525.Az

"Azərbaycan Parlamanında"- M.Ə.Rəsulzadə


 

"Azərbaycan Parlamanında"- <b style="color:red">M.Ə.Rəsulzadə</b>

Azərbaycan Parlamenti – 95

Dekabrın 7- Azərbaycan Xalq Cümhuriyyəti qanunvericilik məclisiMəclisi-Məbusanın açılışının 95 ili tamam olur. Üzeyir bəyin təbirincə desək, bu, tarixi bir gündür. 1917-ci il iyunun 18- Gəncədə Azərbaycanı tərk edib İstanbula rəsmi ezamiyyətə getmiş Məhəmməd Əmin Rəsulzadə 1918-ci il noyabrın 7- Bakıya gəlir. Noyabrın 9-da onun təklifi ilə Azərbaycan hökumətiAzərbaycan bayrağı haqqındaqərar qəbul edir. Noyabrın 10-da Azərbaycanı tərk edəcək Qafqaz İslam Ordusu komandanlığı şərəfinə ziyafət təşkil olunur. Bakı Azərbaycanı məhv olmaqdan xilas edən türk ordusu bir neçə gündən sonra Azərbaycanı bütün Zaqafqaziyanı tərk etməyə başlayır. İngilislərin başçılıq etdiyi müttəfiq hərbi qüvvələrinin Bakıya gəlişi gözlənilir. Vəziyyət mürəkkəbdir, müstəqillik əleyhinə ermənilərin xristian icmasının çıxışları, hazırlıqları görülür. Elə Tomsonun başçılıq etdiyi müttəfiq qoşunlarına da Azərbaycanda mövcud iqtidarın türklər tərəfindən qurulması fikri İranda ikən onlara təlqin olunur. Belə bir müşkül vəziyyətdə Azərbaycan iqtidarına qanuni xalq tərəfindən müdafiə olunan orqanın təşkil edilməsi ehtiyacı görünürdü. M.Ə.Rəsulzadə 1918-ci il noyabrın 10-da Milli Şuranın iclasını çağırır. Bundan əvvəl F.Xoyski hökuməti 6 ay müddətinə Məclisi-Müəssisana hazırlıq çağırılması planlaşdırmışdı. Bu çox uzun müddət idi, hər şey alt-üst ola bilərdi. Milli Şura Zaqafqaziya seymində müsəlman fraksiyasına daxil olan 44 nəfərin Tiflisdə mayın 27- təşkil etdikləri parlament funksiyasını yerinə yetirirdi. Gəncədə ilhaqçıların, yəni Azərbaycanı müstəqil bir dövlət kimi yox, Türkiyənin bir vilayəti kimi görmək istəyənlərin təzyiqi ilə Milli Şura fəaliyyətini dayandırmışdı. Milli Şura işini bərpa edir Azərbaycanın Milli Məclisini, yəni Məclisi-Məbusanını təşkil etmək haqqında qərar qəbul edir. Dekabrın 7- bu qərar yerinə yetirilir Azərbaycan parlamentinin ilk iclası reallaşır. Oxuculara Milli Şuranın 1918-ci il dekabrın 7-dək fəaliyyəti haqqında onun rəisi M.Ə.RəsulzadəninAzərbaycanqəzetində dərc etdirdiyi tarixi sənəd səciyyəli məqalələrini təqdim edirəm.

(Əvvəli ötən sayımızda)

Məhəmməd Əmin RƏSULZADƏ

Azərbaycan Parlamanında

      

16 təşrini-sani saət 1- təyin edilmiş olan iclas saət 2:15 dəqiqədə açılıyor. Hələ saət 12-dən iclasın intizarında yüzlərcə adam duruyor. Nəhayət, məclis açılıyor. Şurayi-Milli əzası nazirlər qabaqca hazırlanmış yerləri işğal ediyorlar. Əcnəbi məmləkət nümayəndələrindən Gürcüstan Dağıstan hökumətləri nümayəndələri, erməni rus milli şuraları nümayəndələri İran general konsulu isbati-vücud ediyorlardı.

Salon tamaşaçılarla dolu idi.

