525.Az

"İsveçrə XİN Dağlıq Qarabağda "seçkilər"i etibarsız hesab edir"


 

 "İsveçrə XİN Dağlıq Qarabağda "seçkilər"i etibarsız hesab edir"<b style="color:red"></b>

İsveçrə Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i etibarsız hesab edir.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter"də bildirib.

"İsveçrə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə tam dəstəyini bir daha ifadə edib. Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilən qeyri-qanuni "seçkilər"ə münasibət bildirən İsveçrənin Xarici İşlər Nazirliyi öz notasında bu "seçkilər"i etibarsız hesab etdiyini bəyan edib", - deyə XİN rəsmisi qeyd edib.

 





15.04.2020    çap et  çap et