525.Az

Kamilə Əliyeva: “Bu sınaqdan dövlət, millət olaraq üzüağ və şərəflə çıxacağıq”


 

Kamilə Əliyeva: “Bu sınaqdan dövlət, millət olaraq üzüağ və şərəflə çıxacağıq”<b style="color:red"></b>

“Dünyanı koronavirus təhlükəsi bürüdüyü bir vaxtda dövlətimiz əhalinin sağlamlığının qorunması və təhlükəli virusdan xilas etmək üçün bütün vasitələrdən istifadə edir. Prezident İham Əliyevin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, Nazirlər Kabineti tərəfindən Tədbirlər Planının hazırlanması və digər qabaqlayıcı tədbirərin görülməsi əhali tərəfindən razılıqla qarşılanır. Hazırda Koronavirusla Mübarizəyə Dəstək Fonduna oraya 100 milyon manatdan artıq vəsaitin  toplanması da bundan xəbər verir”.

525.az xəbər verir ki, bunu deputat, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bir illik məvaciblərini fonda ianə etmələri humanizm prinsiplərinə sadiqliyin və koronavirusla mübarizədə qətiyyətin nümunəsidir: “İqtisadiyyatda dalğalanmaların önlənməsi üçün ölkə Prezidentinin sərəncamı ilə bir milyard manat vəsaitin ayrılması, sahibkarlara, imkansız, aztəminatlı, yardıma ehtiyacı olan insanlara, ailələrə yardım edilməsi ilə bağlı tapşırıqların verilməsi və digər tədbirlər Azərbaycan dövlətinin, onun  rəhbərinin iradəsinin, insanların rifahının yaxşılaşdırılmasını diqqət mərkəzində saxladığının növbəti əyani göstəricisidir.

K.Əliyeva nəzərə çatdırıb ki, bütün bunlar dövlətin, dövlət başçısının bir daha Azərbaycan vətəndaşının yanında olduğunu təsdiqləyir: “Bu diqqət və qayğını gündəlik həyatında hiss edən vətədaşlar da öz dövlətinə, rəhbərinə güvənir, inanır və etimad edirlər. Ölkə vətəndaşları çox yaxşı bilirlər  ki, arxalarında güclü, qüdrətli dövlət dayanıb”.

Deputat vurğulayıb ki, kimliyindən asılı olmayaraq hər kəs, hər vətəndaş xüsusi karantin rejiminin tələblərinə, şərtlərinə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, ölkə Prezidentinin tövsiyələrinə, xəbərdarlıqlarına əməl etməlidir: “Koronavirus pandemiyası bu gün bütün dünyanı ağuşuna alıb, qorxuya  salıb. Bəşəriyyət sanki virusun qarşısında aciz qalıb. Qonşu İranda, İtaliyada, İspaniyada, Fransada, ABŞ-da və digər qüdrətli ölkələrdə yaşananlar gözlərimiz önündədir. Hər gün minlərlə insan bu xəstəlikdən dünyasını dəyişir, on minlərlə insan koronavirusa yoluxur”.

“Təəssüf ki, bütün önləyici və qabaqlayıcı tədbirlərə baxmayaraq koronavirus epidemiyası “çağırılmamış qonaq” kimi bizim də ölkənizin qapısını döyüb. Hazırda yüzlərlə insan karantin altındadır. Ona görə də hər bir kəs bu bəlanın, qorxulu  təhlükənin ciddiliyini dərk etməli, anmalıdır. Bu təhlükəli xəstəliyə qeyri- ciddi münasibət göstərmək olmaz”, – K.Əliyeva qeyd edib.

Deputat nəzərə çatdırıb ki, dövlət heç vaxt öz vətəndaşını darda qoymayıb: “Bu çətin məqamda bütün dövlət orqalarının, xüsusilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin gərgin fəaliyyətini qeyd etməmək olmaz. Nazirliyin yaratdığı qaynar xətt vasitəsilə yaşı 65-dən yuxarı olan vətəndaşlara, kimsəsizlərə, tənha yaşayanalara, aztəminatlı ailələrə yardımların verilməsi, onların qayğısına qalınması, işsizlərə müavinətin verilməsində şəffaflıq nümayiş etdirilməsi böyük razılıqla qarşılanır. Bu humanist addımların davamlı olacağına əminəm. Bəzi  araqarışdıran və ölkəmizin inkişafını gözü götürməyənlərin şayiələri belə uğurlara heç vaxt kölgə sala bilməz. Artıq işsizlərə birdəfəlik yaradımların verilməsinə başlanılıb. Bu faktlar xəbis niyyətli adamların arzularını ürəklərində qoyur”. 

“Vətəndaşlarımız da bugünlərdə daha həssas və daha diqqətli olmalı, verilən qərarlara birmənalı əməl etməli, belə yalan və iftiralara inanmamalıdırlar. Biz birlikdə bu sınaqdan da dövlət, millət olaraq üzüağ və şərəflə çıxacağıq, bunu birlikdə bacaracağıq”, – o sonda vurğulayıb.

 





14.04.2020    çap et  çap et