525.Az

Millət vəkili: “Sosial rifah tədbirlərini həyata keçirən insanlarımız alqışa layiqdirlər”


 

Millət vəkili: “Sosial rifah tədbirlərini həyata keçirən insanlarımız  alqışa layiqdirlər”<b style="color:red"></b>

“COVID -19 qlobal pandemiyasının dünyanın mövcud reallıqlarını təhdid edərək iqtisadi və sosial həyatı demək olar ki, iflic edib. Qlobal pandemiya ilə mübarizə aparmaq bütün dünyanın bu gün ən aktual problemidir. İnsanların sağlamlığını qorumaq üçün ciddi karantin rejimi tətbiq etmək və bu rejim vaxtı insanların sosial müdafiəsini həyata keçirmək isə olduqca mürəkkəb bir prosesdir”.

Bunu 525-ə Milli Məclisin Səhiyyə və Sosial Siyasət komitələrinin üzvü, millət vəkili  İlham Məmmədov deyib.

Onun sözlərinə görə, dünya ölkələri inkişaf sürətindən asılı olmayaraq qlobal pandemiyanın vurduğu iqtisadi və bütün digər zərəri qarşılamaq üçün müxtəlif təşəbbüslər və proqramlar nəzərdə tutaraq tətbiq edirlər: “Bu təşəbbüslər hər bir ölkədə onların iqtisadi və maliyyə sabitliyinə uyğun hazırlanır. Hətta, bəzi ölkələrdə bu tədbirlər üçün xüsusi sahələr prioritet olaraq da seçilir. Ancaq ölkəmizdə məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiya ilə mübarizə və böhran paketi bütün sahələri əhatə etməklə, ümumi daxili məhsulda (ÜDM) da xüsusi çəkisinin daha yüksək olması ilə hətta ən inkişaf etmiş ölkələri belə üstələyir.  Qlobal pandemiya reallığı onu göstərib ki, heç bir riski nə qiymətləndirmək, nə də onu idarə etmək mümkün deyilmiş. Heç bir dövlət buna hazır deyil. Lakin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva uzaqgörənliklə bu təhlükənin nə dərəcədə böyük olacağını ilk gündən hiss edərək ölkənin bu günə kimi qazanmış olduğu və fəxrlə qeyd etdiyimiz iqtisadi potensialını, hüquqi və mənəvi gücünü bu dəhşətli bəlanın qarşısını almaga səfərbər edib”.

İ.Məmmədov vurğulayıb  ki, hərtərəfli düşünülmüş tədbirlər planı hazırlanıb: “Hər bir böhran halının əsas hədəfi insanların sosial vəziyyətin ağırlaşması olduğunu xüsusi diqqətdə saxlayan Prezidentin sərəncamı ilə Nazirlər Kabinətinin təsdiq etdiyi tədbirlər planında məşğulluq və sosial rifah üzrə bölmədə 4 istiqamət üzrə, 10 tədbirin icrasına artıq başlanıb. Fürsətdən istifadə edib bu taleyüklü sosial tədbirin icrasını obyektiv və subyektiv səbəblərdən gərgin şəraitdə həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST mərkəzinin, eləcə də sosial xidmət sahəsində çalişan sıravi işçilərin –hansıki, dövlətimizin ayirdiği ərzaq və digər yardımları ciddi karantin rejimində olan ahıl yaşlı insanlara və əhalinin həssas təbəqəsinə çatdırılmasında bilavasitə iştirak edirlər, milyonlarla məlumatların qəbul edilməsi və emalını əlavə olaraq ayrılmış 6 server vasitəsi ilə həyata kecirirlər, bu insanlara xüsusi təşəkkür etmək istəyirəm. Günümüzün qəhrəmanları olan həkimlərimiz, polis işçilərimiz kimi sosial rifah tədbirlərini həyata keçirən insanlarımız da alqışa layiqdirlər”.

S.QARAYEVA

 





16.04.2020    çap et  çap et