentinin tapşırıq tövsiyələrinə uyğun olaraq görülən böyük quruculuq işləri vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasına, onların qayğı problemlərinin həllinə əlverişli  şərait yaradır. Eyni zamanda, dövlət orqanlarında idarələrində vətəndaş müraciətlərinə daha həssaslıqla yanaşılması, dövlət məmurlarının onlara qayğısının artırılması  hər bir insanın  dövlətin cəmiyyətin mövcud imkanlarından daha yaxşı bəhrələnməsini  reallaşdırır.

Ölkə Prezidenti bütün çıxışlarında dövlətimizin yeritdiyi siyasətin mahiyyətindən bəhs edərkən onun mərkəzində məhz  insan amilinin, Azərbaycan vətəndaşının dayandığını böyük qürur hissi ilə xatırladır, əhalinin sosial təminatının, maddi vəziyyətinin yaxşılaşdırılması  üçün geniş miqyaslı sosial-iqtisadi  islahatların həyata keçirilməsinin zəruriliyini vurğulayır.

Mənsub olduğu xalqın etimadını əməli fəaliyyəti ilə doğrultmaq, milyonlarla insanın rəğbətini qazanaraq liderlik səviyyəsinə yüksəlmək heç hər bir rəhbərə nəsib olmur. Yalnız hakimiyyəti millətə layiqli xidmət vasitəsi kimi dəyərləndirən bunu əməli fəaliyyəti ilə sübuta yetirən şəxsiyyətlər milyonlarla insanın iradəsi əsasında seçkilərdə uğur əldə edərək dövlətə rəhbərlik imkanı  qazanırlar. Fəaliyyətində ictimai rəyə əsaslanan, hər bir fərdin maraq mənafeyini özündə ehtiva edən siyasət hər zaman ictimai etimada yiyələnir, dəstəklənir.

Görülmüş işlərə dair hesabatların verilməsi cəmiyyətdə şəffaflığın sosial ədalət normalarının qorunmasını təmin edir, dövlət məmurlarının xalq Prezident qarşısında məsuliyyətini artırır, onları nəzərdə tutulan vəzifələrin uğurla reallaşdırılması üçün daha səylə, əzmlə  çalışmağa yönəldir.  Məhz bu baxımdan "Hər bir məmur xalqının xidmətçisi olmalıdır" - deyən Prezident İlham Əliyev hakimiyyəti xalqa layiqli xidmət məramı, məqsədi  kimi dəyərləndirir.

Azərbaycan Prezidenti öz işinə laqeyd yanaşan, vətəndaşların şikayətlərinə etinasız baxan vəzifə borcunu layiqincə yerinə yetirə bilməyən məmurlara daim xəbərdarlıq edir barələrində ciddi ölçü götürür. Bu, eyni zamanda cənab İlham Əliyevin dövlət idarəçiliyi sahəsində qədər böyük səriştəyə, təşəbbüskarlığa, insanlara qarşı münasibətdə diqqətə, həssaslığa  malik lider olduğunu parlaq şəkildə əks etdirir.

Dövlət başçısının  idarəçilik keyfiyyətləri sırasında diqqətçəkən ən mühüm məqam ictimai öhdəliklərə, xalq qarşısında verdiyi hər bir vədə yüksək sadiqlik göstərməsi, xalqın sosial rifahının yaxşılaşdırılması, ölkənin iqtisadi cəhətdən möhkəmlənməsi üçün davamlı tədbirləri həyata keçirməsidir. "Əsl siyasət konkret, real görməkdir" devizinə daim sadiq qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının əsasında hər bir vətəndaşın maraq mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi dayanır.

 

Ölkənin rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən cəmiyyətdə saflığın, təmizliyin şəffaflığın təmin edilməsinə çalışan Prezident İlham Əliyev bu işdə bilavasitə vətəndaşların problemləri ilə əlaqədar olan, onlarla gündəlik ünsiyyətdə olan dövlət məmurlarının qarşısında ciddi vəzifələr qoyur qəti surətdə tələb edir: "... Dövlət məmurlarının məsuliyyəti artmalıdır. Dövlət məmurları xalqa xidmət edir etməlidirlər... Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq Vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır".

