525.Az

Qoca macgəl- Ə.İldırımoğlunun hekayəsi


 

Qoca  macgəl- <b style="color:red">Ə.İldırımoğlunun hekayəsi</b>

Qoca macgəlin fikri-zikri qızdırmanın içində qoyub gəldiyi xəstə nəvəsinin yanındaydı. Şahin yorğan-döşəyə düşəndən kişinin yediyi, içdiyi zəhərə dönmüşdü. İşə-gücə əli yatmırdı. Bu gün elə-belə birtəhər... Ambıla qoşulan boz öküz ki, siftə günlər xamlıq elədiyindən, səhərdən-axşamacan kotanın dəstəyindən yapışan Mürşüd kişini təbdən çıxardırdı. O, heyvanın sağrısına neçə kərə daş-kəsək ilişdirsə , boz öküzə öhd olmurdu. Elə bildiyi biləsindəydi. On addım getməmiş tərsliyi tutur, fınxırıb boyunduru gün altında sağa-sola eşilir, fırlamış boynunu samıdan çıxartmaq üçün min pəstah törədirdi. Qoca boz öküzün şıltaqlığından cana doymuşdu. O, hərdən deyinirdi:

Həə, elə bilirsən, həmişə səllimə gəzib-dolanmalısan?! Gecə-gündüz Böyük düzün göy otundan yeyib səmridiyin bəsdi! Day dana vaxtın keçib! İndi get canın çıxsın, gir boyunduruğun altına, o birilərindən artıqsan?!

Torpaq xam, öküz xam, macgəl qoca.Yaşı səksəni haqlayan Mürşüd kişi bu gün yorulub, heydən-hərəkətdən düşmüşdü. Qocanın başqa yolu yox idi. Cahıl-cuhul müharibəyə getmişdi. Kənd qocaların ümidinə qalmışdı. Odur ki, bu ahıl çağında evdə bekar-behtin oturmağı özünə sığışdırmırdı. Deyirdi ki, qədər canım suludu gərək bir işin qulpundan yapışam. At ölüncə otluyar. Ömrümün axırınacan əlləşib-vuruşmalıyam. Harada qırıla-qırıla.

Mürşüd ahıllaşsa da, işdən qamaşıb çəkinən deyildi. Söz-söhbət düşəndə sinəsini irəli verib deyirdi ki, bekar dayananda taqətsizləşirəm. Amma işləyəndə quş kimi oluram. Elə bil cavanlaşıram. Evdə qalsam, ölərəm. Havayı yerə deməyiblər ki, insanın cövhəridir. Dəmir dəmirdi, o da işlənməsə pas atar...

Mürşüd kişinin dərdi başqaydı. Onun qəddini əyən, gözünü nurdan, dizini taqətdən salan oğlunun biqeyrətçiliyi idi. Yönlülərini dava meydanına yola saldı. Onda heç uf da demədi. Olacağa çarə yoxmuş. Hamısının da bircə ilin içində dalbadal qara kağızı gəldi. Allah-taala heç kafir bəndəyə göstərməsin. Onda Mürşüd kişi içərisində çəkdi, onu bir özü bildi, bir ki, göydəki Allahı. Amma daxilində yanıb-qovrulsa da, üzdə özünü sındırmırdı. Deyirdi ki, elnən gələn qara gün toy-bayramdır. Xalxınkı necə, mənimki elə. Şükür ilahinin məsləhətinə. Özü vermişdi, özü aldı. Yəqin bizimkilərin yazısı belə imiş.

Mürşüd kişi o üçünün dərdinə birtəhər dözürdü. Onun belini bükən evdəkiydi. Ortancıl oğlu Poladxan. Çiçək keçirəndə sağ gözünə gül düşdüyündən vayenkom əlinəniqodnıkağızı verib rayon mərkəzindən geri qaytarmışdı. Sədrlə partkom da onun üç qardaşının müharibədə həlak olduğunu, atasının ahıllığını mülahizə eləyib anbarların açarlarını qomuynan vermişdilər Poladxana. Üç kəndin taxılı, mer-meyvəsi, yağ-pendiri onun əlindəydi. Hər çəkidə çox yox, yarımca kilo vursa, gör hara çıxır... Di gəl ki, Poladxan əlinə gələnlə evi dolandırmaq, qardaşlarının başsız qalan yetim-yesirini ovutmaq əvəzinə ayrı yola düşmüşdü. Qoca atasını, gül kimi abırlı-ismətli arvadını, iki tifilini atıb uymuşdu yaxınlıqdakı dəmiryolu restoranında aşpaz köməkçisi işləyən, gonbul arvadın üçünə gedib çıxmış telefonçu qızına. Qazandıqlarını qardaşlarının ac-yalavac yetimlərinə, ki, evdəkilərə göstərirdi. Ordan-burdan çal-çap elədiyini aşpaz köməkçisinin o telefonçu qızı Müşkünaza yedizdirirdi. Müşkünaz da ki, Müşkünaz. Elə bil İsa yeyib, Musa təpib. O qədər şişib ki, dərisinə sığışmır. Yeriyində yer tapbıldayırdı. Gündə əyninə bir allı-güllü çiçə geyinib özünü ona-buna göstərirdi.

