525.Az

Türkiyədə partiya sədri koronavirusdan öldü


 

Türkiyədə partiya sədri koronavirusdan öldü<b style="color:red"></b>

Türkiyədə partiya sədri koronavirusdan vəfat edib.

APA-nın məlumatına görə, Müstəqil Türkiyə Partiyasının sədri (BTP) Haydar Baş Trabzonda koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onunla yanaşı, səkkiz ailə üzvü də koronavirusa yoluxub.

Dörd gün xəstəxanada müalicə alan 73 yaşlı H. Baş vəziyyəti pisləşdiyi üçün dünən reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, H. Baş vəfat edib.

 





14.04.2020    çap et  çap et