525.Az

Arif Əliyev “525-ci qəzet”ə nələrdən danışdı? - ANONS


 

Arif Əliyev “525-ci qəzet”ə nələrdən danışdı? - <b style="color:red">ANONS</b>

- O zamanlar biz özümüzü birlikdə “media” hesab edirdik, indi ayrı-ayrılıqda “kütləvi informasiya vasitəsi”.

- ... İndiyədək üç böyük şəxsiyyətin rəhbərliyi altında işləmişəm: Nəcəf Nəcəfov, Aydın Məmmədov, Əbülfəz Elçibəy.

- “Gün-səhər” yeganə qəzet idi ki, öz Peşə kodeksi, ombudsmanı, hüquqşünası var idi.

- Həmin addımına görə sonra redaksiya özü Elxan Salahovu məbləğin yarısı həcmində mükafatlandırdı.

- Sağlam mənəvi dayaqlara, ideallara söykənən peşə ömürçürüdən ola bilməz.

- İstənilən şəraitdə sevdiyim, bacardığım işlə məşğul olmağa imkan tapıram.

- İndiyə qədər bəşəriyyət nə qədər epidemiya, fəlakət görüb...

- Səfərlərdə özümü sərbəst hiss edirəm, evə dönən kimi gərginləşirəm.

- Hamıya aid etdiyin prinsipləri özünə də tətbiq etməlisən.

- ... İnternet məhsulları jurnalist araşdırmalarını əvəz edə bilməz...

- ... Kitabı kinodan çox sevirəm, teatrı isə hamısından artıq.

Bu sitatlar tanınmış jurnalist, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin “525-ci qəzet”ə verdiyi müsahibədəndir. Jurnalistika, həyata keçirtdiyi layihələr, keçmişə dair xatirələr, son günlərdə baş verən pandemiya hadisələri və bir sıra başqa mövzuları əhatə edən geniş və maraqlı müsahibəni sabah “525-ci qəzet”də 525.az saytında oxuya bilərsiniz.

İzləməyi unutmayın!

 





14.04.2020    çap et  çap et