Rəsulzadə Məhəmməd Əmin bəy cənabları sədr yerini tutaraq iclası açıyor aşağıdakı nitqi ilə hazirunə xitab ediyor:

Möhtərəm Şura əzaları! Bu gün Azərbaycan Şurayi-Millisi Azərbaycanın baş ayrılmaz bir əzasını təşkil edən paytaxtında açılıyor. Azərbaycanlılar necə ki hamınıza məlumdur, heç vəqt hürriyyət istiqlaliyyət fikrindən ayrılmıyaraq daima bu uğurda çalışmış, mübarizə eləmişlərdir, Rusiya çarizmi dövründə onların fəaliyyəti yalnız milli ədəbiyyat, milli məktəb, milli mədəniyyət mübarizəsində təzahür etmişdir. Çarizmin süqutu ilə bütün millətlər əl-ələ verib müqəddərati-milliyyələrinin həlli, hüquq istiqlaliyyətləri yolunda çalışdılar. Fəqət çarizm süqutundan sonra inqilab öylə şəkil surət aldı ki, millətlərin hüquqi təmin edilmədi. Millətlər arzu əməllərinə nail olmadılar. Fəqət qədər səddlər çəkilsə, maneələr qonulsa belə inqilab nəticəsində bütün millətlər inqilabın fütuhat meyvələrindən istifadə etdilər.

Bədə sədr cənabları Qafqasiyanın Rusiyadan ayrılması, Qafqasiya millətlərinin istiqlaliyyət elan etmələri, Azərbaycan Milli Şurası elanı işi hökumətə tapşıraraq səhnədən çəkilməsini təsvirlə diyor ki:

Şimdi artıq Şurayi-Milli yenidən həyata dəvət edildi.

Bakının zinəti, milli hiss cərəyanların məcmui, milli təşkilatının mərkəziİsmailiyyəidi. Arzu ediliyordu ki, milli parlamanımız haman möhtəşəm binada iclas qursun. Fəqət bu gün o möhtəşəm bina xərabə halına gəlib, iclasımız bələdiyyə salonunda açılıyor. Lakin ev yanar, amma millət, milli istiqlaliyyət fikri, milli ruh ölməz. Ev yanar, fəqət millət onun şöləsi ilə tutuşar, milli hüququnu almaq, milli müqəddəratını öz əlinə salmaq uğrunda çalışar. Qoy bu atəş bizi yaksın, amal şöləsi versin! Burası var ki, bu gün biz qayət müşkül bir vəziyyətdəyiz.

Doğrudur, milli şuramız Məclisi-Müəssisan əzası ilə tamam xəlq tərəfindən seçilmiş bir şura degildir. Lakin tarix öylə şeylərə çox təsadüf etmiş, çox öylə əmrlərə şahid olmuşdur. Bugünki milli şuramız parlaman surəti almaq üçün genişliyəcək, oraya bütün siniflərdən, müqəddəratını Azərbaycan müqəddəratı ilə əlaqədar edib, Azərbaycanın şadlığı ilə şadlanan, qəmi ilə qəmgin olan bütün millətlərin nümayəndələri cəlb olunacaqdır. O vaxt tam bir parlamana malik olacağız. Fəqət hələ bugünki günə nail olmaq üçün millətimiz qədər fədakarlıqlarda bulunmuş, qədər qurbanlar vermişdir. Azərbaycan istiqlaliyyət, bu muxtariyyəti yolunda qədər qurban verdigimizə möhtəşəmİsmailiyyəbinasının xərabəsi müdhiş bir timsaldır. Bundan əlavə hamımız bilməliyiz ki, bu səadətə nail olmamızda biz, hər şeydən ziyadə bizim dəvətimiz, ricamız ilə imdadımıza gəlmiş bizim həyatımızı qurtarmış olan türk əskərlərinə mədyunuz”.

Bədə natiq gərək türklər gərəksə Azərbaycanın vermiş olduğu qurbanlar, vətən millət şəhidlərinin tərhimi-ruhi üçün ayağa qalxmayı təklif ediyor. (Hamı qalxıyor). Sonra Şurayi-Milli əzası Lütfəli bəy Behbudovun tərhim üçün ayağa qalxmayı təklif ediyor, yenə (hamı qalxıyor).

