525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış (davamı)


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış<b style="color:red"> (davamı)</b>

İdris ABBASOV  

Bir çox xristian qrupunu İsanın tanrı olduğu qənaətinə gətirən yol onun tarixiliyi problemi ilə əlaqədar olmuşdur. Hz.İsanın şəxsiyyəti barəsində İncillər Yeni Əhdin digər kitabları arasında müəyyən bir fərqlilik vardır. Fələstinli İsa bir yəhudi kimi doğulmuş, yəhudi ənənələrinə görə böyümüş məsihiliyini irəli sürüb yəhudi inanclarına həqarət etməsi bəhanəsi ilə romalı yəhudi hakimləri tərəfindən öldürülmüşdür. Hz.İsa xristianlıq adlanan dini təlimin təbliğinə otuz yaşında başlayır. Təbliğat aparma müddəti üç il göstərilir. Otuz üç yaşında ikən yəhudilərin təzyiqi nəticəsində romalı səlahiyyətlilər tərəfindən edama məhkum edilir. Çarmıxa çəkilərək edam edilən İsa, kilsənin tarixiliyindən vaz keçmədiyi bir mövzu olaraq, üç gündən sonra dirilir şagirdlərinə görünür. Hz.İsanın yəhudiliyə xas bir peyğəmbər olduğu görüşü mövcuddur. Hz.İsanın mesajında güclü bir esxatoloji (dünyanın, bəşəriyyəyin sonu haqqında dini təsəvvürlərin məcmusu) əlamət vardır. Tanrı krallığının (mələkut) gələcəyi inancı onun təbliğinin önəmli bir parçasını təşkil edir. Kilsənin orijinal mesaj mövzusundakı ənənəvi yorumu Hz.İsanın gözlənən məsih olmasıdır. Hz.İsanın mesajı eyni zamanda yəhudi şəriətinin təkmilləşmə təshihini ehtiva edir. Hz.İsanın kultla bağlı yeni təqdim etdiyi təməl təlimlərdən biri məbədin (tapınaq) izahı ilə əlaqəlidir. İsa üçün tapınaq elə əhəmiyyətli deyildir. İlk inananlar arasında "on ikilər" adını alan bir qrupun mövcudluğu bildirilir. İnzibati təşkilatın on ikilik bölümlənməsi yəhudi mədəniyyətinə yad deyildir İsrailin on iki qəbiləsini təmsil edir. Çox ehtimal ki, ilk xristianlıq məsih intizarını ən çox arzu edən fəqir insanlar tərəfindən qəbul olunmuşdur. Digər tərəfdən Hz.İsanın ölümündən sonra qəbrinə gələn insanların yalnız qadınlardan ibatət olması tarixçilərin iki müxtəlif fikir yürütməsinə səbəb olmuşdur. Bunlardan birincisi kişilərin qorxub qaçdıqları şəklindədir; ikincisi isə erkən xristianlığın sosial quruluşunu əks etdirir. Burada yəhudilikdən fərqli olaraq ilk camaatda qadınların kişilərlə eyni statusa malik olduğu görünür.

Həvarilər dönəmi Pavlus öncəsi pavlusçu dönəm şəklində ikiyə ayrılır. Pavlus öncəsi dönəmdə yeni hərəkatın mərkəzinin Qüds olduğu anlaşılır. Hz.İsanın ölümündən sonra dağılan şagirdlər təkrar bir araya gələrək dini həyat baxımından yəhudiliyi davam etdirmişdirlər. Onları digər yəhudilərdən ayıran təməl ünsür isə Hz.İsanın məsih olduğu inancıdır. Bu dönəmdə bir xristian kilsəsindən bəhs edilməz. Bununla yanaşı Stefanın (İstefanos) öldürülməsindən anlaşıldığı kimi bu qrupun yəhudilər romalılarla arası yaxşı deyildir.

