525.Az

Gürcüstanın dörd böyük şəhərinə giriş-çıxış bağlanır


 

Gürcüstanın dörd böyük şəhərinə giriş-çıxış bağlanır<b style="color:red"></b>

Koronavirusun yayılması riski ilə əlaqədar Gürcüstanın Tbilisi, Rustavi, Batumi və Kutaisi kimi böyük şəhərlərinə giriş-çıxış 10 günlük bağlanır.

APA-nın yerli bürosu xəbər verir ki, müvafiq qərar Gürcüstan höküməti tərəfindən qəbul edilib. Məhdudiyyətin 15 aprel saat 21:00-dan etibarən tətbiq ediləcəyi  bildirilib.

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria bildirib ki, ölkədə koronavirus riskinə görə elan edilmiş fövqəladə vəziyyət rejimi mayın 10-dək uzadılır: "Biz fövqəladə vəziyyət rejiminin mayın 10-dək uzadılması üçün Prezidenti ölkə parlamentinə müraciət etməyə çağırırıq”, - deyə Baş Nazir açıqlamasında bildirib.

Qeyd edək ki, qonşu ölkədə martın 21-də elan edilən fövqəladə vəziyyət aprelin 30-da başa çatmalı idi.

 





14.04.2020    çap et  çap et