Sonra təkrar nitqinə davamla diyor ki: bu gün biz azərbaycanlılar şuraya yığıldıqda Milli Şura əzaları bütün hüquqi-milliyyənin müdafiəsi, namusi-milliyyənin mühafizəsi üçün firqə nizai, sinif münaqişəsi sairəyi kənara ataraq əl-ələ versək, müttəhidən çalışsaq əmin olmalıdır ki, vicdani-bəşərdə yerləşmiş olan hüquqi-milliyyədən məhrum qalmarız. Hazırda qalib, məğlub ümumidövlət millətlər arasında ən artıq intişar tapan haman millətlərin müsavati-hüquqi müqəddərati-milliyyə təyininin özlərinə tapşırılması şüarıdır. Əminəm ki, burası quru söz olmayıb, bəşəriyyətin milyonlarca qurban verməsi, cəmiyyəti-bəşəriyyətin buna müvafiq vəziyyət alması iqtizasıdır. Bəşəriyyətin vicdanına inanalım. Bu uğurda çalışalım əmin olalım ki, çalışsaq cəmiyyəti-əqvam içində Azərbaycanın da yeri olacaqdır. Böylə bir yer bulmağa həqqimiz olduğunu kimsə inkar etməz.

Azərbaycan”, 17 təşrini-sani

(noyabr) 1918, №42

    

Azərbaycan Milli Şurasında

Birinci iclas

      

Fətəli xan Xoyskisədrdən sonra hökumət rəisi Fətəli xan Xoyski çıxaraq hökumət namından Şurayi-Milliyi təbrik ediyor vəqtin qeyri-müsaidligi, vəziyyətin təqazasından dolayı müfəssəl məlumat verəmiyəcəgini bildirərək diyor ki: Şurayi-Milli dəvəti üçün 6 ay möhlət verilərkən bütün ümuri-ixtiyar hökumətə tapşırılmış olduğu halda, bunun öhdəsinə verilmiş vəzifəyi ifa etmədən Şurayi-Milliyi vəqtindən əvvəl çağırmasının səbəbi budur ki, Şurayi-Millidən ayrılan zaman hökumətin işləri maliyyat, əskər daxili intizam cəhətlərindən qayət fəna idi. Anarşi hökmfərma idi. Daha mühümi budur ki, paytaxtımız əlimizdə degildi. Hökumət müşkül bir vəziyyətdə bugünki yığılışa nail olmaq üçün bir çox mübarizə davalar qarşısında idi. Şükür olsun ki, şimdi anarşi qırılmış, maliyyat yaxşı bir halə gətirilmiş, dəmiryolu sairə düzəlmiş, Azərbaycan üçün qoşun əmələ gətirilmişdir. Bakı məsələsi hüsni-həll olunaraq zülm ilə əlimizdən alanlardan təmizlənib geri alındı şimdi paytaxtımız oldu. Paytaxtımız əlimizdə olmadıqca Məclisi-Müəssisan hazırlığı üçün bir komissiya təşkil edildi. Hala da işləməkdədir. Amma övzayi-siyasiyyə böylədir ki, şimdiki nazik mühüm bir zamanda hadisatı təqib etmək belə qeyri-mümkündür. Səhər qeyri-mümkün ədd olunmayan bir şey axşam əmri-vaqe kibi araya çıxıyor. Böylə bir zamanda 2-3 ay gözləyib Məclisi-Müəssisan çağırmaq olmaz. Böylə bir zamanda hökumət bütün işlərdə yalnız özü məsul olmamaq üçün məcbur oldu 6 ay gözləmədən Milli Şurayı dəvət etsin, tainki onun göstərməsi iştirakı ilə çalışsın. Hökumət biz istəriz ki, istiqlal qədər çətin ələ gələn çox qurban tələb edən, müşkülat çıxaran bir əmr isə , müttəhidən çalışsaq müşküllər səhl olar. Necə ki, sədr cənabları ərz etdilər, firqə sinif ixtilafını kənara buraxaraq müttəhidən istiqlalə çalışmalıdır.

Nitqinin axırında baş nazir həzrətləri hökumət namından hökumət işlərini Şurayi-Milliyə tapşırdığını bəyanla şurayı yenidən təbrik ediyor.

SədrŞura namından parlaman dəvətinədək qüvveyi-icraiyyənin yenə hökumət öhdəsində qalmasını təklif etməklə izn istiyor.

Pepinovtəklif ediyor tənəffüs elan olunsun.

5 dəqiqə tənəffüs elan ediliyor. Tənəffüsdən sonra Rüstəmbəyli Şəfi bəy cənablarıƏhvali-fövqəladəyi nəzərə alaraq hökuməti-hazirə başında qalıb qüvveyi-icraiyyədən istifadə ediyorməzmunlu bir formula təqdimilə qüvveyi-icraiyyənin hökumət öhdəsində qalmasını təklif ediyor.

Pepinovsosialistlər ittifaqı namından bəyan ediyor ki, hökumətin təsisində iştirak etmədikləri kibi bu gün istefası münasibətilə səs verməyəcəklərdir.