Pavlusun yeni dinə daxil olması kilsə tarixində bir dönüş nöqtəsi oldu. Xristianlığı qeyri-xristian coğrafiyasında yayan əsas şəxs Pavlus olmuşdur. Pavlusun yeni dində tapdığı şey yalnız məsihi bir ümid deyildir. Bəlkə daha önəmlisi yəhudi şəriətindən qopan yeni bir dinə zəmin hazırlamaq idi. Bunu gerçəkləşdirmənin yeganə yolu isə yeni dini ümumbəşəri bir mesaj çərçivəsində təqdim etmək idi. Pavlusun bir anda xristian olması kilsə tərəfindən ilahi planın bir parçası kimi izah olunurdu. Pavlus Klikyada Tərusda anadan olmuşdur. İbranicə adı Sauldur. Özü Benyamin qəbiləsindən olduğunu söyləyir. Pavlusun məktublarının dili o zaman işlənən bəsit yunan dili idi. Qüdsdəki çıxışlarında bəzən arami dilindən istifadə etmişdir. Rəsulların İşlərindəki ənənəvi açıqlamaya görə Pavlus Şama gedərkən yuxuda Hz.İsa tərəfindən oyadıldıqdan sonra bu dini qəbul etmişdir. Pavlus bu yuxunu digər həvarilərə görünən yenidən dirilmiş İsa ilə müqayisə edir bunu xəyaldan çox həqiqət kimi şərh edir. Onun xristianlığı seçməsindən sonra Ərəbistana getdiyi anlaşılır. Sonra Qüdsə gələrək əvvəlcə Petrus, sonra da Yaqubla tanış olur. Pavlusun təlimi ilə bağlı təməl görüşlər ona aid olduğu təsbit edilən otantik məktublarda (Romalılara, Korintoslulara, Qalatyalılara, Filipililərə, Koloslilərə, Selaniklilərə, Filemona) mövcuddur. Xristianlığı qəbul etməsindən sonra Pavlusun üzərində dayandığı iki təməl mövzu vardır: yəhudi ənənəsinin ləğvi İsanın məsihliyi. Pavlus məsihilik inancını qəbul edərək ümumbəşəri bir doktrinanı qəbul etmişdir. Xristianlığın qeyri-yəhudi torpaqlarında yayılmasına vasitə olan ilahi təlim məhz bu oldu.

