525.Az

Təhsil strategiyasında məzmun islahatları: əsas hədəflər


 

Təhsil strategiyasında məzmun islahatları: əsas hədəflər<b style="color:red"></b>

Təhsil Nazirliyi Dərslik nəşriyyat
şöbəsinin müdir müavini
,
Əməkdar müəllim

Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi necə öyrətməyimizdən asılıdır”.
Heydər Əliyev
Ümummilli lider  

Son illərdə fenomenal inkişaf tempinə görə Azərbaycanın regionda dünyada siyasi nüfuzu iqtisadi qüdrəti artmış, BMT-nin məlumatına görə, “yüksək insan inkişafıölkələri qrupuna yüksəlmişdir. Bu gün bütün dünyada geniş vüsət alan qloballaşma prosesləri sürətlə dəyişən informasiya-kommunikasiya texnologiyaları ölkələrin sosial-iqtisadi mədəni həyatına güclü şəkildə nüfuz etməkdədir. Belə bir şəraitdə ölkə həyatının bütün sahələrində qloballaşmanın mənfi təsirlərini önləmək, Azərbaycanın dayanıqlı rəqabətqabiliyyətli inkişafını təmin etmək üçün dövlət başçısı, Prezident İlham Əliyev tərəfindən bu yaxınlardaAzərbaycan 2020: Gələcəyə baxışİnkişaf Konsepsiyası təsdiq edilib. Konsepsiyada ölkədə biliklərə əsaslanan iqtisadiyyatın qurulmasının həlledici amili olan insan kapitalının adekvat inkişafı ön plana çəkilib. Azərbaycanda insan kapitalının inkişafı çağırışları ölkədə nəzərdə tutulan iqtisadi inkişaf modelinin qurulmasında qloballaşan dünyanın tələblərinə cavab verən, insan resurslarının yetişdirilməsinə cavabdeh olan müasir təhsil sisteminin formalaşdırılması kimi milli planetar xarakterli missiyanın reallaşdırılması tələbini ortaya qoyub. Bu baxımdan ölkənin gələcək sosial-iqtisadi mədəni yüksəlişinin əsas şərtlərindən, müstəqil dövlətin təməl təsisatlarından olan müasir təhsil sisteminin qurulmasını hədəfləyənAzərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının (bundan sonra Strategiya) bu yaxınlarda ölkə Prezidenti tərəfindən təsdiq olunmasının müstəsna tarixi əhəmiyyəti vardır.

Strategiya sürətlə modernləşən Azərbaycanda müasir təhsil sisteminin formalaşdırılması məqsədilə beş strateji istiqamətdə genişmiqyaslı, kardinal islahatların gerçəkləşdirilməsini nəzərdə tutur ki, bunlar içərisində birinci yerdəsəriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasıdurur. Bu strateji istiqamət təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas ali olmaqla, bütün pillələri üzrə yeni kurikulumların hazırlanması inkişafı kimi vacib olan hədəfləri əhatə edir.

Düşünürük ki, Strategiyada əsas strateji istiqamətlər içərisində təhsilin məzmununun ön plana çəkilməsi bu amilin digər istiqamətlər üçün bir çıxış nöqtəsi kimi seçilməsi istər tarixi-mədəni ənənələr, istərsə müasir yanaşmalar baxımından uğurlu addım kimi dəyərləndirilməlidir. Təsadüfi deyil ki, təhsil strateqlərinin yekdil fikrinə görə, təhsilin məzmununu düzgün müəyyənləşdirmədən təhsildə uğurlu nəticədən, təhsildə keyfiyyətdən, eləcə təhsilalanların layiqli vətəndaş peşəkar kadr kimi yetişdirilməsindən söhbət belə gedə bilməz. Ancaq etiraf etmək lazımdır ki, bu gün təhsil sistemində mövcud olan problemlərin bir qismi bu mənbədən qaynaqlanır. Bu baxımdan təhsil Strategiyası bu problemlərin həlli yollarına işıq tutur, təhsilin bütün pillə səviyyələrində məzmun islahatlarının aparılmasının aydın proqramını verir... 

