525.Az

“Aqoniya”, yoxsa təkamül?- Birinci məqalə


 

(XIX əsr Azərbaycan ədəbiyyatına bir nəzər)

“Aqoniya”, yoxsa təkamül?- <b style="color:red">Birinci məqalə</b>

Üç-dörd ay bundan əvvəl ədəbiyyatşünaslığımızda bir polemika mənim diqqətimi cəlb etdi öz-özlüyündə, olsun ki, növbəti bir polemika təsiri bağışlasa da, son illərdə klassik ədəbiyyata münasibətdə ara-sıra özünü göstərən şəxsən mənim üçün mübahisəli, bəzi məqamlarda isə tamam qəbuledilməz olan tendensiyalar baxımından bu fikir mübadiləsi son illərin səciyyəvi bir nümunəsidir. 

Söhbət XIX əsr Azərbaycan ədəbiyyatından həmin əsri Azərbaycan ədəbiyyatı tarixininitirilmiş dövrü”, “mənasız dövrükimi qiymətləndirməkdən, Mirzə Şəfi Vazeh, Qasım bəy Zakir, hətta Mirzə Fətəli Axundov kimi ədəbi simalar haqqında söylənən   tarixi revizionizm cəhdləri açıq-aydın hiss olunan bəzi mülahizələrdən gedir.

Təəssüf ki, belə metodoloji yanlışlıqlar bu gün təkcə ədəbiyyatşünaslığımızın deyil, ümumiyyətlə, humanitar fikrimizin bütün sahələrində özünü göstərir. Sosrealizm ədəbiyyatşünaslığının tənəzzülü bir sıra məqamlarda inersiya ilə davamı şəraitində nəzəri-metodoloji çaşqınlıq, klassikanın mexaniki inkarı uzun zaman sürən hakim olan sosioloji ifratların, əslində, daha radikal mövqedənimprovizə edilmiştəkrarıdır. Son illər dünya ədəbiyyatşünaslığında müşahidə etdiyim bir məqamı xatırlatmaq istəyirəm: bir çox ölkələrdə, xüsusən postsovet məkanında klassik irsə yanaşmada nəzəri-metodoloji cəhətdən irəliləyişlərlə, tədqiq təhlil obyektinə estetikanın əldə etdiyi yeni meyarların tətbiqi ilə bərabər, ciddi yanlışlıqlar da meydana çıxır bu baxımdan Nizami adına Ədəbiyyat İnstitutunun xarici ölkələrdən gəlmiş görkəmli nəzəriyyəçi alimlərin iştirakı ilə keçirdiyiHumanitar elmlərin müasir durumu ədəbiyyatşünaslığımızın nəzəri-metodoloji məsələlərimövzusunda beynəlxalq konfrans  bu dediklərimi əyani  şəkildə nümayiş etdirdi (Bax: Humanitar elmlərin müasir durumu ədəbiyyatşünaslığımızın nəzəri-metodoloji məsələləri. Bakı, “Elm”, 2010). Bu konfransı ona görə xatırladım ki (çox əhəmiyyətli haldır ki, həmin beynəlxalq konfransın materialları operativ olaraq nəşr edildi), ədəbiyyatşünaslığımızın məni ciddi narahat edən nəzəri-metodoloji qayğıları yalnız XIX əsr ədəbiyyatımızla məhdudlaşmır bu fonda geniş elmi fikir mübadiləsinin zərurətini bir daha gündəliyə gətirir.

XIX əsr Azərbaycan (yaxud fransız, yaxud da rus, ingilis s.) ədəbiyyatı dedikdə, aydın məsələdir ki, bu zaman vahidinin sərhədlərini heç vəchlə formal yanaşma ilə, pedantcasına təqvimlə müəyyənləşdirmək olmaz, yəni yalnız 1801-ci ilin 1 yanvarından 1901-ci ilin 1 yanvarına qədərki dövrü nəzərdə tutmaq ədəbiyyatın ümumiyyətlə, sənətin, eləcə ictimai fikrin inkişaf dinamikasının təbiətinə ziddir. Ədəbiyyatda, ictimai  fikirdə hər hansı cərəyanın, ədəbi hadisənin ilkin işıltısı, təmayülü, başlanğıcı var, onlar bədii-estetik təməlqoyma prosesinin davamı nəticəsidir, yəni XIX əsrinƏkinçisini qiymətləndirmədən, onun ictimai fikrin inkişafındakı rolunu müəyyənləşdirmədən, XX əsrin əvvəlində nəşrə başlamışMolla Nəsrəddini necə qiymətləndirmək olar? Yaxud M.F.Axundov komediyalarından gələn bədii-estetik ənənələri qiymətləndirmədən Üzeyir Hacıbəyovun operettalarının dramaturji mətnini elmi-metodoloji baxımdan düzgün qiymətləndirmək  mümkündürmü? XX əsrin əvvəllərindən etibarən əlinə qələm alan, demək olar ki, hər bir yazı-pozu əhlinin pyes yazması XIX əsr ədəbiyyatının, konkret olaraq M.F.Axundovun, sonrakı dövrdə N.B.Vəzirovun xidməti deyilmi elə yalnız bundan sonra necə ola bilər ki, XIX əsri Azərbaycan ədəbiyyat tarixininitirilmiş dövrüadlandırasan?