Poladxandan qabaq bu evə kolxozun hesabdarı ayaq açmışdı. Poladxan hesabdarın pay-pülüş daşıyanıydı. Hesabdarın Müşkünaz üçün ordan-burdan tapıb aldığı matah şeyləri xəlvətcə Poladxanla göndərirdi. Çünki Poladxanı ağzı bütöv bilib, ona etibar eləyirdi. Poladxan da şad olurdu ki, hesabdar sirrini, sözünü bircə ona açıb deyir. Müşkünazla olan söz-söhbətini Poladxandan gizlətmirdi. Ancaq yerin qulağı var, bu qədər gizlin saxlansa da, kənddə danışılırdı. Uşaqdan-böyüyə hamı bilirdi ki, Müşkünaz hesabdarın saxlamasıdı. Kənddə bunu bilsələr , açıb-ağardan yox idi. Bir ki, kimin işinə qalmışdı. Elə hərənin öz dərdi, özünə bəs idi.

lll

Vaxt gəldi, qarlı bir gündə hesabdarı əsgər apardılar. Aradan bircə həftə keçməmiş bu dəfə söz gəzdi ki, Müşkünaz indi Poladxanla qonuşub. Vağzal camaatı arasında Müşkünazı tanımayan yox idi. Eşidib-bilən bəzi kənd arvadları orda-burda xısınlaşırdılar ki, Müşkünaz Poladxana əməl eləyibsə, gədə o ciyəri yanmışın torundan qurtara bilmir. Ev-eşiyindən, arvad-uşağından birdəfəlik üz döndərmişdi. Ağsaqqal, qarasaqqallardan başqa, onun özcə tay-tuşları da neçə dəfə Poladxanı qırağa çəkib demişdilər:

Ə, Poladxan, özünü el içində rüsvay elədiyin bəsdi! Utan! Qızar əə! Dədən Mürşüdün bir ayağı burdadı, bir ayağı gorda. Anam-bacım olsun gül kimi külfətin, o cür balaların var. Lənət şeytana de, daşı ətəyindən tök! Ə, kişiliyin olsun, o yüzünün artığında görmüsən?! Daha sarsaqladığın bəsdir. qədər gec deyil tövbə elə, qayıt. Bu işin axır, aqibəti yaxşı olmaz...

olsun?! Elə bil bu sözləri daşa deyirdin. Polad­xan hamısını bu qulağından alıb, o qulağına verirdi. Bir az da bərkini tutub, dərinə gedəndə Poladxan adamın üzünə cocuyub utanmaz-utanmaz deyirdi:

Özüm bilərəm, mənə ağıl öyrətməyin! Müvəqqəti həyatdı. Yaşamaq lazımdı!

Bu dərdə dağ da dözməzdi ki, Mürşüd kişi dözüb tab gətirirdi. Dözürdü deyəndə o boyda kişi fikirdən gün-gündən əriyirdi. Oğlunun binamusçuluğu onun belini əymişdi. Xəcalətindən camaatın arasına çıxa bilmirdi. Hamıdan gen qaçırdı. Səhərin gözü açılanda evdən çıxıb kolxozun işinə gedir, toran çalanda evə qayıdırdı. Çalışırdı ki, Qarakollu camaatının gözünə görünməsin. Çünki qabaqlar kənddə onun bir sözü iki deyildi. Oğul evləndirən, qız köçürən birinci ona gənəşirdi. Mürşüd kişi gedən yerdə qan bağlanırdı. Poladxan məsələsindən sonra gözdən, nəzərdən düşmüşdü. Hamıya gülünc yeri olmuşdu. Bir dəfə başını aşağı salıb, dinməz-söyləməz yoluynan getdiyi yerdə biri rişxəndlə onun arxasınca:

Müşkünazın qayınatasıdı deyib, sonra pıqqıldayıb gülmüşdü. Bu söz Mürşüd kişiyə yaman yer eləmişdi. Onda kişi hirsindən neçə gün özünə gələ bilmədi.

lll

Qoca evin qənşərində ayaq saxlayıb, bir gözündə bardaq, bir gözündə quru çörək olan balaca heybəsini çiynindən aşırıb bulağın qırağındakı daşın üstünə qoydu. İki ovuc su götürüb üzünə vurdu. Enli kürəyini mamırlı daşa söykəyib, dincini ala-ala min cürə fikrə düşdü. Qayğılı baxışlarında acı bir kədər dolaşdı. Boz öküzün ona verdiyi əzab-əziyyəti , bugünkü yorğunluğunu da unutmuşdu. Dağdan ağır kişi sağalmaz dərdə düçar olmuşdu. Əli ilə tikib, üstünü torpaqladığı doğma koması da ona qəm-qüssə yuvası kimi görünürdü. Əlacı olsa, bu evə heç üz çevirməzdi. Baş götürüb uzaq bir məmləkətə gedərdi ki, onnan bir inni-cinni xəbər tutmasın. Qocanın yorğun gözləri məchul bir nöqtəyə dikildi. Daxilən taleyindən şikayətləndi: “İlahi, günahım nədir?! Bu boynuna ip tutduğum oğlumun hərəkəti, elin tənəsi azıdı ki, evdəki tifilin dərdi bir yandan üstünə gəldi?!”