Azərbaycanda təhsil quruculuğunun banisi böyük himayəçisi, Ümummilli lider Heydər Əliyevin bir müdrik kəlamını burada xatırlatmaq yerinə düşərdi: “Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi necə öyrətməyimizdən asılıdır”...

Hesab edirik ki, təhsilin məzmununa böyük önəm verilməsi həm müstəqil dövlətçilik prinsipləri, sosial-iqtisadi inkişaf tələbləri beynəlxalq təcrübə baxımından da özünü doğruldur.  Strategiyada deyildiyi kimi, beynəlxalq təcrübədə təhsilin məzmunu ilə bağlı başlıca meyillərdən biri təhsil kurikulumlarının ölkənin sosial-iqtisadi inkişaf tələbləri prioritetləri ilə sıx əlaqələndirilməsindən ibarətdir. Kurikulumlar hər şeydən öncə iqtisadi inkişaf məqsədlərinə xidmət edən bilik bacarıqları, səriştəni aşılayan məzmuna malik olmalıdır. İqtisadi inkişafda uğurlar əldə etmiş ölkələrdə biliklərə əsaslanan iqtisadiyyatın yaradılması sosial-iqtisadi siyasətin prioriteti olduğundan kurikulumlarda innovasiyaların əhəmiyyəti, təhsilalanların müxtəlif sosial fəaliyyətə təşviq olunması onların tədris bacarıqlarının inkişafı xüsusi vurğulanır.

Bu da tarixi reallıqdır ki, son 30-40 ildə dünyada baş verən elmi-texniki tərəqqi, innovasiyalar modernləşmə nəticəsində təcrübi bilik vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşdırılmasında akademik biliklərlə yanaşı, praktik bilik bacarıqların, səriştənin vacibliyi ön plana  çəkilir. Səriştə təhsilalanın təlim prosesində qazandığı bilik bacarıqları praktik fəaliyyətdə səmərəli şəkildə tətbiq etmək qabiliyyətidir. O, şəxsin (fərdin) qazandığı bilik bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Bu mənada  səriştəyə əsaslanan nəticəyönlü təhsil sosial-iqtisadi inkişafa daha səmərəli xidmət göstərir.

Strategiyada təhsilin məzmunu ilə bağlı yeniliklərdən biri kurikulumların inkişafının davamlılığı ideyasının irəli sürülərək elmi cəhətdən əsaslandırılması sayıla bilər. Orada deyildiyi kimi, kurikulumların məzmunu texnoloji irəliləyişin gətirdiyi yenilikləri, innovasiyaları nəzərə almaqla, daim inkişaf etdirilməlidir. Bu da nəzərə alınmalıdır ki, kurikulumlar  müxtəlif təhsil pillələrində spesifik yanaşma tələb edir. Mətləb aydınlığı üçün deyək ki, ümumi təhsil pilləsində kurikulumun məzmununda əsas prioritetazərbaycançılıq ideyalarına sadiq olan, milli-mənəvi dəyərlərə, insan hüquq azadlıqlarına hörmət edən, müstəqil yaradıcı düşünən vətəndaş şəxsiyyət yetişdirməkdirsə, ali təhsildə isə əmək bazarının cari perspektiv tələblərinə cavab verən peşəkarlıq, müasir texnologiyalar üzrə kompetensiyalar əsas götürülür. Peşə-ixtisas təhsili, xüsusən ali təhsil kurikulumlarının daim inkişafı, müntəzəm yeniləşdirilməsi modernləşdirilməsi əmək bazarı subyektlərinin tələblərinin sistematik öyrənilməsini onların zaman-zaman nəzərə alınması zərurətini doğurur. Lakin yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, hazırda ilk peşə-ixtisas orta ixtisas təhsili kurikulumları müasir tələblərə cavab vermir, ali təhsil pilləsində isə kurikulumların inkişafı iqtisadiyyatın inkişaf dinamikasından geri qalır. İnanırıq ki, Strategiyanın təhsilin bu pillələrinin kurikulumlarının yeniləşdirilməsinə dair tələblərinin reallaşdırılması bu sahədəki boşluğun qısa zamanda aradan qaldırılmasına güclü təkan verəcəkdir. Sənəddə yer alan yeniliklərdən biri ali təhsil müəssisələrinə təhsilin məzmununun tətbiqi müstəqilliyinin, ali məktəblərə akademik muxtariyyətin verilməsi məsələsinin nəzərdə tutulmasıdır.