ŞeyxülislamovmenşevikHümmətfirqəsi namından eyni bəyanatı veriyor.

Sədrsəsə qoyur. Məzkur iki fraksiya rəy vermədikləri üzrə ittihadi-ara ilə Şəfi bəyin təklifi qəbula keçir.

Məhəmməd Əmin bəytəklif ediyor ki, Şura izn versin heyəti-rüəsa cəmaətə xitabən bir müraciətnamə bəyannamə nəşr etsin. Bundan əlavə hüquq istiqlalımız həqqində bəşəriyyət hüzurunda səsimizi yucaltmaq lazım gəldigindən şura izn versin bəşəriyyət mədəniyyət naminə Vilson aləmi-mədəniyyətə xitabən bir müraciətnamə nəşr edilsin.

Bəyannamələrin tərtibi beynəlfərq şuraya həvalə olunur.

Azərbaycan”, 18 təşrini-sani

(noyabr) 1918, №43

         

İstanbul səyahəti həqqində

Rəsulzadə Məhəmməd Əmin

bəyin konfransı

      

Cümə günü 15 təşrini-sanidə Türk ocağı salonunda sevgili natiqimiz Məhəmməd Əmin bəy bir konfrans verdi. Natiq cənabları səhnəyə çıxar-çıxmaz alqışlar ilə qarşılandı.

Konfrans təxminən öylə başlandı:

Əfəndilər! Heç şübhəsiz ki, imdiki zamanda bütün cəmaətimizin nəzəri, huş cuşi həp əfkarı bir şeyə mərcudur. Üsuli-siyasəyyə hamımızı işğal ediyor.

İstanbulda aləmi-islamın mərkəzində bulunduğumuz sırada gördüklərimiz şeylər, aldığımız təəssürat xatirat ilə sizi aşina edəcəgiz. üçün Türkiyə müharibəyə girdi? üçün öylə bir surətdə hərbdən çıxıyor? Türkiyədə əhval yeni cərəyanlar nasıldır? Azərbaycan həqqində düşünürlər? əhvali-hazirə kibi bir mövqe işğal edəcəgi xüsusunda sizə söyləmək istiyoruz.

Hərbi-ümumi başlandığı sırada Türkiyənin vəziyyət pək ağır idi. Bu zaman Türkiyə Balkan müharibəsindən yeni çıxmışhəm məğlub olaraq çıxmış idi. Burada o böyük Şərq məsələsi Türkiyə məhafilini mütərəddid bir halda buraxmışdı. Türkiyə hərbə girsəmi çox qazanar, yaxud bitərəf dursa? Bu məsələ hamını düşündürüyordu. Türkiyə müharibəyə girdigi vəqt Rusiya bu gün gördügümüz yorğun, məğlub, dağınıq Rusiya degildi. O zaman Rusiyada qüvvətli bir çarlıq (çarizm) var idi ki, bunun da məqsədi çalışdığı daima aləmi-islamı, böyük türklügi əzməklə gələn bir hökumət idi. Türküstan, Tatarıstan, Qafqasiya başqa türk irqi ilə məskun yerlərin kibi bir istibdad altında olduğu hamıya aşikardır. O günlər Türkiyə müharibəyə atılmazsa idi icbarən boğazlar açıq olacağı mühəqqəqdi. Öylə olduqda İngiltərə Rusiyaya silah daşımaqla, ərzaq dəfinəsi olan Rusiya da buğda arpa ilə İngiltərəyi təchiz edəcək yekdigərinə olduqca kömək edəcək idi. O zaman Rusiya Almaniyayı Şərqi Prussiyadan sıxışdırdığı kibi get-gedə iləriləyəcək idi. Rusiyada böylə təzəlzülə, böylə inqilaba düçar olmaz işlərin sonunda müharibədən qalib olaraq çıxacaqdı.

Bunu Türkiyə hərbə soxulmadan görüyorduq. Etilaf dövlətləri zaman-zaman müvəffəqiyyətlərə nail oluyordu.