Qoca heybəsini çiyninə atıb könülsüz-könülsüz evinə tərəf yönəldi. Elə bil evə yox, biyara gedirdi. Ala Qaplan onun hənirtisini alan kimi çəpərdən tullanıb sahibinin qabağına yüyürdü. Onun qıçına sarmaşdı, ayağının altına sərildi. Qırmızı enli dilinin ucu ilə Mürşüdün camış gönündən tikdirdiyi yamaqlı çarığını yaladı. Qoca ərklə itə çəmkirdi. İt quyruğunu qısıb bir az  geri çəkildi. Yenə qocanın qabağında oynayıb, bir neçə dəfə dövrə vurdu yolağının ağzında şöngüyüb, sahibinə tərəf qulaqlarını şəklədi. Sanki hiss eləmişdi ki, qocanın halı özündə deyil. Qaplan onun dərdinə qalırmış kimi bir neçə dəfə zingildədi. Torpağa sinib sahibinə doğru süründü. Qocanın fikri-zikri başqaydı. İtin bu hərəkətinə əsla məhəl qoymurdu. Həmişəki kimi heybəsindən bir-iki tikə quruca çörək çıxardıb ona atmadı.

Qoca həyətə daxil olanda bir əli ilə təzə banlayan çil beçənin qanadlarından bərk-bərk yapışmış o biri əlində iti bıçaq olan gəlini ilə qabaqlaşdı. Gəlin ismətli üzünü yana çevirdi xəfif bir pıçıltı ilə:

Kəsdirib, uşağa duru sup elətdirmək istəyirəmdedi.

Şahinin halı necədir, heç dünənkiynən bugünkü arasında fərq-zad varmı? –qoca soruşdu.

Gəlin ağır-ağır başını buladı doluxsundu. Gözünün bulağından süzülən yaş avazımış sifətini islatdı. Nəmli gözləri ilə məzlum-məzlum qayınatasını süzdü:

Həkim yazdığı dərmanların hamısını vermişəm, – dedi. – Xeyri olmur. Bu gün dilinin altından su da keçməyib.

Qoca ömründə bircə dəfə olsun əlinə bıçaq alıb heyvan başı kəsməmişdi. Deyirdi ki, əli qana bulamaqdan pis şey yoxdur. Onun bu xasiyyətini kənddə hamı bilirdi. Odur ki, gəlin yaylığının ucu ilə gözünün qorasını silib əlindəki beçəni kəsdirmək üçün qonum-qonşuya üz tutdu.

Qoca dəhlizə yönəldi. Heybəsini üstünə zolaq-zolaq qəzil palaz çəkilmiş qədimdənqalma köhnə taxtın başına keçirib içəri addadı. Otaqların kəsif havasından turşumuş ağartı qoxusu gəlirdi. Çatmadan asılan boş nehrə, baş tərəfdəki mis qazanlar, küncdəki su dolu səhəng sanki sükuta dalmışdı. Həmişə küllüyün başında dayanıb səbirsizliklə babasının yolunu gözləyən yüyürüb onun qucağına atılan Şahinin hənirtisi gəlmirdi. “Yəqin huşa gedib” – qoca düşündü. Şahinin yatdığı yan otağın qapısını ehtiyatla açıb içəri daxil oldu. Şahin qalın yorğanın altında, qan-tər içində yuxuya getmişdi. Babanın təqsirkar baxışları nəvənin yuxulu gözlərində, təpimiş dodaqlarında, payız yarpağı kimi saralıb-solmuş bənizində, sinəsində çarpazlanan totuq əllərində, alnına tökülən qıvrım saçlarında donub qalmışdı. – “Gözünü açsa, deyim?! Axı, ona neçənci dəfədir söz verirəm. Bivec oğulun vayına oturum. Məni uşağın yanında xar elədi “ – baba fikirləşdi. Sonra əlini yan cibinə salıb köhnə, yırtıq əl dəsmalını çıxartdı. Şahinin alnında şeh damcıları kimi puçurlanan soyuq təri sildi. Nəvə diksinib gözlərini açdı. Babasını görəndə solğun çöhrəsi duruldu. İstədi dikəlib həmişəki kimi yenə onun boynuna sarılsın, üzünü babasının nurani sifətinə söykəsin, sinəsinə sallanan , topa saqqalını sığallasın. Ancaq taqəti olmadı. Baba qəddini əyib onun alnından, əlindən öpdü, isti nəfəsini qoxuladı, Nəvənin halsız baxışlarında təbəssüm işıldadı. Bu işıltı sönməkdə olan şamın zəif ziyası kimi tez yox oldu. Şahin uzun kirpiklərini aralayıb əriyib çuxura düşmüş gözləriylə babanın nimdaş geyim-keciminə, ona doğma olan nurani sir-sifətinə, alnının çalın-çarpaz qırışlarına, qırağının tükü getmiş köhnə buxarı papağına riqqətlə nəzər saldı. Kövrəldi, gözləri alacalandı. Bir-birinə yapışan dodaqlarını güclə aralayıb həzin bir səslə:

Baabaa! Ay, baba! – azaylandı.