Azərbaycan təhsilinin məzmunu üzrə aparılacaq islahatlara dair Strategiyada 14 konseptual hədəf müəyyənləşdirilmişdir. Hazırda hazırlanmaqda olan Fəaliyyət Planında bu hədəflərin alt-komponentləri bundan dəfələrlə çox əhatəli olacaqdır.

Əsas hədəflərdən biri Azərbaycanda məktəbəqədər yaşlı uşaqların fiziki əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətini üzrə çıxaran, onlarda həyati bilik bacarıqları, davranış qaydalarını aşılayan müasir təhsil standartlarının yeni kurikulumların hazırlanmasıdır. Azərbaycan cəmiyyətinin böyük gözləntiləri olan Strategiyada məktəbəqədər təhsillə əhatə dairəsinin inkişaf etmiş ölkələrdəki səviyyəyə (90 %-ə) yüksəldilməsi, məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, əhalinin bütün təbəqələri üçün onun əlçatan olması, məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin olunması ilə bağlı müddəalar təhsilin bu pilləsinin aydın sabahından uğurlu gələcəyindən xəbər verir.    

Strategiyada ümumi təhsilin 12 illiyə (10 il icbari ümumi orta təhsil 2 il təmayüllərə əsaslanan tam orta təhsil) keçidin təmin olunması üçün mövcud təhsil standartları kurikulumlarının yeniləşdirilməsi, tam orta təhsil səviyyəsində təlimin profillər (təmayüllər) üzrə bölünməsi təsbit olunmuşdur. Düşünürük ki, məktəbə hazırlıq təhsilinin icbariliyinin təmin olunması əsas təhsil pilləsinin 1 il uzadılması ümumi təhsilin ibtidai əsas təhsil səviyyələrində Azərbaycan cəmiyyətində formalaşmışməzmunun ağırlığıbarədə illərdən bəri kök salmış stereotiplərin aradan qaldırılmasına yardım edəcək, icbari ümumi orta təhsildə məzmunun təhsilalanlar tərəfindən mükəmməl şəkildə mənimsənilməsinə öz töhfələrini verəcəkdir. Digər tərəfdən tam orta təhsil səviyyəsinin təmayüllər əsasında təşkili ölkədə ictimaiyyət arasında geniş müzakirələrə narahatçılıqlara vəsilə olanrepetitorluqsindromunun sındırılmasına yardım göstərəcəkdir. 