Türkiyə bitərəf qalamıyacaqdı. Çünki qəhhar dövlətlərin hankisi düşərsə türk topraqlarını ayaqlıyacaqdı. Bu aləmşümul müharibədə bitərəf qalmaq imkanl yox idi. Nitəkim yunan, İran istənildigi kibi müharib dövlətlərin keyfinə tabe oldu, hüdudu onlar üçün tamamən açıq buraxıldı. Nəticədə bir faidə çıxmadı. Odur ki, Türkiyə istər-istəməz övzai-zamanə siyasiyyəti tədqiq etdikdən sonra müharibəyə girdi. Girməsinə səbəb Rusiyanın etilaf zümrəsində olduğundan dolayı məlum ki, Türkiyə bu zümrəyə qarışıb getməli idi. Türkiyə hərbə girməzsə idi, o zaman qaliblər həpsini başındaCəmiyyəti-Əqvamşüarı ilə bu gün meydana çıxmış Vilson degil, istibdad heykəli-mücəssəmi olan Nikolay duracaqdı. O zaman gərək islamiyyət, gərək türklük nəşvü-nüması ümidləri büsbütün sönəcək cahanda bu qədər qan tökmə nəticəsində yenə zülm istibdad paydar olacaqdı.

Türkiyənin bu müharibədə iştirak etməgə olduqca həqqi var idi. Buna biz hökm edəriz. Zənn ediyoruz ki, atidə bitərəf müvərrixlər Türkiyənin bu müharibəyə girməsindən qələm yürüdür isə böylə hökm xaricində bir hökm vermiyəcəklər.

Türklər üçün bu cahan müharibəsi bir çox siyasi ictimai məsələləri həll edəcək qəti bir cavab verəcək müharibədir.

Bu müharibədə fədakarlıqların yüksəkligi gərək miqdarca, gərək ülviyyətcə təsəvvürat xaricindədir. Hələ Çanaqqala müharibəsində 4 yüz minə qərib qurban verən türklər qazanc götürdülər degil, kəndi həyatlarını müdafiəyə qadir olduqlarını isbat etmişlər. Artıq göstərdilər ki, həqiqətən onlar vətən yolunda lazım gələrsə ölə bilərlər. Düşmənlər qədər insafsız olsalar da böylə bir cihadi-kəbir yapan ruhi-ülviyyətinin qarşısında əgilmiyə bilməz!

Bu müharibədə türklər bir şey daha isbat etmişlər ki, türk əskərinin vəqtində qarını doyurulsa, əlbəsəsi verilsə, bilməmum ehtiyacı ödənsə bu əskər öylə bükülməz bir qol təşkil edərsə, heç bir kimsə o qolu bükə bilməz. Nasıl ki, Kəlibuli mərkəzə yaxın olduğundan zaman-zaman silahı, aşı, suyu gəldigindən türk ordusu öylə bir müdhiş bir qol oldu ki, ingilis, firəng digərləri kibi qüvvətli düşmən zərbələri bunları qaytarmağa müvəffəq olamadığı kibi, Türkiyə onlar qarşısında məğlub olmadı.

Halbuki Rusiyada digər Avropa dövlətlərində olan miqdarda Türkiyədə vəsait yoxdur. Dəhşətli dəniz toplarına qarşı çox zaman fəqət köks gərmişlər zirehliləri batırmışlar.

Böylə bir millət heç bir vəqt həqqi-həyatdan məhrum ediləməz. Türkiyədə şu müharibədən sonra hər kəsin Çanaqqala müharibələrinin mənzərələrindən söylər mədhiyyələr ilə mütəhəssis olur. Hər kəs bu müharibədə bir adamını qeyb etmiş, qardaşımı, özümü, pədərimi, burada iştirak etmiş hər kəs sənə bu müharibədən münqəbələr nəql edər, onun əhəmiyyətindən, ülviyyətindən bəhslər açar. Bu müharibədə alaylar nasıl yekdigərilə rəqabət etdigini hər kəs burada şəhid olmaq üçün əmr bəkləmədən hərbə soxulduğunu söyləyəcəkdir.

lll

Mərkəzi-islama gəldikdə oradakı ənənatı, o gözəlligi, o məhasını tamamilə dərk etmiş olursunuz. Tamamilə bunları görər-görməz hiss edəcəksiniz ki, islam nöqteyi-nəzərində İstanbul bədayei içində yeni bir həyat doğuyor. O vəqt anlarsınız ki, yolda üçün bu qədər fədakarlıqlar olur, xarüqələr göstəriliyor. O zaman etiraf edərsiniz ki, yeni doğmaqda olan həyat uğrunda həqiqətən fədakarlıq etmək türklər üçün lazımdır.

Məəttəssüf Türkiyədə degil, bəlkə aləmi-islamın həpsində ictimaiyyət Avropadakı kibi olmayıb fəlc bir halda qalmışdır.

