525.Az

Kiyevdə Leninin heykəlini yıxdılar- Video


 

Kiyevdə Leninin heykəlini yıxdılar- <b style="color:red">Video</b> Dünən axşam saatlarında Ukraynanın paytaxtı Kiyevdə etirazçıların “Milyonların marşı” adı altında keçirdikləri aksiya nəticəsində şəhərin mərkəzi küçələrində hərəkət dayanıb.
 
APA-nın xəbərinə görə, aksiyaçılar birneçə saat əvvəl Leninin Kreşatnik küçəsi ilə Şevçenko Bulvarının kəsişməsində yerləşən heykəlini dağıdıblar.
 
Heykəlin postamenti üzərinə isə Ukrayna və Avropa İttifaqının bayraqları sancılıb.
 
Qeyd edək ki, SSRİ dağıldıqdan sonra da Leninin Kiyevin mərkəzi küçəsində yerləşən heykəlinə toxunulmamışdı.

 





09.12.2013    çap et  çap et