525.Az

Türkiyədən gətirilən həkimlərin hansı xəstəxanalarda çalışacağı açıqlandı


 

Türkiyədən gətirilən həkimlərin hansı xəstəxanalarda çalışacağı açıqlandı<b style="color:red"></b>

"REACT-C19 layihəsi çərçivəsində Türkiyədən gətirilən azərbaycanlı həkimlər Bakıda 4 xəstəxanada çalışacaqlar".

APA-nın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, bu xəstəxanalardan biri "Yeni Klinika"dır: "Hazırda həmin xəstəxanada 100-dən çox koronaviruslu xəstə müalicə olunur, onların əksəriyyəti ağır və orta ağır xəstələrdir. Həmin həkimlərin bir qrupu həmin xəstəxanada, bir qrupu isə Mərkəzi Neftçilər Xəstəxanasında çalışacaq. Digər iki qrup isə Tibb Universitetinin Tədris-Terapevtik və Tədris-Cərrahiyə xəstəxanalarında işləyəcək. Bu xəstəxanalarda həm də hazırda Tibb Universitetinin rezidenturasının 3 və 4-cü kursunda oxuyanlar da iştirak edəcəklər. Həkim qrupları sabahdan etibarən 2-4 həftə Bakıda çalışacaqlar, daha sonra regionlardakı digər xəstəxanalara da ezam olunacaqlar".

 





16.04.2020    çap et  çap et