525.Az

Sumqayıt Dövlət Universitetinin rektoru istefa verib


 

Sumqayıt Dövlət Universitetinin rektoru istefa verib<b style="color:red"></b> Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov vəzifəsindən istefa verməsi barədə ərizə yazıb. Lent.az-ın femida.az-a istinadən xəbərinə görə, bu barədə SDU-dan bildirilib.
 
Onun istefa ərizəsi ilə bağlı qərarın bu gün təsdiq olunacağı bildirilib.
 
Qeyd edək ki, Qəhrəmanov Nadir Fərrux oğlu ölkə prezidentinin 31 may 2000-ci il tarixli sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib. Təhsil işçilərinin təltif edilməsi haqqında Azərbaycan prezidentinin 04 oktyabr 2010-cu il tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. Ailəlidir, iki övladı, beş nəvəsi var.
 





09.12.2013    çap et  çap et