Avropanın bütün ictimaiyyəti xəlqinə xəlq üçün doğuyor.

Ədəbiyyat ümum heyətilə xəlq ruhilə, xəlq əfkarilə ümumiyyət naminə yaşıyor. Bizlərdə isə böylə degil, ədəbiyyatın əsaslarını xəlqin malı etmək istəmədik. Ayrı-ayrı kimsələr pək alimdir, pək müxbirdir. Fəqət onu bir araya gəlsə onlar da bir ümumiyyət, bir həyat olmaz. Qiymətli bir həyati-ictimai islam məmləkətlərinin heç birində yoxdur. Bunun ən doğru şəklini İranda görərsiniz. Küçələr bir zibil yatağı, hər tərəfə baxılsa bir xarabazar, bazardakı satıcılar əlinə zir-zibili qarşısındakı çaya atar, suyunu öylə bir hala gətirər ki, baxmaq istəməzsən. Haman bu ümumiyyət halını qiymətsiz edən, alçaldan cənabın həyat qapısından içəri girdikdə evində bir cənnət olduğuna şaşıracaqsan, bu nədir! Onun xüsusiyyəti üçündür.

Bundan bəllidir ki, burada insanlar ayrı-ayrı yaşar, fəqət xüsusi həyatından ləzzət aparar.

Ədəbiyyat da öylədir. Şeirlərimiz hər bir şairin öz zövqünə mütabiq olmuş, olsa-olsa ətrafındakı bir takım əhbabı, rüfəqası onu anlar, yaratdığı bədiələr, gözəlliklər fəqət onun kəndisi üçün imiş zənn edər, xəlq üçün yaramaz.

Qərbdə isə böylə degil. Orada bütün ədiblər, şairlər xəlq dərinliginə atılıb onun içərisində duyduğu təəssürata, gördügü həyata həp yazdığını uydurar. Olduqca həyati-ictimaiyyə həyati-münfəridəyə tərcih verilər.

Qərbdə bugünki tərəqqi ilə bizdəki bu inhitat bu iki aləmin miyanında olan fərqi nəticəsindəndir.

Şərqdə bir zaman yüksək bir mədəniyyət var imiş. Lakin o da xas olub gündən-günə zəifə izmihalə uğradı.

Avropada isə ümumə mal olan mədəniyyəti-ammə sayəsində özünə tərəqqi yollarını aradan buldu bu gün ondakı qələbə ilə bizdəki məğlubiyyət həp bundan dolayıdır.

İştə bunu da türklər ap iyi anlamış bu yolda get-gedə tərəqqi etməkdədirlər. Bu yolda ədəbiyyat Türkiyədə gözəl bir mövqe tutuyor. Yeni türk ədəbiyyatı fəqət xəlqin qalın təbəqəsinə enir yazılanların həpsi xəlq üçün yazılır. Türklər ədəbiyyat yolunda çox çalışdılar. Bu vəqtədək onlarda bir çox tərcümələr olmuş, Qərb ruhunda kitablar yazılmış idi. Fəqət Qərbdən alınmış şəklin eynən qəbul edilməsi yanlış olduğu artıq bəllidir. Çünki iqlimdən iqlimin fərqli vardır. Hər yerdə bir xüsusiyyət bir ümumiyyət olar. Sənət, elm, fənn ümumidir. Dil, din, ənənat, ruh başqa-başqadır. Bunların hər birini qəbul etdikdə millətin ruhunu, xüsusiyyətini nəzərə almaq lazımdır.

İşbu belə Türkiyədə olmuş idi. Türklər bu vəqtədək London səyahətindən, Parisdən, hinddən digər yerlərdən əhəmiyyətsiz şeylərdən belə bəhs edib bircə Anadolunu bu gün bütün xarüqələr, bütün rəşadətlər yaradıcısı, həp İstanbulu başqa yerləri ərzaq ilə təchiz edən Anadolunu unutmuşlar idi. Məktəblər tamamən İstanbulda, həyati-ictimaiyyə nümunələri İstanbulda, türklərin nəsi varsa İstanbulda idi. Anadolunun məktəbi yox, sənaəti yox, bəlkə belə həyatı da yox kibi idi.

Şimdi isə öylə degildir. Yeni cərəyan Anadolu xəlqi ruhundan, həyatından, ehtiyacından yazıyor, dərdinə ağlıyor.

Bu da siyasətə təsir ediyor. Türk məhafili buna diqqət etməgə başlıyor.