Xristianlığın ilk dönəmləri 30-313- illəri əhatə edir. Bu dövr yəhudi mənşəli xristianlarla bütpərəst mənşəli xristianların əmələ gəlməsi ilə nəticələndi. "Yəhudi mənşəli xristianlar" təbiri geniş anlamda istər Qüds Fələstində, istərsə diasporada yaşayan yəhudi irqindən gələn xristianları, dar anlamda isə Qüds Fələstin kilsələrinə mənsub xristianları ifadə edir. Onlar Hz.İsanın mesajını mənimsəyən onun İsrail Krallığını təsis etmək üçün yenidən gəlməsini gözləyən, yalnız Tövratı qəbul edib yəhudi şəriətinə əməl edən xristianlardır. "Bütpərəst mənşəli xristianlar" təbiri isə yəhudilərdən başqa irq dinlərə mənsub ola-ola xristian olanları ifadə edir. Ellinizm meylli Pavlusçu xristianlıq qeyri-yəhudi torpaqlarında sürətlə yayılmağa başladı. Qüdsdəki yəhudi mənşəli xristian qrupun başında İncillərdə İsanın qardaşı kimi qələmə verilən Yaqub (Jacques) göstərilirdi. 70-ci ildə Qüdsün romalıların əlinə keçməsindən sonra yəhudilər Yaqubu öldürdülər. Yaquba bağlı xristianlar İordaniyadakı Pella şəhərinə çəkildilər. Həvarilər dönəminin sonunda bir çox qrupa bölünən bu camaat ebionilər (ebionites "fəqirlər") adı altında təqribən VI əsrə qədər varlıqlarını davam etdirdilər. Ebionilərin əlində olan İncillər kanonik (səhih) İncillərdən xeyli fərqli olub erkən xristianlıq düşüncəsini əks etdirir. Pavlusçu xristianlığın başlıca inkişafı Avropa coğrafiyasında baş verdi. Bu cərəyan kasıb kölə təbəqələr arasında daha böyük nüfuz qazandı. Miladdan öncə III əsrdən bəri Avropadakı xalqlar arasında yayılmağa başlayan Şərqin sehrli dinləri yenidən dirilən İsa motivindən istifadə edən xristianlığın qəbul edilməsini asanlaşdırdı. Qardaşlıq bərabərlik prinsipini əldə rəhbər tutaraq Roma İmperatorluğunun sosial quruluşunu alt-üst etməyə meyl edən xristianlıq ilk böyük zülmü Neronun taxtda olduğu zaman (54-68) gördü. Neronla başlayan nifrət zülm kampaniyası xristianlığı daha da gücləndirdi. Xristianlıq Neron dönəmindən etibarən təşkilatlanmış bir hərəkata çevrildi. 81-ci ildən sonra Roma taxtına əyləşən Titus Filavyus Domitian yəhudilərlə birlikdə xristianlara qarşı məhv etmə əməliyyatını sürətləndirdi. Yeni Əhddəki Vəhy kitabının həmin dövrdəki xristianlara təsəlli üçün yazıldığı söylənilir. 249-cu ildə Roma imperatoru Desius rəsmi dövlət ayinini gücləndirmək məqsədilə bütün xristianlardan imperatorun adına qurban təqdim etmələrini tələb etdi. 250-ci ildə Roma piskoposu Fabian öldürüldü. Xristianların zorla Roma dinini qəbul etmələrində müəyyən müsbət nəticələr əldə olundu. Bunun nəticəsində bəzi qruplar ya bütpərəst oldular, ya da bütpərəst kimi göründülər. 284-305-ci illər arasında imperatorluq edən Diokletian dörd fərman imzaladı. Bu fərmanlardan birincisi kilsələrin müqəddəs yazıların yandırılmasını, digərləri din adamlarını inanan hər kəsin nəzarət altına alınmasını təmin edəcək əmrləri ehtiva edirdi. Diokletiandan sonra taxta keçən Qalerius dönəmində şiddətli zülmlərə məruz qalan xristianlar Qaleriusdan sonra imperator olan Konstantinin dövründə rahatlıq tapmışdırlar.