Ədəbiyyatın tarixihəm söhbət, aydın məsələdir ki, yalnız Azərbaycan ədəbiyyatından getmirsübut edir ki, milli ədəbiyyat mövcuddursa, onunitirilmiş dövrü”, “mənasız dövrüyoxdur, sadəcə olaraq, bəzən özlərindən əvvəlki dövrlərin yetişdirdiyi nəhəng ədəbi fiqurların yaşayıb-yaratdığı dövrlər daha qabarıq şəkildə, bədii-estetik mündərəcatın daha artıq zənginliyi ilə özünü göstərir. Azərbaycan ədəbiyyatında parlaq Məhsəti, Xaqani, Nizami dövrü ilə parlaq Nəsimi, Xətai, Füzuli dövrü arasında qədər zaman keçmişdir biz bu zamanıitirilmiş dövr”, “mənasız dövrkimi qiymətləndirə bilərikmi? Bəs, Füzulidən sonra Vaqifəcən qədər zaman keçmişdir bu illər ərzində ədəbiyyat sadəcə olaraq gözləmişdir ki, Molla Pənah Vaqif haçan onun tarixinə düşəcək?

Yox, həmin müddətdə ədəbiyyat axtarışlar apara-apara Vaqifi yetişdirmişdir.

Gənclik çağlarımda mən rus dilində Napoleonla bağlı nəşr olunmuş kitabların, bəlkə , hamısını oxumuşdum indi, bu sətirləri yazarkən, akademik Y.Tarlenin bir fikri yadıma düşür. Tarle yazırdı ki, XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Fransada elə bir vəziyyət yaranmışdı ki, Napoleonun meydana çıxması zərurət idi, amma bu şəxsin isə məhz Korsikalı Bonapart olması təsadüfdür.

demək istəyirəm?

Azərbaycan ədəbiyyatının özünüaxtarışı elə bir məqama gəlib çatmışdı ki, elə yetişmişdi ki, XVIII əsrin sonlarında bu ədəbiyyatdakı Vaqif hadisəsi zərurətin nəticəsi idi, bu şəxsin isə məhz Molla Pənah olması təsadüf idi, yəni konkret olaraq həyatda Molla Pənah adlı bir şəxs olmasaydı da Vaqif hadisəsi başqa bir şəxsin adı ilə bağlı Azərbaycan ədəbiyyatı tarixinə düşəcəkdi.

Lev Tolstoy Mixail Lermontovun istedadını çox yüksək qiymətləndirirdi özünə xas olan bir dərinliklə deyirdi ki, bu oğlan (“etot malçik”) həyatdan bu qədər tez getməsəydi, mənə, Dostoyevskiyə ehtiyac olacaqdı. Tolstoyun bu fikri, elə bilirəm ki, mənim demək istədiyimi yaxşı yozur, yəni rus ədəbiyyatının özünüaxtarışı artıq Tolstoy Dostoyevski yüksəkliyinin əldə olunmasını labüd etmişdi həmin ədəbi axtarışlar Lermontov istedadını meydana çıxartdı, ancaq həyat bu istedada öz ədəbi missiyanı yerinə yetirməyə imkan vermədi, ona görə (!!) bu missiyanı Lev Tolstoy Fyodor Dostoyevski yerinə yetirdi. 

Canlı bir orqanizmin təhtəlşüur olaraq öz həyatı uğrunda daima mübarizə apardığı, bu həyatı mənən zənginləşdirməyə çalışdığı kimi, milli ədəbiyyat da öz missiyası daxilində canlı bir orqanizm kimi təkmilə gedən yolda daima, bütün epoxalarda özünü axtarır, həmin epoxaların spesifikasından doğan bədii-estetik mərhələləri bir-bir adlayır bəzən ədəbiyyatın bu axtarışları təxminən eyni zaman vahidi daxilində öz tarixinə bir neçə böyük sənətkarın adını yazır, bəzən bu axtarışların nəticəsi daha artıq vaxt tələb edir.