Bu bir həqiqətdir ki, ümumi təhsildə səriştəyə əsaslanan şəxsiyyətyönlü məzmuna keçilməsi təhsilalanlarda yaradıcı (kreativ) düşüncənin formalaşmasına, praktik vərdiş bacarıqların yaranmasına birbaşa xidmət edir. Ümumi təhsilin məzmunu ilə bağlı maraqlı bir məqama toxunmaq yerinə düşərdi. Hesab edirik ki, ümumi icbari orta təhsil pilləsində təhsilin məzmununda həyati bacarıqların, praktik vərdişlərin formalaşmasına xidmət edən bütün fənlər üzrəzəruri minimum bilikməsələsi bütün məktəblərdə tətbiq olunmalı, tam orta məktəb səviyyəsində isə müxtəlif təmayüllər üzrə dərinləşdirilmiş praktik əsaslı elmi biliklər verilməlidir. Təhsilalanlara o biliklər verilməlidir ki, o, şəxsin gələcək həyatında tətbiq oluna bilsin, qazandığı bilik bacarıqlar səriştəyə, kompetensiyalara çevrilə bilsin. Əgər təhsilalana verilən bilik yeni biliklərin yaranmasında baza rolunu oynamırsa, yaxud əməli fəaliyyət sahələrində tətbiq olunmursa, bu bilik heç zaman kreativ, yaradıcı düşüncəyə xidmət edə bilməz. Təhsilşünaslıqda aparılan tədqiqatlarla müəyyən edilib ki, təhsilalanlara verilən hazır nəzəri biliklərin yarıdan çoxu onun gələcək həyatında, praktik fəaliyyətində istifadə olunmur. Bu cür yanaşma artıq öz funksiyasını itirib. Təhsilalana hazır bilik verilir bu praktik həyatda tətbiq olunmursa, Qərb təhsilşünaslığında bu yanaşma yaradıcı təfəkkür aktı deyil, bir hafizə, yaddaş aktı kimi dəyərləndirilir. Bu baxımdan Strategiyada səriştəyə əsaslanan təhsil məzmununun yaradılması haqqında müddəa özündə təhsilalanazəruri minimum biliyin (yaxudtəmayül əsaslı praktik biliyin) ənənəvi hafizə faktı kimi deyil, müasir yaradıcı düşüncə, təfəkkür faktı kimi verilməsini nəzərdə tutur. Başqa şəkildə desək, Strategiya ümumi təhsilin məzmununda təhsilalanın idrak fəallığını ləngidənhafizə, yaddaş məktəbindən müstəqil, yaradıcı düşüncəni inkişaf etdirəntəfəkkür məktəbi keçidin aydın yollarını göstərir. Bu cür yanaşma bilikləri təhsilalana hazır şəkildə deyil, təhsilalanın yaradıcı düşüncəsinin məhsuluna çevirmək sonrakı müstəqil düşüncələr üçün təməl yaratmaq yolunu, öyrənməyi öyrətmək yolunu prioritet kimi qəbul edir. Əslində bu yanaşma Avropada çoxdan sınaqdan çıxmış, Qərbə sivilizasiyanın öncülü olmaq şansını vermiş kreativ düşüncənin ətalət passivlikdən azad olması, hər kəsə öz ağlı ilə müstəqil çalışmaq imkanının verilməsi yoludur. 

Strategiyada ümumi təhsilin məzmununa bu cür yaradıcı yanaşma təhsilalana maksimum bilikləri deyil, zəruri, optimal bilikləri verməyi özündə ehtiva edir ki, bu işıqlı ideya mühüm dövlət sənədinin tarixi-mədəni əhəmiyyətini daha da artırır. Strategiyada ümumi təhsilin məzmunu ilə bağlı hədəflərdən biri istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramların, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf inklüziv təlim proqramlarının hazırlanmasının nəzərdə tutulmasıdır.

