525.Az

Səfirlik Türkiyənin Ermənistana yardım etməsi barədə məlumatlara münasibət bildirdi


 

Səfirlik Türkiyənin Ermənistana yardım etməsi barədə məlumatlara münasibət bildirdi<b style="color:red"></b>

Türkiyənin Azərbaycandakı səfirliyi Ermənistanın koronavirusla mübarizə üçün Türkiyədən yardım istədiyi, Türkiyənin isə buna müsbət cavab verdiyi barədə yayılan məlumatlara münasibət bildirib.

Səfirlikdən APA-ya daxil olan məlumatda qeyd olunur ki, Türkiyədə yaşayan 70-ə yaxın Ermənistan vətəndaşının insani yardım olaraq ölkəsinə göndərilməsi təmin edilib.

Bildirilib ki, Ermənistan vətəndaşları Gürcüstandan keçməklə ölkələrinə yola salınıb.

“Bundan başqa, hər hansı yardım məsələsi gündəmdə yoxdur”, - deyə məlumatda qeyd olunub.

 





13.04.2020    çap et  çap et