Hay can, nədi, mənim Şahinim?! – baba cavab verdi.

Axı... Axı sən həmişə... həmişə deyirsən ki, adam yalan danışmaz. Deyirsən yalan pis şeydir... Bəs atam niyə gəlmədi. Neçə dəfədi.. Neçə dəfədi söz verirsən ki, atamı tapıb gətirəcəksən. Amma gətirmirsən. Mən ... Mən sağalmıram. Atam gəlsin, sağalım...

Şahin əlinin arxası ilə gözünü ovuşdurub titrək bir səslə gileyləndi:

Anama... Anama dedim babam məni aldadır. Sən get atamı tap gətir. O da... O da mənə acıqlandı. Qolumu çimdiklədi. Dedi ki, atan ölüb. Mən soruşdum ki, haçan öldü? Axı o davaya getməyib. Nemeslər kəndimizə gəlməyib. Dedim sən babam kimi yalançısan. Atam ölmüyüb, sağdı. O bilsə ki, xəstələnmişəm, tərləyirəm, yata bilmirəm, o saat gələr. Baba, ay baba, atamı gətir!..

Baba nəvənin qarşısında günahkar kimi dayanmışdı. Ona cavab verməyə söz tapmırdı. Xəcalətindən yer yarılsaydı, yerə girərdi. Bilmirdi qızdırmanın içində alışıb-yanan tifilə cavab versin. Şahin hər dəfə gözünü açıb təkrar-təkrarYalançı baba! Yalançı baba,- deyəndə Mürşüd o dünyanı görüb-gəlirdi. Ha fikirləşirdi, bir çıxış yolu tapmırdı. Başında cürbəcür amansız fikirlər dolaşırdı. Nəvə qızdırmanın içində elə heyatamı verdeyib fəryad qoparır, baba düşünürdü: “ İlahi, günahım nədir, məni bu tifilin əlində qoymusan?! Uşağı necə başa salım ki, o, adı batmış atan arı yeyib, namusu da bir kənara atıb. Bir küçə fahişəsinin felinə uyub. Onun yadına ata düşür, ki, arvad-uşaq. Poladxan üçün dünyada varsa da, Müşkünazdır, yoxsa da. Gecə-gündüz aşpaz köməkçisi ilə onun əxlaqsız qızının pişvazındadır. Şahin böyük olsaydı, dərd idi! Ağlı kəssəydi, Poladxan kimi atanın heç üzünə tüpürməzdi. İndi mən başıma haranın daşını töküm?! Bu tifili necə qandırıb başa salım ki, atan hamımızı atıb, bir pozğun qadını tutub”.

lll

Şahin bir aya yaxındı yorğan-döşəyə düşmüşdü. Həkimlər onun dərdindən baş çıxara bilmirdilər. Kimi deyirdi qarın yatalağıdı, kimi deyirdi mal qızdırmasıdı, kimi deyirdi atasının xiffətini elədiyindən dərd tapıb. Əgər atası gəlsə, yüngülləşər. Hər cür dava-dərman eləmişdilər. Şübhədən çıxmaq üçün kənddəki mollaya da baxdırmışdılar. Bir xeyri olmamışdı. Bircə qalmışdı atasının onu yoluxması. Mürşüd kişi neçə dəfə Poladxanın üstünə minnətçi salmışdı ki, ə, qeyrətin olsun, uşaq yorğan-döşəyə düşəndən səni deyir. Gəl ona bir dəqiqəliyə ayaq üstə olsa da, görük, sonra yenə qələt eləyirsən elə, Müşkünaz olsun, sən ol. Poladxanın da cavabı bu olmuşdu ki, məndən əl çəksinlər. O adda atam var, arvadım, ki, uşağım. Mən heç kəsi tanımıram. Kənddəki məktəbin direktoru getdi eşitmədi, ağır bir seyidi üstünə minnətçi saldılar, sözünü yerə vurdu. Poladxanın gedənlərə axır sözü o oldu ki, iti görüm, qurdu görüm onları görməyim. Ölsəm üstümə gəlməsinlər, ölsələr, gedən deyiləm.

Baba qalmışdı odla-suyun arasında. Bilmirdi başına çarə qılsın. Nəvə ki, – atamı ver! –deyib durmuşdu. Babaxudaya xudavəndi aləm bir ucuz ölüm yoxdur ki, öləm canım qurtarsın, – deyib taleyindən şikayətlənirdi.

