525.Az

Gözlətmə yolları, gəl...- Yüz gözəl sevgi şeiri


 

PƏRVİNin təqdimatında

Gözlətmə yolları, gəl...- <b style="color:red">Yüz gözəl sevgi şeiri</b>

Gözləyənin varsa, qürbətə, uzaqlığa dözmək yüz qat çətindi... Yadlar arasında sevdiklərinin, doğmalarının qəlbindəki yerini, dəyərini daha yaxşı anlayırsan. Darıxırsan, özləyirsən... Canın ağrıyır, ruhun yorulur... tezliklə dönmək istəyirsən rahat, isti, yumşaq yuvana. Sayırsan günlərini... lapbalaca uşaq kimi barmaqlarınla sayırsan. Yüz-yüz kilometrlərlə ölçülən məsafələrə qəzəblənirsən. Barmaq sayına gəlməyən zamanı lənətləyirsən... Amma hər şeydən, hamıdan öncə özünü danlayırsan, söyürsən; “ işim var burda?”, “durumtəpikləyimhər şeyi, qayıdım geri”, “bu mənə lazım idi?”... Doğrudan belədi! Elə ki darıxdın, heç gözündə olmur.

Əgər sevirsənsə... Hələ üstəlik sevilirsənsə! Onda işin ikiqat qəlizdi. Çünki bir tərəfdən özünü, başını, qəlbini sakit buraxmayan həsrət, digər yandan da sevdiyini gözüyolda qoymağından doğan iztirab! Amma müvəqqəti ayrılıq qaçılmazdısa sən bunu bəzən sınaq, imtahan sayırsansa, çarə yenə sözdü! Yalnız sözdən yapışıb, sözə sığınıb dözə bilərsən... Məhz dözə! Məncə, sevgililər arasında məktublaşma, yazışma da əsasən bunun üçün yaranıb. Həsrəti sözlə ovutmaq üçün... Zamanla, inkişafla bağlı olaraq vasitə dəyişib amma mahiyyət eynidi. Yüz illər öncə ayağında kağız daşıyan göyərçinləri texnika əvəz edib, məktubları sms, emeyl, çat sıxışdırıb. Amma sevən adam üçün fərqi, sevdiyinin sözünü telefondan oxuyur, ya kağızdan... əsas o həniri duymaqdı... Quyunun dibinə yuvarlanıb boğulduğun, darıxmaqdan nəfəsinin kəsildiyini hiss etdiyin məqamda yeganə xilasın budu!

XX əsr Türkiyə el ədəbiyyatının böyük nümayəndəsi Aşıq Veysəlin  gülüzlü yarı da məktubuyla xilas edir... Həm sevdiyini, həm özünü. Axı təkcə sevgi məktubu almaq, oxumaq yox, həm onu yazmaq xoşbəxtlikdi, zövqdü... Rahatlıq gətirir.

Aşıq Veysəlin gözlərinin yeddi yaşında tutulmasını bütün ömrünü işığa həsrət qalmasını düşünəndə bu şeirə lap çox heyran olur adam. Çünki sevgilisinin görə bilmədiyi gözəllikləri xanım elə incə, zərif şəkildə yazır sanki şairin gözlərini əvəz edir burda... Ona bütün o əsrarəngiz təbiəti öz sevgisi, sözü vasitəsiylə göstərir... şairin məktubu nəzmə çəkməsindən  aydın olur ki, qadın istəyinə çatır. Maraqlı məqamlardan biri xanımın fərqli üsuludu. O sanki təbiətin diliylə çağırır aşiqini... Bir sevgilinin görüş həsrəti fəslin dəyişməsiylə təbiətin dirçəlməsi, qarların əriməsi, çiçəklərin açması fonunda verilir. Ona görə şeirin hər sətrindən dağların, otların, çiçəklərin ətri gəlir. Yəqin elə xanımın da niyyəti Sivrələn köyünün ətrini sevgilisinin yadına salmaqdı... Axı, doğrudan da bəzən qoxu insanı hər şeydən çox qəribsədə bilər... 

göndərdiyi məndilyaylıq da sadəcə, yadigar qalmaq üçün  deyil məncə, məhz o yaddaşı oyatmaq, sevdiyini yanına dartmaq, özünə çəkməkdən ötrüdü! 

Şeirin əsas özəlliyi məhz budu: təbiət insan hisslərinin vəhdəti, paralelliyi... Bir xanımın həm öz duyğularınıdarıxmasını, iztirabını, qısqanclığını açıq deməsi, gizlətməməsi: “Əylənmə qürbətdə yayla zamanı”, “Axar gözüm yaşı sel deyə yazmış!”, “Göz yaşım məktubda puldeyə yazmış!”... Bəli, bütün bunları yazmış. Sevgisini bu qədər gözəl ifadə edən, uzaqlığı imisti sözləriyləzərərsizləşdirən”, göz yaşını məktubda pulayəni poçt markasına bənzədən xanımdan ötrü neyləməz aşiq?! Zaman fürsət vermədən qaçar... Gülüzlü yarının yollarını gözlətmədən qaçar... Düz onun yanına!  

Aşıq Veysəl: “...məktub aldım gülüzlü yardan

Yeni məktub aldım gülüzlü yardan
Gözlətmə yolları, gəldeyə yazmış.
Sivrələn köyündən, bizim diyardan
Dağlar mor bənövşə, güldeyə yazmış.

Bəsərəkdə lalə sümbül yürüdü,
Güldədəni çayır çəmən bürüdü,
Qaradaşda qar qalmadı əridi,
Axar gözüm yaşı seldeyə yazmış.

Əylənmə qürbətdə yayla zamanı
Mövlanı sevərsən ağlatma məni.
Bənək-bənək məktubdadır nişanı
Göz yaşım məktubda puldeyə yazmış.

Qoxuyor burnuma Sivrələn köyü
Sərindir dağları, soyuqdur suyu.
Yar məndil göndərmiş yadigar deyə
Gözünün yaşını sildeyə yazmış.

Veysəl, bu qürbətlik kar etdi cana
Qarışdır köçünü ulu karvana.
Gün keçirib fürsət vermə zamana
Saqın uzanmasın yoldeyə yazmış. 

 





09.12.2013    çap et  çap et