Mən yuxarıda qeyd etdiyim polemikadaXIX əsr Azərbaycan ədəbiyyatının ən mənasız dövrüdür” (Rüstəm Kamal, Azadlıq radiosuPen klubproqramı, 19 aprel 2013) fikrinə rast gəldim, daha sonra müəllifaqoniyaifadəsini işlədir, başqa bir müsahibəsində isəXIX əsri ədəbiyyatın aqoniyası adlandırırsınızfikrini təkzib yox, şərh edir (“Kulis.azsaytı, 29 aprel 2013).

Nəinki XIX əsr Azərbaycan ədəbiyyatı ilə, ümumiyyətlə, ədəbiyyatla bağlı belə bir məfhumun işlədilməsi elmi-nəzəri baxımdan dərəcədə məqbuldur? Yaxud XIX əsri Azərbaycan ədəbiyyatı kontekstindəən mənasız bir dövradlandırmaq metedoloji cəhətdən qədər doğrudur?

Rüstəm Kamal düz müəyyən edir ki, “folklor təfəkkürü etnik özünüdərklə bağlıdır onun söylədiyi bu fikiri aşağı-yuxarı qəbul etmək olar  ki, “Bakıxanov, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani etnik özünüdərklə bağlı şairlər deyillər” (Yenə orada.), ancaq bunları ümumiləşdirib bunlara istinad edib XIX əsri Azərbaycan ədəbiyyatınınən mənasız dövrükimi qiymətləndirmək yanlış bir müddəadır metodoloji cəhətdən , elmi-nəzəri baxımdan da əsassızdır.

Ədəbiyyatın tarixindəmənasızdövr olmur, hansı bir zaman çərçivəsində möhtəşəm simalar ədəbi hadisələr yoxdursa, deməli hazırlıq, yetişdirmə prosesi gedir, ədəbiyyatqeyri-möhtəşəmədəbi simaları təcrübədən keçirir, kamil üçün münbit zəmin yaradır.

Biz, hətta XX əsr Azərbaycan ədəbiyyatına təbii şəkildə, yəni yuxarıda dediyim həmin özünüaxtarış nəticəsində gəlməyən, inzibati qaydada gətirilən, pərçim edilən sosialist realizminin beləaqoniyasını görmədik, rəsmi-inzibati ideologiyanın tərkib hissəsi kimi həmin inzibati ideologiya SSRİ ilə birlikdə süquta uğrayan kimi, sosrealizm heç bir aqoniya keçirmədən (vaxt çatmadı?!) yox oldu.

Şirindil Alışanovmüəyyən təşəbbüskimi Azərbaycan klassik romantizminin belə bir mərhələ təsnifatını verir:

1. Erkən orta əsrlərin intibah romantizmi (Nizami, Xaqani, Məhsəti);

2. yetkin orta əsrlərin klassik romantizmi (Nəsimi, Füzuli);

3.  klassik romantizmin ənənə kimi davamı tənəzzül dövrü (M.Ş.Vazeh, Natəvan). (Ş.Alışanov. Sözün estetik yaddaşı. Bakı, “Elm”, 1994, səh. 141.)

Bu təsnifat, elə bilirəm ki, mahiyyət etibarilə Azərbaycan klassik romantizminin mərhələlərini dəqiq müəyyən edir.

Yaşar Qarayev isəAzərbaycan realizminin mərhələlərimonoqrafiyasında, ümumiyyətlə, yazılı ədəbiyyatın orta əsrlər romantik ədəbiyyatından sonrakı ardıcıllığını belə müəyyən edirXVIII əsrin erkən realizmi; XIX əsr maarifçi realizmi, tənqidi realizm; XX əsrin yeni romantizmi yazırdı: “...Azərbaycan xalqının ədəbiyyatında XIX əsrin ortalarından etibarən milli ədəbi fikrə hər cür sufizm, panteizm təsirlərini tam bir ideologiya, məfkurə sistemi, ideya-fəlsəfi cərəyan səviyyəsində yeni bir təlimmaarifçilik onun təsiri əvəz edir.” (Y.Qarayev. Azərbaycan realizminin mərhələləri, Bakı, “Elm”, 1980, səh. 22-23.)

Mən hələ 1979-cu ildə unudulmaz YaşarınTənqid: problemlər, portretlərkitabı haqqındakı məqaləmdə yazmışdım: “Maarifçi realizmin müstəqil ədəbi-tarixi bir mərhələ kimi əsaslandırılmasını, milli intibahın spesifik təzahürü kimi, Azərbaycanda XIX əsrin irəli sürdüyü tarixi vəzifələrə cavab kimi yaranmasını belə sistemli, konseptual şəkildə açmasını müəllifin bir realizm tədqiqatçısı kimi ən mühüm nəzəri nəticələrindən biri hesab etmək olar.” (Elçin. Klassiklər müasirlər. Bakı, “Yazıçı”, 1987, səh. 323-324.)

