525.Az

Gürcüstan müntəzəm uçuşlara qoyduğu məhdudiyyətin vaxtını uzatdı


 

Gürcüstan müntəzəm uçuşlara qoyduğu məhdudiyyətin vaxtını uzatdı<b style="color:red"></b>

Gürcüstanda müntəzəm hava yolu səfərlərinə qoyulan məhdudiyyət mayın 10-dək uzadılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, ehtiyac olduğu təqdirdə yalnız çarter uçuşları həyata keçiriləcək.

Qeyd edək ki, koronavirusun yayılma riski ilə əlaqədar martın 21-dən etibarən Gürcüstana bütün istiqamətlərdən müntəzəm uçuşlar dayandırılıb.

 





16.04.2020    çap et  çap et