Əbdülhəmid zamanı İttihad Tərəqqi firqəsi düşünürdü ki, hürriyyət olsa, hər millət kəndisini unudar. Hamısı qardaş kibi yaşamağa ibrazi-qeyrət edər. Böylə bir düşüncəni həyatə , siyasətə tətbiq etdilər. Fəqət məşrutiyyət zamanı gəldi. Kimsə kəndisini unutmadı. Arnaudlar, ermənilər, ərəblər, hər kəs kəndisini düşündü. Unudulmuş bircə türklər qaldığını artıq gördülər.

Bir türk mütəfəkkiri söylüyor ki, – bən türklügümü fəqət hər millətin Türkiyədə kəndisi üçün çalışdığı zaman duydum.

Türklər ümumən böylə bir fikrə gəlmiş idi. Ona binaən türklərin siyasəti böyük bir təbəddülatə uğrayıb hər şeydə milliyyət iləri sürülmüşdür. Lakin burada da bir qədər yanlışlıq, bir qədər ifrat edilibdir. Məlumdur ki, hər kəs öz millətini istədigi kibi digərini istəməz. Hər kəsdə bir milliyyət fikri müqəddəs tutuluyor. Lakin bir fikrin müqəddəs olduğu kafi degil, o fikir namüqəddəs yollar ilə yürüdülsə fikir namüqəddəs olacağı bəlli. Məsələn, bolşevizm əqidəsinin müqəddəs olduğunu kimsə inkar etməz. Fəqət bolşeviklərin apardığı siyasət, tutduğu yol namüqəddəs olduğundan bu gözəl məsləki kibi şəklə saldığını gördünüz. Aləmi kəndilərindən mütənəffir etməklə həpsini bolşevizmədən ürkütdülər.

İştə bu müqəddəsmilliyyətfikrində türklər bir çox ifratə uyduqlarından dolayı bir çox yerlərdə məmurlar digər millətlərə qarşımilliyyətdən suyi-istifadə etdilər. Ümuri-idarələrdə əxlaqsızlıqlar vücudə gəldi. Böylə suyi-istemal müharibədən fürsəti qənimət bilən bundan dolayı üsyan qaldıran ermənilər həqqində rəva görüldü. Lakin üsyan bir ermənilər miyanında vaqe olmuyor. Ərəbistanda asilər olur. Türk ordusu çəkildigi yerlərin həpsində qiyam başlanır. Muxtariyyət iddiasına qalkışıyorlar. Böylə ki ümumiyyət üzrə Türkiyənin daxilində rahatlıq pozulmuş oluyor. Bundan maəda türk dörd il degil, səkkiz il, bəlkə bir az fəzlədir ki, müharibə ediyor idi.

Dörd illik müharibədə Avstriya parçalanmağa başlamış, Almaniyada isə böylə bir inqilab qopduğunu görüyorsunuz. Artıq bu kibi hər bir cəhəti qüvvətli dövlətlər böylə taqətfərsa müharibənin təzyiqindən bu halə gəldi, ondan maəda müttəfiqlərin yekdigərindən əli üzüldü. Türkiyə mütarikəyə məcbur oldu.

lll

Hərbi-ümumi zatən Almaniya ilə İngiltərənin arasında olan müharibədən ədd edilməlidir. İki müharib zümrələrin əvvəldə birinin başında alman, digərinin İngiltərə durduğu bədihidir. Burada iki mədəniyyət mübarizə ediyordu. Alman sənaət ticarəti İngiltərə ticarətinə rəqabət etdigi hər iki mədəniyyətin özü üçün bu bir ərsə aramasilə istehsalatına da satış meydanı bulmaq üçün can atdıqlarından dolayı bu iki millətin faidələri müğayir olurdu.

Almanlar gənc bir millət olduqca mütəşəbbüs xəlqdir. Onların güvəndikləri zor qüvvələridi qüvvətli olduqlarını bütün cahana anlatdılar. İnsafla deyilər isə bu onlar üçün məğlubiyyət degildi, bu onların siyasətinin bərhəm olması idi.

