525.Az

İşsizlikdən sığorta mexanizmi sadələşdiriləcək


 

İşsizlikdən sığorta mexanizmi sadələşdiriləcək<b style="color:red"></b>

“Bu il ərzində 12 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə çıxışı zamanı deyib.

Nazir bildirib ki, burada həm dövlət vəsaitləri, həm Dünya Bankının, həm də özəl banklarımızın vəsaitləri birgə nəzərə alınır:

“Digər bir tərəfdən isə işsizlikdən sığorta mexanizminin sadələşdirilərək 20 min insanı əhatə etməsi planlaşdırılır ki, bu mexanizm də daha çox vətəndaşlarımıza işaxtarma dövründə dəstək olacaq.

 





14.04.2020    çap et  çap et