Məhz elə bunun nəticəsidir ki, Azərbaycan vətəndaşları gündəlik həyatda qarşılaşdıqları hər bir problemin həllində dövlət orqanlarının qayğı diqqətindən bəhrələnir, onlar üçün yaradılmış həyat şəraitinin kifayət qədər yüksək olduğunu görür hiss edirlər.

Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyasının, dərindən düşünülərək hazırlanmış çoxsaylı dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Azərbaycanda əhalinin həyat şəraiti, gəlirləri xeyli yüksəlib. İnsan inkişafı indeksinin orta illik artım tempinə görə Azərbaycan MDB məkanında birinci yerə layiq görülüb, "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" qrupuna keçib. Ümumiyyətlə, 2003-2013- illərdə İnsan İnkişafı İndeksinin artım sürətinə görə Azərbaycan orta dünya göstəricisini iki dəfə qabaqlayaraq planetin top-15-liyinə daxil olub.  BMT yanında İnkişaf Artım Komissiyasının son məruzəsinə görə, 1950-ci ildən sonra yalnız 13 ölkədə belə sürətli inkişaf müşahidə edilib.  Avropa İttifaqının maliyyələşdirdiyi "Avropa Qonşuluq Barometri" sorğusunda bildirilir ki, 1000 respondentdən 920 faizi Azərbaycan hökumətinə inanır.

Azərbaycan Prezidenti əhalini daha çox düşündürən narahat edən məsələləri daim diqqət mərkəzində saxlayır, rayon mərkəzləri kəndlərin, xüsusilə Bakı şəhərinin qazla təchizatının daha da yaxşılaşdırılması, paytaxtətrafı qəsəbələrin inkişaf proqramının başa çatdırılması,  yolların tikintisinə diqqət yetirilməsi, qaçqınların məcburi köçkünlərin problemlərinin həllinə daha çox vəsait ayrılması, əhalinin rahatlığı üçün "ASAN xidmət" qurumunun fəaliyyətinin genişləndirilməsi, etibarlı ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığını yaxşılaşdırmaq məqsədilə yeni idman obyektlərinin istifadəyə verilməsi  kimi məsələlərin həllinə mühüm önəm verir, icrasını diqqət mərkəzində saxlayır.

İlham Əliyev oktyabr ayının 19-da keçirilən andiçmə mərasimində demişdi ki, Azərbaycanda güclü ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır. Sosial məsələlərin həlli üçün böyük vəsait ayrılır. Son 10 il ərzində Azərbaycanda 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 olimpiya mərkəzi tikilib, tarixi abidələrimiz bərpa edilib. Azərbaycanda 1 milyon 200 min yeni yeri açılıb. İşsizlik kimi ciddi problemin böyük hissəsi, demək olar ki, həllini tapıb. İşsizliyin səviyyəsi təxminən 5 faiz həddinə düşüb... Bölgələr abadlaşıb, canlanıb. Yerlərdə  infrastruktur yaradılıb regional proqramların icrası nəticəsində bölgələrlə paytaxt arasında fərq azalıb. Bir sözlə, sosial siyasət bundan sonrakı illərdə prioritet istiqamət olaraq qalacaq, iqtisadi sahədə uğurlar əminəm ki, bundan sonra da davam edəcək.

Azərbaycan Prezidentinin sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2013- il sentyabrın 1-dən 100 manat müəyyən edilib, Milli Qəhrəmanların şəhidlərin ailə üzvlərinin, əlillərin digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğləri artırılıb. Yoxsulluğun azaldılması sosial təminatın gücləndirilməsi məqsədilə səmərəli  ünvanlı sosial yardım mexanizmi yaradılıb.

