525.Az

AzMİU-da onlayn dərslərin təşkili üğurla davam edir


 

AzMİU-da onlayn dərslərin təşkili üğurla davam edir<b style="color:red"></b>

Respublikada koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırılması ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) martın 16-dan başlayaraq  tədris prosesinin məsafədən təşkilinə start verilib.

Universitetdə  onlayn dərslər  “Zoom” platforması, Skype proqramı və videodərslər vasitəsi ilə həm bakalavr, həm maqistr pillələrində aparılır. Eyni zamanda bütün fənlər üzrə mühazirələr tələbələrin elektron kabinetinə yerləşdirilib.

AzMİU-nun 2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn tədris prosesinin statistikasına  görə  universitet üzrə bu günə qədər 1500-ə yaxın onlayn dərs keçirilib, 5420 tələbə onlayn tədrisə cəlb olunub. Ümumilikdə, universitet üzrə dərslərin 85 faizi onlayn formada təşkil edilib. Onlayn dərslər əsasən, mühazirə və məşğələ formatında aparılır, virtual laboratoriyalar fəaliyyat göstərir.

Kurs işi, buraxılış işi və maqistr dissertasiyalarına rəhbərlik, mövcud vəziyyətlə əlaqədar müəllim-tələbə arasında diskussiya şəklində aparılır və fərdi olaraq distant şəklində və internet imkanlarından istifadə edərək cavablandırılır.      
    
Memarlıq  fakültəsi üzrə bu günə qədər onlayn dərslərdə daima iştirak edən tələbə sayı 1111, İnşaat fakültəsi üzrə 820, Nəqliyyat fakültəsi üzrə 860, ST MKS fakültəsi üzrə 1121, Tikinti-iqtisad fakültəsi üzrə 859, İnşaat-texnologiya fakültəsi  311, Mexanika və informasiya texnologiyaları fakültəsi üzrə 338 nəfər olub. 

Onu da qeyd edək ki, universitetin bütün tələbələri müəyyən səbəblərdən (İnternet imkanlarının məhdudluğundan) onlayn dərslərdə iştirak edə bilmir. Belə tələbələrin sonradan həmin dərs materiallarını izləmək imkanı əldə etməsi üçün dərslərin böyük əksəriyyətinin videoçəkilişi aparılır.


 

 





13.04.2020    çap et  çap et