Konstantindən Böyük Georgiyə qədər olan dövr IV-VI əsrləri əhatə edir. Xristian olan xristianlığı dövlət himayəsinə alan ilk Roma impertoru Konstantindir. 306- ildə imperator elan edilən Konstantin 313- ildə yaydığı Milan fərmanı ilə torpaqlarında yaşayan xristianlara azadlıq verdi. Konstantinin xristianlığı üstün tutmasının səbəbi bəlli deyildir. Kilsə onun xristianlığı seçməsindəki ən önəmli faktor kimi İsanın Konstantinin Maxentius savaşında qalib gələcəyini müjdələməsi ilə bağlı bir yuxu görməsini qəbul edir. Bununla yanaşı İstanbulu Yeni Roma elan edən Konstantinin yeni torpaqlarda sürətlə yayılan xristianlığı siyasi hədəfləri üçün istifadə etdiyi ehtimal olunur. Belə ki, IV əsrdə Cənubi Avropanın, Anadolunun Şimali Afrikanın böyük bir qismi xristian olmuşdur. Konstantin İstanbulu Şərqi Roma İmperatorluğunun paytaxtı etikdən sonra İstanbul da önəmli kilsə mərkəzlərindən biri oldu. Qərb torpaqlarında şimaldan gələn Qot istilaları Piskopos Ulfilasın (ö.381) sayəsində qarşısının alındığı kimi qotların böyük bir qismi xristian oldu. IV əsrdə Konstantindən başlayaraq Roma imperatorlarının xristianlıqda praqmatik olaraq istifadə etdikləri bir güc tapdıqları təxmin edilə bilər. Xristianlığı Roma Dövlətinin rəsmi dini kimi tanıyan ilk imperator I Teodosdur. Konstantindən Papa I Georgiyə qədər olan dövr xritianlığın sürətlə yayılmağa başladığı bir dövr kimi tanınır. Bərbər hücumları nəticəsində qərb torpaqlarının təhlükə altına alınması ilə IV əsrdən etibarən Romanın Şərqi Qərbi olaraq iki ana coğrafiyaya ayrılması bir anlamda xristianlığın qədərini müəyyənlədirmişdir. Bu tarixdən sonra Qərbdəki xristianlıq latın mənşəyinə bağlı qalıb Avropa coğrafiyasını formalaşdırmış, Şərqi xristianlıq isə İstanbul mərkəz olmaqla yunan mirasına sahib çıxaraq Anadolu coğrafiyasındakı xristianlığı əmələ gətirmişdir. Eyni zamanda IV əsr dövlət himayəsindən faydalanan məhəlli kilsələrin intellektual nöqteyi-nəzərdən inişafına məzhəb qovğalarına səbəb ola biləcək qruplaşmalar üçün qaynaq olmuşdur. V əsrdə bərbərlərin hücumları nəticəsində xristianların səlahiyyət mərkəzi olan Roma dağıdılmışdır. Kilsənin özünü qoruma məqsədi ilə bərbər qəbilələri xristianlaşdırma səyləri missioner fəaliyyətinin şimaldakı işğalçı xalqlar arasında yayılmasına yol açmışdır. Nəticədə V əsrdən etibarən şimallı qəbilələr sürətlə xristian olmuşdurlar. Beləliklə, şimal torpaqlarında üç millət xristianlıqla tanış olmuşdur. Onlar uzun zamandan bəri Roma İmperatorluğunun təsirindən kənarda qalan Rahib Patrikin sayəsində xristianlığı qəbul edən keltlər, Fransada Kral Klovisin 496- ildə vəftiz edilməsi ilə xristianlaşan alman əsilli frank qəbilələri daha şimalda ingilislərdir. Eyni zamanda Şimali Afrikadakı bərbər qəbilələri xristian olmuşdur.

Orta əsrlər dövrü 604-1500- illəri əhatə edir. Yeni tarixi şərtlər kral Çarlmənin ortaya çıxmasına səbəb olmuş, papanın 800- ildə frankların kralı Çarlməni imperator kimi tanımasına gətirib çıxarmış, bir növ dövlətlə kilsə birləşmişdir. Bu ortaq güc şimal xalqlarının xristianlaşdırılmasında önəmli rol oynamışdır. Xristianlığı yayan zaman missionerlik fəaliyyətinin yürüdülməsi sırasında Şərq-Qərb qarşıdurmasına zəmin hazırlayan anlaşılmazlıqlar da ortaya çıxmışdır. Bolqar kralı  Borisin ölkəsindəki əhalini xristianlaşdırmaq üçün franklardan kömək istəməsi İstanbuldakı Bizans imperatoru III Leon tərəfindən narazılıqla qaşılanmışdır. Bizans imperatoru Borisin bu tələbinə qarşı çıxaraq slav bölgələrində yaşayan xalqların özləri tərəfindən xristianlaşdırılmasının zəruriliyini irəli sürmüşdür. O, imperator Kril Metod qardaşlarını Balkan xalqlarının xristianlaşdırılması işinə təhkim etdi. Kril qlaqolitik yazı deyilən bu günkü slavyan dillərinin yazıldığı əlifbanı meydana gətirən bir yazı icad etdi. Müqəddəs yazılar bu dilə çevrildi.

(Ardı var)

 





09.12.2013    çap et  çap et