İngilislərin dənizlərə təsahübi bir tərəfdən yürütdükləri siyasəti, millətlər ilə rəftarı tamamilə başqa bir tərzdə idi. Almanlar bütün müvəffəqiyyətlərini fəqət yumruq qüvvətlərində görüyor, vəqt uzandıqca İngiltərə müavinət ediyordu. Müharibənin başında daha zorlu, daha dəhşətli almanın get-gedə yekdigərini təqib edən xətalara uğruyordu. Həp millətləri ən axırda Amerika kibi müəzzəm bir milləti öz dəmir yumruğuna qarşı qaldırdı. Amerika hərbə girdikdən sonra Almaniyanın işi fənalaşmağa başlıyor. Almaniya onun müharib bir dövlət olmadığını onun üçün Avropaya lazımi miqdarda əskəri qüvvə çıxarmaz zənn ediyor idi. Bunlar həp yanlış oldu. Almanlar təsəvvüratlarında xətalı siyasətlərində əsla nəzakət bilməz olduqlarıyçun dost düşmənlərini özlərindən incitmişlərdi. Türklərə qarşı yürütdügü siyasətdən dolayı hətta türk məhafilində nifrət qazanmağa başlamış idi. Qafqasiya məsələsində Almaniyanın siyasət yaramazlığı meydana çıxdı.

Onun Estlandiya, Turliyandiya, Yiflıyanda işğal etdigi başqa məmləkətlərdə yapdığı hərəkəti eynilə türklər Qafqasiyada öz irqləri üçün yapmaq istərlərdi. Lakin burası Almaniyanın keyfinə müğayir gəliyordu. Hətta Azərbaycanın kəndisinə ittixaz etdigi paytaxtını gizlicə bolşeviklərə vermək istədi.

İləridə ərz etdik ki, Türkiyənin hərbə girməkdən məqsədi Rusiya çarizmini sərnigün etmək idi. İştə türk bu məqsədə nail olmuşdu. Ona binaən sülhü əvvəlcə yapmaq lazım idi. Çünki Türkiyə üçün artıq məqsədi hərb qalmış idi. Bu da hasil olduğu zamanlarda sülh əqd edilsə idi. Qazanc çox olurdu. Bu babda İttihad Tərəqqi ricali-dövləti millət tərəfindən tənqid edilməkdədir. Bilməm istənildigi vəqt hərbdən çıxmaq səhl idimi? Buna da vəsait mümkün idi. Ya yox məsələsi məchuldur.

Fəqət hər nədənsə türklər ilə müttəfiqlərinin arası açılmış idi.

Bunu da təsviyə üçün Tələt Paşa Berlinə əzimət etdi. Oradan da döndügi kibi sülhə girişmək tərəfdarı olduğunu göstərdi. Məlum oluyor ki, yolda Avstriyanın Bolqariyanın əhvalını Tələt Paşa ap iyi tədqiq etmiş imiş.

Bu zamanda idi ki, Bolqariyada qarqaşalıq başladı, əskər dönüklük göstərdi. Düşmənlər Bolqariyayı sıxışdırmağa başladı. O da bütün cəbhəxanasını anbarlara qoyur, onu da müttəfiqlər kontrolu altına veriyor. Böyləliklə, Türkiyənin Mərkəzi Dövlətlər ilə münasibatı qət oluyor. Digər tərəfdən Avstriyanın da halı bərhəm oluyor, xəbərləri gəliyordu. Şu sırada idi ki, Almaniyanın özündə daxili hərəkətlər çıxdı. Artıq Almaniya da kəndi zəifini müvəffəqiyyətsizlikligini etiraf etməliydi. Zatən böylə müvəffəqiyyətsizlik bu gündən degil, ta almanların Paris üzərinə hücum etdikləri zaman arxalarına baxmadan pək məğruranə Fransa paytaxtına zərbə endirməgə çalışdığı zaman meşəyə gizlənmiş fransız ordusunun onları yardığı gündən başlanmış idi.

Bu yarışdan başlayaraq gündən-günə ricət davam ediyor. Nəticədə bugünki hal meydana gəliyor.

Nəhayət, Almaniyanın özündə hökuməti sıxışdırmağa başlıyorlar. Üsuli-idarənin dəgişməsi, hökumət məmurlarının məsul olması məsailindən mübərra qalmış Almaniyada parlamentarizm başlıyor. Az bir zamanda millət özü öz idarəsinin başında müntəxəb kişilər qoymaq arzusuna düşüyor. Almaniya halı Türkiyəyə təsiri-nüfuz ediyor. Türkiyə daxili təşkilatı yolunda olmadığından onları müntəzəm etmək üçün çalışıyordu. Bu zamanda idi ki, burada da hökumət böhranı başladı. İstefa vermiş hökumət əvəzinə yeni bir hökumət gəldi.

(Ardı var)

 





09.12.2013    çap et  çap et