Aydın məsələdir ki, ümumi təhsilin məzmununun reallaşdırılmasında dərsliklərin, dərs vəsaitlərinin, digər tədris-metodik vasitələrin rolu böyükdür. Strategiyada kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması, şagird müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması, elektron dərsliklərin tədris resurslarının yaradılması nəzərdə tutulmuşdur. Hesab edirik ki, Strategiyanın icra mexanizmini nəzərdə tutan Fəaliyyət Planı bu yaxınlarda təsdiq edildikdən sonra 12 illik ümumi təhsilə keçidlə bağlı yeni dərsliklərin hazırlanması tətbiqi vaxtı məlum olacaqdır. Hələlik isə I-VI siniflərdə tətbiq olunan kurikulum əsasında hazırlanan yeni dərsliklərin davamı olaraq yuxarı sinif dərsliklərinin hazırlanması, yeni dərsliklərin pilot layihə kimi sınaqdan keçirilməsi işi davam etdiriləcəkdir. Yaxın gələcəkdə Strategiyada nəzərdə tutulduğu kimi, alternativ, variativ dərsliklərin, elektron dərsliklərin hazırlanması tətbiq edilməsi mümkün olacaqdır. Ölkə ictimaiyyətini ən çox maraqlandıran yaxın gələcəkdə hər bir şagirdin fərdi planşetlə təmin olunması, dərsliklərin digər tədris resurslarının həmin planşetdə yüklənməsinin mümkünlüyü haqqında Strategiyada yer alan müddəalardır. Təhsil Nazirliyi dərslik islahatında keyfiyyətin yüksəldilməsini, “keyfiyyətli dərslikməsələsinin prioritet sahə kimi inkişaf etdirilməsini əsas hədəflərdən hesab edir. Hazırda bu sahədə dünya təcrübəsi öyrənilir. Strateji xəttimiz belədir ki, bütün ümumtəhsil məktəb dərslikləri pilot layihə kimi 1 il sınaqdan keçirildikdən sonra məktəbə verilməlidir. Ümumiyyətlə, dərslik məsələsi hər zaman təhsil ictimaiyyətinin, ölkə əhalisinin maraq dairəsində olub, bundan sonra da olacağına şübhə etmirik.

Təhsilin məzmununda tərbiyə, milli mənəvi ümumbəşəri dəyərlər, azərbaycançılıq məfkurəsi, milli vətənpərvərlik prioritet ideyalar kimi haqqında söhbət gedən sənəddə öz əksini tapıb. Bu da nəzərə alınmalıdır ki, ümumtəhsil məktəb şagirdlərinə dərsliklərin dövlət vəsaiti hesabına pulsuz verilməsi Azərbaycan dövlətinin təhsilə təhsilalanlara qayğısının parlaq nümunəsidir.      

Əlbəttə, bu yazıda biz, əsasən, təhsilin məzmunu ilə bağlı Strategiyada yer alan strateji hədəflərdən qısaca söz açdıq.

Hesab edirik ki, Strategiyada yer alan digər dörd strateji istiqamət (təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən təhsilverənlərin formalaşdırılması; təhsildə təlim nəticələrinə görə cavabdeh, şəffaf səmərəli idarəetmə sisteminin yaradlması; müasir tələblərə cavab verən təhsil infrastrukturunun qurulması; təhsilin dayanıqlı, yeni maliyyələşmə mexanizminin bərqərar olması) bu ya başqa şəkildə təhsilin məzmununun reallaşdırılmasına birbaşa ya dolayısı ilə xidmət edir.

Azərbaycanda səriştə əsaslı təhsilin məzmununun yaradılmasını təmin edəcək elmi-pedaqoji potensial var. Əsas məqsəd bu potensialdan səmərəli istifadənin yollarını tapmaqdan, onların intellektual əməyinin stimullaşdırılmasını təmin etməkdən ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə qayğıkeş münasibəti güclü siyasi iradəsi sayəsində ərsəyə gələnAzərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasısənədi sürətlə modernləşən ölkəmizdə təhsil sistemi qarşısında qoyulan məqsəd strateji hədəflərə çatmağa, milli təhsil sisteminin Avropa təhsil standartlarına uyğunlaşdırılmasına imkan verəcəkdir.

İnanırıq ki, Strategiyanın reallaşdırılması nəticəsində təhsilin məzmunca milli ümumbəşəri dəyərlər, müstəqil dövlətçilik prinsipləri beynəlxalq təcrübə əsasında, Azərbaycanın İnkişaf Konsepsiyasına uyğun yenidən qurulması mümkün olacaqdır.

 

 





09.12.2013    çap et  çap et