Hərgah biz Yaşar Qarayevin bu təsnifatını da qəbul etsək (mən bu təsnifatı da dəqiq hesab edirəm), o zaman XIX əsrdəki Azərbaycan ədəbiyyatı ilə bağlı belə bir qənaətə gəlirik: klassik romantizm (yəniDivan ədəbiyyatı”) yalnızənənə kimi”, yəni inersiya ilə davam edib tənəzzülə uğrayıbsa, elə bunun özü, ilk baxışda parodoks kimi görünsə , XIX əsr ədəbiyyatını Azərbaycan ədəbiyyatı tarixinin mühüm dövrü edir belə olan təqdirdə onu üçünitirilmiş dövrhesab etməliyik? Hərgah XIX əsr Azərbaycan ədəbiyyatında perspektivli keyfiyyət dəyişikliyi baş veribsə, yəni bu ədəbiyyat maarifçi tənqidi realizmi əldə edibsə, o zaman biz həmin dövrə üçünaqonyadövrü kimi baxmalıyıq?

XVIII əsrin sonlarında XIX əsrdə Avropa ədəbiyyatında yaranan biri az, o biri çox dərəcədə ümumdünya ədəbiyyatının bədii-estetik mündərəcatını genişləndirən parnasizm, neoklassisizm, naturalizm, personalizm, impressionizm s. kimi cərəyanlar arasından Azərbaycan ədəbiyyatı yalnız iki əsasınıromantizmi (yeni romantizm!) realizmi özünün ifadə vasitəsinə çevirdi. Bu romantizm artıq gül ilə bülbülün, Leyli ilə Məcnunun romantizmi deyildi, bu romantizmdəki faciəvi xətt həyati idi o xətt sonrakı əsrdə Cəfər CabbarlınınAydınına, ya da ki, Hüseyn CavidinŞeyx Sənanına gətirib çıxartdı.

Həsən bəy ZərdabiVəkili-naməluma” (Mirzə Fətəli AxundovƏkinçi bu imza ilə yazırdı) müraciətlə millətinöz dilimizdətəhsil almağını, savad sahibi olmasını arzulayırdı yazırdı ki, “yəqin o vaxt indikindən yaxşı müsəlman olarıq”. Həsən bəy bu arzunu xəyal adlandırırdı amma onun xəyal olmağına səbəb biz özümüzükdeyirdi. (Həsən bəy Zərdabi. Seçilmiş əsərləri. Bakı, “Azərnəşr”, 1960, səh. 109.)

Mirzə Fətəli isəKəmalüddövlə məktublarının Peterburq naşiri İsakova yazdığı məktubda deyirdi ki, vaxt gələcəkQafqaz müsəlmanları içərisində savada həvəs doğacaq, idraka meyl oyanacaq...” (Bu barədə ətraflı bax: C.H.Cəfərov. Azərbaycan teatrı. Bakı, “Azərnəşr”, 1974, səh.9.)

Yenə Mirzə Fətəlidən bir sitat gətirmək istəyirəm: o, şahzadə Cəlaləddin Mirzəyə məktublarından birində öz komediyalarını nəzərdə tutaraq yazırdı: “Bu əsərləri yazmaqdan məqsədim öz xalqımı Avropada məlum olan dram teatr sənəti ilə tanış etmək idi ki, bəlkə mənim başqa həmvətənlərim son dərəcə faydalı olan bu gözəl sənətin şərtləri tələbatı ilə tanış olub, bu cür əsərlər yazmağa başlasınlar.” (M.F.Axundzadə. Əsərləri üç cilddə, 3- cild, Bakı, “Şərq-Qərb”, 2005, səh. 108.)

Bu xəyalları, arzuları inamı məhz XIX əsr yaratdı onların reallığa çevrilməsinin təməlini qoydu; həmin təməlqoyma vacibliyinin əhəmiyyətinin izahını da məhz XIX əsr Azərbaycan ictimai fikri verdi, məqsəd məramını ortaya qoydu; Zakirdən Həsən bəy Zərdabiyə, Nəcəf bəy Vəzirova, gənc Mirzə Cəlilə (ilk hekayələri) gənc Nəriman Nərimanova (ilk pyesləri Bahadır Sona”) qədər, təbii ki, Mirzə Fətəli daxil olmaqla, məhz XIX əsr Azərbaycan ədəbiyyatı o xəyal arzuların reallıq olduğunu əyani şəkildə sübut etdi.