Şahin gözləri yarıyumulu huşa getdi. Onun dodaqları güclə aralanıb-örtülür yalançı baba... Baba, atamı. Atamıdeyib sayıqlayırdı. Baba onun çarpayısının yanında quruyub qalmışdı. Sanki qıc olmuşdu. irəli gedə bilirdi, geri. Elə bil tilsimlənib daşa dönmüşdü. Deməyə söz tapmırdı. Şahinyalançısan, baba, yalançısan, atamıdeyə-deyə yuxuya getdi. Onun sözləri babanın qulağından getmirdi. – Yalançısan, baba... Atamı...

Mürşüd kişi bəd əməl işlədibmiş kimi, suçlu addımlarla geri çəkiləndə ayağı sınıq-salxaq stula ilişdi, töyəcələndi, lakin yıxılmadı. Tez özünü düzəltdi. Nəvə səksənib ani olaraq gözlərini açdı yenə yumdu. Yan üstə çevrilib huşa getdi. Baba ehtiyatlı addımlarla onun yataq otağını tərk edib, dəhlizə çıxdı. Gəlin kəsdirdiyi beçəni sacayağının üstündəki sapılcada təngavlayıb, xəstəyə yüngülvari xörək hazırlayırdı. Qoca həyətdəki armud kötüyünün üstündə oturub fikirli-fikirli cibindən qəzet qırığı tənbəki ovuntusu çıxartdı. Gəlin qayınatasının papiros bükdüyünü görüb tez maşanın ucunda ona bir köz uzatdı. Qoca maşanı onun əlindən alıb papirosunu yandırdı. Qocanın qara fikirləri, tənbəkinin acı tüstüsündə çözələnib, dibində oturduğu tut ağacının qarımış qol-budağı kimi yüz yerə şaxələnirdi. Mürşüd kişi papirosunun axır-uxurunu da çəkib qurtardıqdan sonra, lənət şeytana deyib ayağa  qalxdı. Son qərarını qəbul etmək fikrindən daşındı öz-özünə: – bu işdə tələsmək olmazdüşündü. Hələ səbr eləyim. Səbr Allahın adıdır. Görək sonrası olur. Bir ki, Poladxan qədər naxələf olsa da, yenə oğuldu, ciyərparadı. Onu zillətlə böyütmüşəm. Üçündən sonra əlimdə-ovcumda qalan bircə odur. bilmək olar?! Bəlkə ağlı başına gəldi, tövbə elədi?!.. Anası da yoxdu ki...

Qoca fikirli-fikirli əl ağacını götürdü:

A gəlin, indi qayıdıram- deyib həyətdən çıxdı kəndin kənarıynan aşpaz köməkçisinin evinə tərəf dolaylandı. İt ondan əl çəkmirdi. Qarabaqara sahibinin ardınca yorturdu. Mürşüd neçə dəfə geri qanrılıb itə çəmkirdi. Ancaq xeyri olmadı. İt Mürşüddən əl çəkmədi.

Artıq əl-ayaq yığışmışdı. Küçə-bacada tək-tük adam gözə dəyirdi. Mürşüd ət tökə-tökə Müşkünazgilin həyət darvazasına yaxınlaşdı. Üst otaqların bütün işıqları yanırdı. Taybatay açılmış pəncərələrin nazik tül pərdəsindən içəri açıqca görünürdü. Poladxan arxası üstə yumşaq divanın üstünə sərilib köynəyinin altından çıxan piyli qarnını, tüklü sinəsini ovuşdurur, xoşallanır, şən əhval-ruhiyyə ilə deyib-gülürdü. Zil qara ipəkdən qolsuz kimano geyinmiş Müşkünaz, ağappaq əndamını Poladxanın qarşısında nümayiş etdirir, onun ətrafına pərvanə kimi dolanırdı. Onlara elə gəlirdi ki, ən xoşbəxt günlərini yaşayırlar.

Mürşüd kişi başını buladı öz-özünə: – kim deyir, qoy desin, vallah-billah beləsinin qanı halaldı. Bircə gülləsi əskikdi. Dəridən-qabıqdan çıx, zillətlə oğul böyüt, ləçərin biri böyürdən çıxıb əlindən alsın. Sən qıraqdan baxa-baxa qal. Belə övladı heç anasının ruhu da bağışlamazdüşündü. Sonra özünü ələ alıbPoladxan! Poladxan! –deyib oğlunu səslədi. Qocanın səsi kallaşmışdı. Bərkdən qışqırdığından sinəsi xışıldadı. Onu öskürək tutdu. O qədər öskürdü ki, gözləri qızarıb hədəqədən çıxdı. Qocanın nəfəsi tınçıxdı. Birtəhər toxtayıb özünü ələ aldı. Çaşqın nəzərləri qapı darvazasının sol qırağındakı elektrik düyməsinə sataşdı. Tövşüyə-tövşüyə dabanını qaldırıb qabarlı barmağı ilə zəngin düyməsini basdı. Müşkünaz tez başını pəncərədən çıxarıb həyət darvazasına tərəf boylandı :

Kimdi orda?! –qışqırdı.