Xatırladaq ki, iqtisadi inkişaf potensialı müasir dövrdə hər bir dövlətin gücünü müəyyənləşdirən  başlıca amildir. Ümumiyyətlə, hər bir ölkənin  problemlərinin ən səmərəli yolu məhz iqtisadi-sosial tərəqqidən keçir. Ona görə respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu,  bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanılmasıdır. Dövlət başçısı İlham Əliyev bu reallığı daim önə çəkir. Çünki  insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmyə müsbət təsir göstərir.

Dərindən düşünülmüş sosial siyasət nəticəsində son 10 ildə əhalinin rifahının yüksəldilməsinə, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çoxsaylı tədbirlər reallaşdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması mütəmadi xarakter daşıyıb. Sonuncu dəfə əmək haqları  Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il  sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb. Təbii ki, bu zaman məcburi köçkünlərin yemək xərclərinin, uşağa qulluğa görə ödənişli sosial məzuniyyətdə olanların  müavinətlərin  artırılması da unudulmayıb.

Yeri gəlmişkən, burada sosial ədalətlə bağlı bir haşiyə çıxmaq istərdim. Dekabrın 3-  Azərbaycanın daxili bazarında avtomobil benzini dizel yanacağının qiyməti artırılıb. Bu barədə hazırda bir sıra kütləvi informasiya vasitələrində yazılar verilir. Həmin yazıların bir qismində irəli sürülən fikir mülahizələr reallıqdan uzaqdır, materiallarda boş hay-küy yaratmaq cəhdi açıq-aydın hiss olunur. Əslində isə bu  məsələ obyektiv  iqtisadi amillə bağlıdır burada da təbii ki, əhalinin vəziyyəti, hazırkı iqtisadi şərait nəzərə nəzərə alınıb. Əvvəla xatırladaq ki, yanacaqla bağlı sonuncu dəfə qiymət artımı 2007-ci ilin fevralında baş verib beləliklə,  təxminən 7 il ərzində qiymətlər eyni səviyyədə olub, dəyişilməyib. Amma ötən müddət ərzində Azərbaycan iqtisadiyyatı dinamik inkişaf yolu keçib, iqtisadi durum yaxşılaşıb, əmək haqları bir neçə dəfə artırılıb, həmçinin yanacağa tələbat da yüksəlib. Başqa bir səbəb odur ki, respublikamızda  yanacağın qiyməti qonşu ölkələrlə müqayisədə aşağıdır. Azərbaycanın regional nəqletmə dəhlizi olmasını  nəzərə alsaq, onda bu məhsulun ixracı ilə bağlı yaxın bir zamanda ölkəmiz üçün hansı mənfi halların baş verdiyini   təsəvvür etmək elə çətin deyil. Bahalaşma ilə bağlı bir daha  təkrar edirəm, əhalinin vəziyyəti, yuxarıda göstərdiyim kimi, elə bu ilin sentyabr ayından etibarən əmək haqlarının artırılması nəzərə alınıb. Yəni sözügedən  bahalaşmada insan amili, sosial ədalət prinsipi diqqət mərkəzində saxlanılıb.

Azərbaycan iqtisadiyyatında nəzərə çarpan  uğurların son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayan  cənab İlham Əliyev sosial sahədə reallaşdırılan ciddi proqramların mahiyyətindən danışaraq demişdir: "...Əlbəttə, bizim bütün işlərimizin təməlində mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə böyük addımlar atılmış, uğurlar əldə edilmişdir. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər öz dövlətlərinin gücünü artırmaq üçün çalışırlar".

Hər bir ölkənin, xalqın problemlərinin ən səmərəli yolu məhz iqtisadi-sosial tərəqqidən keçir. Ona görə respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu,  bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Cənab İlham Əliyev bu reallığı daim önə çəkir, diqqət mərkəzində saxlayır. Çünki  insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməyə müsbət təsir göstərir.

 





06.12.2013    çap et  çap et