XIX əsrin 20-ci illərindən etibarən Azərbaycan ziyalılığında Şərq ilə Qərb kəsişməyə başlayırdı, misal üçün baxın, Varşava Peterburq kübar salonlarının qəhrəmanı Abbasqulu Ağa Bakıxanov, eyni zamanda, şiə məzhəbli mömin bir müsəlman kimi deyirdi:

Kərbala, saxlagilən

nəşi-Əliəkbərimi,

Verirəm çünki əmanət

sənə gülpeykərimi...

illər ötdükcə bu kəsişmə bədii-estetik vəhdətə çevrilməyə başladı bu istiqamət artan xətlə inkişaf edərək Mirzə Fətəli, Mirzə Cəlil, Üzeyir bəy, Hüseyn Ərəblinski yaradıcılığından keçərək Şövkət Məmmədova, Bülbül, Qəmər Almaszadə, Qara Qarayev, Fikrət Əmirov, Tahir Salahov yaradıcılığına  gəlib çıxdı, ədəbiyyatda yeni janrlar yarandı, poeziya ilə bərabər proza da bu ədəbiyyatın simasını müəyyənləşdirdi, ədəbi-bədii dil tam şəkildə formalaşdı milli ilə bəşərinin vəhdəti bir küll halında Azərbaycan mədəniyyətini xarakterizə edən ən mühüm cəhətə çevrildi.

Ancaq biz, deyəsən, çox irəli getdik.

Rüstəm Kamal yazır ki, “Osmanlı ədəbiyyatından fərqli olaraq, Azərbaycan ədəbiyyatında dialektik keçid yoxdur” (“Kulis.azsaytı, 29 aprel 2013.) bunumillətin ədəbi natamamlığıilə izah edir. Güman edirəm ki, bu, mübahisəli yox, tamam yanlış müddəadır, həm gurultulu patriotizm baxımından yox, sadəcə olaraq ədəbiyyatın tarixi sübut edir ki, onun təbiəti, spesifikası, əgər belə demək olarsa (güman edirəm ki, olar!) “ədəbi inqilaba”, “ədəbi qəfilliyəyaddır, onun yolu təkamül yoludur, yəni hansı millətə məxsus olur-olsun, ədəbiyyat varsa, orada Rüstəm müəllimin dediyi həmindialektik keçidmövcud mütləqdir; “ədəbi inqilab”, “ədəbi qəfillikədəbiyyat yox, kiç, yəni ədəbi məmulat yaradır ki, bunu biz bu gün elə müasir ədəbiyyatımızın təcrübəsində açıq-aydın görürük.

Ədəbiyyat varsa, artıq hansı bədii-estetik səviyyədə yöndə yaranıbsa, onunla kifayətlənə bilməz, mahəzər ədəbiyyatın təbiətinə ziddir bu baxımdan XIX əsr Azərbaycanda vaxtıyla dünya miqyaslı böyük şairlər yetişdirmişDivan ədəbiyyatının artıq tam bir tənəzzül dövrüdür, ancaq bunu heç vəchləaqoniyakimi qiymətləndirmək olmaz, əksinə, bu, Azərbaycanda gedən tarixi ədəbi proses ədəbi mühit kontekstində ədəbiyyatınDivan ədəbiyyatıçərçivələri  daxilindəki missiyasını sona yetirməsi deməkdir, yəni çox əhəmiyyətli pozitiv ədəbiyyat hadisəsidir.

Bəşəriyyət irəlilədikcə ictimai formasiyalar bir-birini əvəz etdiyi kimi, bəşəri həyatın bir hissəsi olan ədəbiyyat da eləcə irəlilədikcə onun tarixindəki ədəbi mərhələlər məhzdialektik keçidləbir-birini  əvəz edir. Ədəbiyyat irəli getdikcə, onun adladığı həmin mərhələlər müsəlsəl xarakter daşıyır, bu mərhələlər zəncir həlqələri kimi bir-biri ilə bağlıdır bir mühüm cəhət var ki, ədəbiyyatın özünüaxtarışı təhrimçilikdən uzaqdır, o heç nəyi, o cümlədən Divan ədəbiyyatı qətiyyən qadağan etmir, mərhələlər təbii axarı ilə biri o birinin yerini tutmağa başlayır.

Bu yaxınlarda mən Andrey Konçalovskinin çox maraqlı cəsarətliRus insanı hansı Allaha inanır?” adlı məqaləsini oxudum (maraqlananlar müasir rus ictimai fikrində səs salmış bu məqaləni www.rg.ru/sujet/3628 saytında oxuya bilərlər). Konçalovskinin sözlərinə görə, Argentina sosioloqu Qrondon Amerika kulturoloqu Xarrison uzun illərin tədqiqatından sonra belə bir nəticə əldə ediblər ki, təbiətləri etibarilə bir-birindən seçilən iki mədəniyyət mövcuddur:

a) dinamik, yəni yenilikləri asan qəbul edən mədəniyyət;

b) inert, yəni bütün yeniliklərə müqavimət göstərən, modernləşməyə düşmən münasibət bəsləyən mədəniyyət.