Mənəm, a qızım, Mürşüdəm! Poladxanın atası! –qoca təmkinlə cavab verdi.

Mürşüdadı gələndə elə bil Poladxanla Müşkünazın başına qaynar su ələndi. Müşkünaz kal alça yeyibmiş kimi boyalı qaş-gözünü turşudub həyət tərəfə açılan pəncərələrin qapısını hikkəynən çəkib örtdü. Poladxan dilxor olub – “kaftar qoymaz yaşayaq dəə! Ölüb-eləmir canımız  biryolluq qurtara. Gecənin bu vaxtı  bilmirəm istəyir” – deyib donquldandı.

Onların şən əhval-ruhiyyəsi qocanın hənirtisinə bənd imiş kimi bir andaca qeybə çəkildi. İşıqların çoxu söndürüldü. O biri otaqdan Müşkünazın anası gül ağzını açdı:

Bilmirəm bu imansız bizə verib, ala bilmir?! Ölüb-eləmir ...

Poladxanın qanı it qanına dönmüşdü. O, ev paltarında darvazaya tərəf yönəldi. Müşkünaz dəhlizin məhəccərinə söykənib kənardan onun hərəkətlərinə göz qoyurdu. Poladxanın, atasının qarasına işlətdiyi köntöy sözlər, onu Müşkünazın gözündə bir az da qaldırmışdı.

Poladxan atasını həyət darvazasının çöl tərəfində qarşılayıb əlinin ucuynan ona soyuq, könülsüz salam verdi :

Eşidirəm, – dedi. – Gecənin bu vədəsində xeyir ola?! Ölüb-eləməmişəm ki?! haray qışqırıq qoparmısan?! Sözü bir dəfə deyərlər! O məsələ barədə danışmışıq qurtarıb gedib! Məndən o tərəfə qayıtdı yoxdu. Bunu birdəfəlik bil. Mən özümə görə bir kişiyəm! Kişi tüpürdüyünü yalamaz.

Ata çallaşmış qalın qaşlarını yuxarı dartıb nurdan düşmüş gözləriylə oğluna yalvarıcı nəzər saldı sinəsi xışıldaya-xışıldaya:

Poladxan! Oğuldedi, – səni aparmağa gəlməmişəm. O barədə mən , elə gəlin səndən əlimizi üzmüşük. Məni bu qapıya gəlməyə vadar eləyən ayrı şeydi. Ə, Poladxan, insafın-mürvətin olsun. Şahin neçə gündü ağır xəstədi. qədər dava-dərman eləmişik, uşaq düzəlmir. Elə heyatam gəlsindeyib dad döyür. Ona görə neçə dəfə dalınca minnətçi salmışam. İndi day onlardan keçib, uşağın vəziyyəti gün-gündən ağırlaşır. Gəl ona ayaq üstə görük, sonra yenə öz bildiyin kimi elə. Mən boyda kişini o uşağın yanında yerə vurub, bihörmət eləmə. Mən dədənə yazığın gəlsin. Hesab elə ki, heç atan deyiləm, bu sinnimdə qan tutub qapına təvəqqəyə gəlmişəm. Heç olmasa bu çal saqqalımı mülahizə elə...

İt yerə sərilib, lal-dinməz xallı başını yumşaq torpağın üstünə uzatdığı qoşa biləyinin arasına qoymuşdu. Ata ilə oğulun söhbətini dinləyirmiş kimi hərdən könülsüz-könülsüz quyruğunu tərpədib altdan-altdan onlara baxırdı. Açıq sinəsini məhəccərə söykəyən Müşkünazın amiranə cır səsi eşidildi:

Ponçiiik, oldu yenəəə?! Kimə ilişdiiin?! Çıx gəl bəri, çayın soyuduu..

Poladxan onun hənirtisini eşidəndə çaşıb özünü itirdi. Danışığının rabitəsi pozuldu. Atasının sözünü ağzında yarımçıq qoyub ikrahla:

Yaxşı! Yaxşı! – dedisözü çox çürütmə. Sən yaşlandıqcan... Qocalıq belədi ... A kişi, dedim ki, aydındı , başa düşdüm. Görürəm, əl çəkən deyilsən, qoy gecədən bir az keçsin, hamı yatandan sonra gəlib xəstəyə dəyərəm. Amma bəri başdan şərt kəsirəm. Gələndə o kankanın qızı, əziz-xələf gəlinin oralara üzükməsin. Budur deyirəm, gözümə görünsə...

Mürşüd kişi geri dönəndə nəvəsinin yatdığı otağın qapısını bu dəfə şəstlə açdı. Poladxanı yola gətirib, Şahinlə görüşməyə razılıq aldığından, qoca xeyli yüngülləşmişdi. Şahin hələ özündə deyildi. Gəlin onun yastığının yanında büzüşüb altdan-altdan yumub-tökürdü. Qayınatasını görəndə özünü yığışdırdı. Ayağa qalxıb:

yemişdisə heyləcə qaytardı.  Gün-gündən geri gedir. Day bundan əlimi üzmüşəm, – dedi.