Bu mənada XIX əsr Azərbaycan mədəniyyəti, o cümlədən bu mədəniyyətin əsas tərkib hissələrindən biri, bəlkə birincisi olan Azərbaycan ədəbiyyatı dinamik xarakter daşıyır bunun belə olduğunu yalnız elə Mirzə Fətəli Axundov hadisəsinə əsaslanaraq söyləmək olar ki, irəlidə bu barədə danışacağıq. Yaxud, baxın: Azərbaycan mədəniyyəti Avropa opera musiqisinin əsrlər boyu keçdiyi yolu yalnız elə Üzeyir bəyin yaradıcılığındaLeyli MəcnunundanKoroğluya qədər qısa bir müddətdə qət etdi belə bir sürət, aydın məsələdir ki, mədəniyyətin məhz həmin dinamikasının göstəricisidir.

Azərbaycan ədəbiyyatı XIX əsri, elə bil ki, Molla Pənah Vaqifin dili ilə qarşılayaraq deyirdi:

Bizim bu dünyada malımız var,

evdə sahibcəmalımız var.

Vaqif, öyünmə ki, kamalımız var,

Allaha şükür ki, kamal da yoxdur!

Azərbaycan ədəbiyyatında, o cümlədənDivan ədəbiyyatında Vaqifdən əvvəl malsızlıqdın”, “sahibcamalsızlıqdan”, həttakamalsızlıqdanda bu ya digər şəkildə şikayət az deyildi, ancaq indiki kontekstdə mən Vaqifin söylədiyikamalsızlığı”, ümumiyyətlə, ədəbiyyatımızın özünün öz bədii-estetik kasadlığından şikayəti kimi qəbul edirəm.

AzərbaycandaDivan ədəbiyyatının dahiyanə poetik zirvəsi Məhəmməd Füzuli yaradacılığıdır, sonrakı dövrdə ədəbiyyatın bütün cəhdləri hər hansı bir nümayəndəsini həmin zirvəyə qaldıra bilmədi, ən yaxşı halda yalnız epiqon ədəbiyyatının böyük nümayəndələrini yetişdirdi. Mən, bəlkə , mistikaya varıram (hər halda, bumaterialist estetikaya müsaid olan bir fikir deyil), ancaq ədəbiyyat məhz canlı bir orqanizm kimi, belə bir vəziyyətlə barışa bilməzdi, əgər o, yəni ədəbiyyat Füzulinin timsalında ən yüksək bədii-estetik zirvəyə qalxmışdısa bundan yuxarı qalxmaq mümkün deyildisə, deməli, istiqaməti dəyişmək zərurəti yaranırdı, “Divan ədəbiyyatının çərçivələrindən çıxıb irəliləyiş üçün başqa yollar axtarılmalı, başqa ( tamam fərqli!) bədii-estetik istiqamət tapılmalı müəyyənləşdirilməli idi. Füzulidən sonra Azərbaycan ədəbiyyatının həmin axtarışları yeni mərhələnin təməlini qoyması üçün münbit zəmin XIX əsrdə yetişdi o təməl qoyuldu.

DüzdürDivan ədəbiyyatımöhtəşəm bədii-estetik mündəricata malik olduğu üçün, inersiya ilə XX əsrə adladı, Əli Naseh, Məşədi Azər, Əliağa Vahid kimi istedadlı qələm sahibləri o ənənəni davam etdirdi, hətta o inersiya XXI əsrə gəlib çıxdı, ancaq... artıq XIX əsrdə yeni mərhələnin təməli qoyulmuşdu ənənəni davam etdirmək isə, həmin ənənələri inkişaf etdirmək demək deyil. İnkişafindiki kontekstdə Füzulidən yüksəyə qalxmaqdır ədəbiyyatımızın tarixi göstərdi ki, bu, mümkün deyil.

Bu, incə bir məsələ olduğu üçün, istərdim ki, məni düzgün başa düşsünlər: hərgah şairin istedadı onuDivan ədəbiyyatına çəkirsə, qəzəl, qəsidə s. onun istedadına dünyagörüşünə, bədii zövqünə ən uyğun şeir formasıdırsa, hərgah müasir muğamımız bunu qəbul edirsə, burada heç vəchlə irad tutmalı bir yoxdur, əksinə, bu, ədəbiyyatın daxildindəki, mahiyyətindəki demokratiklikdən xəbər verirşairdən tələb etmək olmaz ki, sən mütləq Füzuli səviyyəsində yazmalısan. Dediyim həmin inersiya iləDivan ədəbiyyatıbəlkə XXII əsrə adlayacaq, ancaq məsələ burasındadır ki, bu, artıq Azərbaycan ədəbiyyatının, lap konkret desəm, poeziyasının magistral yolu deyil, istisnadır, hərgah belə demək olarsa, estetik ekzotikadır buestetitk ekzotikanın da, yəqin ki, öz bədii dəyəri var.

Məlumdur ki, XIX əsr Azərbaycanda ədəbi məclislərin yarandığı intensiv fəaliyyət göstərdiyi bir dövr idi, Mirzə Rəhim Fəna ŞuşadaMəclisi-ünsyaratmışdı bu məclis Xurşidbanu Natəvanın himayəsi altında idi, Mirzə Möhsün Nəvvab yenə QarabağdaMəclisi fəramuşanı, Mirzə Şəfi Vazeh GəncədəDivani-hikməti, Şeyxəli xan Gəngərli OrdubaddaƏncüməni-şüəra, Abbasqulu Ağa Bakıxanov QubadaGülüstanı yaratmışdı, Məmmədağa Cürmi BakıdaMəcməüş-şüaraya, Mirzə İsmayıl Qasir LənkərandaFövcül-füsəhaya başçılıq edirdi bu məclislərdə adlarını çəkdiyim şairlərdən başqa Seyid Əzim Şirvani, Əbdülxalıq Cənnəti, Abdulla bəy Asi, Fatma xanım Kəminə, Molla Ələkbər Aciz b. kimi şairlər iştirak edirdi.

Adlarından da göründüyü kimi, bu məclislər tam şəkildəDivan ədəbiyyatının təsiri altında idi mən deyərdim ki, elə bil, “Divan ədəbiyyatıöz ömrünü uzatmaq üçün yeni ( son!) bir təşəbbüs kimi bu məclisləri yaratmışdı. Bu məclis üzvlərinin bir qismi çox istedadlı (S.Ə.Şirvani, X.Natəvan...), digər qismi az istedadlı idi, ancaq onların yaratdığı bədii təsərrüfat bir küll halında epiqon ədəbiyyatı idi. Eyni zamanda bir cəhəti qeyd etmək lazımdır ki, bu məclislər arasında ciddi ədəbi əlaqələr yaranmışdı (Rüstəm müəllim bunukommunikativ sistemadlandırır) maraqlısı budur ki, həmin əlaqələrin, XIX əsrdə milli mədəniyyətimizin təşəkkül tapmasında, yeni mərhələnin yaranmasında rolu az olmadı.

Bizim böyük ədəbiyyatşünaslarımızdan biri olan Feyzulla Qasımzadə yazırdı: “XIX əsr Azərbaycan ədəbiyyatında nəzirəçilik çox yayılmışdı. Bu əsrdə özündə azacıq şairlik qabiliyyəti hiss edən şəxs dərhal qəzəl nəzirəsi yazmağa başlayırdı... XIX əsr nəzirəçiləri vaxtı ötmüş köhnə fikirləri bayağılaşmış şəkildə təkrar edirdilər, onlar öz mənəvi misginlikləri fikir yoxsulluqları ucundan şeirin məzmun ideyasına fikir vermirdilər... Bu təqlidçilər ancaq şeirin şəkli cəhətdən gözəlliyinə əhəmiyyət verirdilər. Onlar öz qəzəlləri üçün əruz vəznindən ahəngdar bəhrlər, oynaq qafiyələr çox yayılmış bədii qiyaslar seçirdilər. Qəzəl təqlidçiləri şeiri əyləncəyə döndərməklə onu qabaqcıl ictimai  ideyalara xidmət etməkdən ayırırdılar.” (F.S.Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixinə dair tədqiqlər. Bakı, APİ-nin nəşriyyatı, 1960, səh. 11.)

Ədəbiyyat cəmiyyətin aynasıdır bu barədə xüsusi danışmaq, açıq qapını döymək kimi bir şeydir, ancaq biz XIX əsr Azərbaycan ədəbiyyatından bəhs ediriksə, həmin dövrün siyasi-ictimai mənzərəsindən sərf-nəzər edə bilmərik. XVIII əsr, XIX əsrin əvvəllərində Azərbaycan, o cümlədən Şimali Azərbaycan bir-birinə gizli, yaxud açıq ədavət bəsləyən kiçik feodal dövlətlərdənaşağı-yuxarı müstəqil xanlıqlardan ibarət idi geniş mənada cəmiyyəti feodal-patriarxal münasibətlər xarakterizə edirdi. Belə bir vəziyyət hansısa yeni bir bədii-estetik istiqamətin təməlini qoymaq yolunda, təbii ki, ədəbiyyata mane olurdu.