Qayınata gəlinə bozardı:

Sən ağzını xeyirliyə ! Nəhs-nəhs danışma, geri çəkil, görümdedi. –Atasını da birtəhər yola gətirmişəm. İndicə danışıb ayrılmışıq.. O ki var qabırğasına döşəmişəm...

Baba xoş əhval-ruhiyyə ilə nəvəsini dümsüklədi:

Şahin! Şahin! Evimizin dirəyi, gözünü , atan da indicə gələcəkdedi. – Sən demə burada yoxmuş. Saa dava-dərman, oyuncaq almaq üçün şəhərə getmişdi. Anan da qələt eliyir, heylə səni aldadır. Atan ölüb-eləməyib. Yoldadı gəlir, maşınları xarab olduğundan bir az yubanıb. İndilərdə gələr...

Şahin huşdan ayılıb gözlərini geniş açdı. Babasını birinci dəfə görürmüş kimi ona nisgilli nəzər saldı :

Baba, dedin ki, atam gələcək həə?!

Onun dodaqları güclə pıçıldadı. Solğun çöhrəsində sevinc qığılcımı işıldadı. Uşaq dirçələn kimi oldu. Dikəlib başını yastıqdan qaldırdı. Su istədi babasının üzünə məzlum-məzlum baxıb soruşdu:

Bu dəfə düz deyirsən?! Atam gələcək?! Baba, gördün ki, atam gəlir, tez qabağına çıx ha, itimiz onu tutar. Axı o çoxdan gəlmir, birdən Qaplan onu tanımaz...

Gecə yarıdan keçdi. gələn oldu, gedən. Şahinin – “ata”-deyə-deyə həsrətli baxışları qapının astanasında qalmışdı. Gəlin əyirib boyadığı ipi yumağa sarıya-sarıya öz-özünə mingirlənirdi.

Müasirləri Həzrəti Mövlana, Hacı Bayram, Vəli kimi sevgi qəhrəmanlarıyla birlikdə insanları sevgiyə çağırırdılar. Bu aqil insanlar yaxşı bilirdilər ki, xalqın ürəyində açılmış yaraları yalnız sevgiylə, şəfqətlə sağaltmaq mümkündür. Odur ki, bu müridlərin hər biri könül həkiminə çevrilmişdilər fikirləriylə, düşüncələriylə, buram buram sevgi ətirli şeirlərilə. Yaşadıqları zamanı eşqlə, sevgiylə tanıtdılar, yaradana yaradılana sevgiylə...

İnsan, insanlığın mənasını qəlbində, ürəyində daşıyır, maddi, bioloji varlığı ilə deyil, könlüylə, içində daşıdığı sevgisiylə insandır. Buna görə Yunus İmrənin şeirlərində könülə, insanın dünyasına çox önəm verilir. Çünki könül haqqın təcəllisinin aynasıdır. Nəzərgah-i ilahidir, Beytullahdır.

Gönül yeğ Kabe mi yeğ

Ayıt bana aklı eren

Gönül yeğdürür zir kim

Gönüldedir dost durağı

Kəbə sonunda maddi bir yapıdır, tikilidir, simvoldur. Əsl Kəbə könüldür. Bu üzdən könül qırmaq, könül sındırmaq, incitmək son dərəcə böyük bir yanlışlıqdır. Kəbəni uçurmaqdır. 

Gönül çalabın tahtı

Çalab gönüle baktı

İki cihan bedbahtı

Kim gönül yıkar ise

Əgər bir insan könül qırmışsa ibadətlərinin bir dəyəri yoxdur, Allahın kitabında da dəyəri olmaz. Çünki ibadətlər, dualar Allaha yaxın olmağı şərtləndirən davranışlardır. Bir könül qıran, qəlb incidən insan qədər namaz da qılsa, istədiyi qədər ibadət etsə Allah qatında bir dəyəri olmaz.

Ak sakallı pir koca

Bilmez hali nice

Emek yemesin hacca

Bir gönül yıkar ise

İnsan, Yerüzünə Allahın xəlifəsi olaraq göndərilmişdir. Vəzifəsi könül qırmaq, sındırmaq deyil, könül qurmaqdır, könül tikməkdir ki, bu da sevgiylə, eşqlə, şəfqətlə mümkündür. “Könül qurmaqinsanın yaradılış olaraq məqsədini fərqini açan ən gözəl ifadədir

Ben gelmedim dava için

Benim işim sevgi için

Dostun evi gönüllerdir

Gönüller yapmaya geldim

Yunus İmrənin şeirlərində dünya ilə bağlı məqamlar da çoxdur. Sufi şair insanın gərdişi-dövranla, dünya ilə əlaqələrinə varır, yaşadıqları qəflət yuxusundan söz açır. Qəflətdən oyanmağın yolunu gerçəyin, həqiqətin idrak edilməsi nöqtəsində görür. Təsəvvuf mənəvi tərbiyə aşılayan bir anlayış olaraq insanı hər zaman qəflət yuxusundan oyanıq olmağa çağırar. Bu çağırışın əsas məqsədi isə dünyanın bir-birindən fərqli iki üzü olduğunu göstərməkdir:

Bu dünyanın meseli

bir ulu şara benzer

Veli bizim ömrümüz

bir tez pazara benzer

Bu şarın evvel tadı

 şehd ü şekerden şirin

Ahır acısı gör şol zehr-i

mara benzer

İnsan oğlu əsasən dünyanın görünən üzünə baxar, bu üz daha cəlbedici, “şəkərdən şirindir”, çəkicidir, insana xoş gəlir. Bu zahiri gözəlliyə o qədər bağlanır ki, batini, dərinliyi, dünyanın o biri üzün görmür, hətta əbədi olacağına, heç ölməyəcəyinə inanır. Bu zəifliyi sonda onu qəflətə sürükləyir, bataqlığa çəkir. Hər şeyin yalnız bu dünyada olduğunu zənnedir, əbədiliyə, axirətə inanmaz. İnsanın özünə ətrafına etdiyi zülmün səbəbləri buradan başlayır, dünyanın o biri üzünə inanmamasından. Yunus İmrə dünya ilə bağlı mövzuya müraciət etməklə yanaşı dövrün önəmli məsələlərinə diqqət çəkmiş, gündəmə gətirmiş, insanları xəbərdar etmişdir. Yunus İmrəni bu mövzularda bir uyarıcı, çağırışçı şair kimi dəyərləndirmək olar. O, dünyanı gerçəkdən uzaq, fani dünya adlandırır, dolayısıyla bu dünyayalan dünyadır deyir.

Yürü, yürü yalan dünya;

Yalan dünya değil misin

Yunusun dünyanı bu şəkildə görməsi dəyərləndirməsi dinə-imana bağlılığı ilə, Qurani-Şərifin ayələrini doğru bilməsi, dünyanın faniliyini dərk etməsi ilə əlaqəlidir.  ŞairDünya həyatı ancaq bir oyun oyalamadır. Dünya həyatı bir əyləncə oyundan başqa bir şey deyildir. Axirət yurdu isə şüphəsiz gerçək həyatın özüdür. Elə isə insan dünyanın bu üzünü görərək ona aldanmamalı tələsinə düşməməlidirdeyən sufi üçün önəmli olan insanın ürəyini, könlünü məhəbbətə açmasıdır. Ama yazıq ki, dünya sevgisi buna əngəl olur inasanın kamala çatma yolundaki yolçuluğu heçə uğrayır. Bu baxımdan təsəvvüfdətərki-dünya əsasdır.

Yunus İmrə şeirləri bu gün türkdilli xalqların elmi dairələrində, ədəbi mühitində geniş öyrənilməkdə, tətbiq olunmaqdadır. Onun şeirləri türkcənin incisi, kəlamları xalqın sənətsevərlərin  könüllərini titrədir. Yunus şəxsiyyəti insanlığa Allahın böyük bir lutvudur.Türk mədəniyyəti artık onun adıyla beynəlxalq aləmdə özünü ifadə etməkdədir.

Yunus İmrənin məzarı haqqında müxtəlif  rəvayətlər olsa da, onun məzarı Sarıköydədir. Mənakıb-ı Evliyada bu barədə qeyd var: “Şeyx-i məşayih-ül əzəm Yunus İmrə məqam-ı mübarəkləri Sarıköydədir”. Qısaca olaraq belə bir hekayə ilə anladılır: “Yunus dağda qarşılaşdığı dərvişlərdən haqq qatındaki dərəcəsini öyrənincə geri dönüşündə Tapdıq İmrə onu bağışlamış, ama yanında qalmasına izn verməmişdir”. “Mərtəbəni öyrəndin, artıq burada yerin yox. Çünki bir postda iki aslan keşik çəkə bilməz. Buradan gedəcək xalqı irşad edecəksənbuyurur. Ardından da: “Əsamı atdığım yerə gedər, orada ruhunu təslim edərsəndemiş əsasını atmışdır Tapdıq İmrə. Yunus İmrə isə tam beş il o əsanı axtarmış, sonunda Sarıköydə tapmış orada haqq dünyasına qovuşmuşdur”. Doğumu necə Sarıköydə olmuşsa haqqa qovuşması dabu köydı gerçəkləşmişdir. Əldə olan bütün bəlgələr bunu sübut edir. Nefahat-ül Üns, Şakaik-i Numaniye tərcümələri, Sivrihisarlı Şeyx Baba Yusufun Mevhub-ı Məhbub kitabı, Menakıb-ı Evliya, Kayd-ı Hakani kimi tarixi qaynaqlar Yunus İmrənin haqq məkanı kimi məhz Sarıköyü göstərirlər. Bu böyük sufinin, könül ərinin əsl məzarı isə türk xalqlarının ürəyində, sevənlərinin könlündədir.

 





09.12.2013    çap et  çap et