Yenə maraqlı bir fikir yadıma düşür: XX əsrin böyük musiqiçilərindən biri hesab olunan İequdi Menuxinin valideynləri vaxtı ilə Rusiyadan köçmüşdülər, o özü isə bütün ömrünü Qərbdə yaşamışdı müsahibələrindən birində müxbir ondan soruşanda ki, “niyə sizin böyük həmkarlarınızın çoxu Rusiya kökənlidir? Belə bir rus musiqiçiliyinin mahiyyəti nədən ibarətdir?” Menuxin çox gözlənilməz məncə, gözlənilməz olduğu qədər maraqlı cavab verir: “Rusiyada iztirablar (ruscastradaniye”) çoxdur.” (Bax: “Arqumentı i faktıhəftəliyi, 11 mart 1999.)

Atasının – 1 Pavelinqətlində iştirak edib Rusiya imperiyasının taxtına çıxan 1 Aleksandrın siyasətində bu imperiyanın genişləndirilməsi, yəni müstəmləkəçilik prioritet yer tuturdu bu baxımdan Qafqaz, o cümlədən Zaqafqaziya da onun xüsusi diqqət mərkəzində idi. 1 Aleksandr özündən əvvəlki rus hökmdarlarının başladığı işi sona çatdırmaq istəyirdi Birinci Rusiyaİran müharibəsindəki qələbəsindən sonra 1813- ildə imzalanan Gülüstan müqaviləsinə əsasən İrəvan Naxçıvan xanlıqlarından savayı Şimali Azərbaycan faktiki olaraq Rusiyanın tərkibinə qatıldı. 15 ildən sonra isə – 1828-ci ildə (artıq 1 Nikolayın vaxtında) Türkmənçay müqaviləsi ilə Rusiya imperiyası bütün Şimali Azərbaycanı zəbt etdi mən bu məlum faktları ona görə təkrar edirəm ki, XIX əsrin ilk otuz ilindəki bu hadisələrin geniş miqyaslı kataklizm yaratdığını nəzərə çatdırım.

İlkin orta əsrlərdən üzü bu tərəfəXIX əsrə qədər Azərbaycan ərəb müxtəlif türk dövlətlərinin, İranın savaş meydanına çevrilmişdi, ayrı-ayrı dövrlərdə böyük dövlətlərin tərkibinə qatılmışdı, ancaq bunların hamısı islam dünyasına aid tarixi hadisələr idi, XIX əsrin əvvəllərindəki hadisələr isə tamam başqa keyfiyyətli kataklizm yaratmışdı bubaşqa keyfiyyət” (milli təəssübkeşlik, dünyavi savad sistemi, dünyagörüşünün coğrafiyası problematikası, şikayətlərin, çatışmazlıqların konkret ünvanı s.) öz mahiyyəti etibariləDivan ədəbiyyatına yad idi, həminbaşqa keyfiyyətədəbiyyat ümumiyyətlə, sənət sahəsində artıq bülbülün gülə məhəbbətinin (özlüyündə gözəl poetik məhəbbətin) uzun müddətli təkrarı ilə kifayətlənə bilməzdi, o yeni mövzu yeni bədii-estetik təsvir vasitələri tələb edirdi.

Rusiya istilası onun yaratdığı kataklizm özü ilə bərabər İ.Menuxinin dediyi həmin iztirabları da (yeni keyfiyyətli iztirabları!) Şimali Azərbaycana gətirdi bu iztirablar da çox ciddi bədii-estetik stimul rolu oynadı. Məhz bu yeni keyfiyyətli iztirab, milli-mənəvi əzab, cəfa, ictimai möhnət Mirzə Fətəlinin komediyalarını yaratdı qısa bir zaman vahidində ədəbiyyatımızda həmin komediyalardanÖlülərə Molla Nəsrəddinjurnalına qədər bədii-estetik yolu qət etdi. Məhz XIX əsr, Cəfər Cəfərovun M.F.Axundova bağlı sözləri ilə desəm, “ədəbiyyat sənəti mücərrədlikdən, sxolastikadan, hər cür doqmatik keyfiyyətlərdən xilas edib, yeni ədəbiyyat sənətin ən demokratik formalarda inkişafı üçün yol açdı.” (C.H.Cəfərov. Azərbaycan teatrı. Bakı, “Azərnəşr”, 1974, səh. 13.)

 





09.12.2013    çap et  çap et