525.Az

Köhnə tanışlar: tanınmış jurnalist Şakir Yaqubov- davamı


 

Köhnə tanışlar: tanınmış jurnalist Şakir Yaqubov- <b style="color:red">davamı</b>

abdin[email protected]

tofigabdin.com

ONLAR DEYİBLƏR: Etibar CƏBRAYILOĞLU

MƏN YERLİÇİLİK YOX, İSTEDAD TANIYIRAM

...Artıq xasiyyətini bilirdim. Bilirdim ki, Şakir müəllim istedadı olana kömək etməyə hazırdır. Dünyanın belə kəllə-mayallaq vaxtında da bütün mələklər tökülüb yerə gəlsəydi, Şakir müəllimdən istedadı olmayan haqqında bir kəlmə xoş söz qopara bilməzdi.

Dostum Aydın Canıyev bilər. İstedadlı bir fotoqraf yerlimiz vardı. Vardı deyəndə ki, elə indi var. Amma dahaLənkəranqəzetində işləmir. Tez-tez Ş.Yaqubovun işlədiyiKommunistqəzetinə şəkillər göndərirmiş. Şakir müəllim ömründə üzünü görmədiyi bu oğlanın göndərdiyi fotolarıKommunistkimi qəzetdə çap edirmiş. Günlərin bir günü yerlimizin yolu Bakıya düşəndə rayonun yetirdiyi naz-nemətlərdən özü ilə götürür ki, heç vaxt görmədiyi Şakir Yaqubova pay versin. Müsəlmançılıqdır, etdiyi yaxşılığa görə Şakir müəllimin xəcalətindən çıxsın.

Gözünə döndüyüm Şakir müəllim dəvənin karvanla, karvanın sarvanla yeyildiyi bir zamandahədiyyəni geri qaytarmışdı. Cəmi bir cümlə işlətmişdi: “Mən yerliçilik yox, istedad tanıyıram!”. Gülağa Cəfərov da istedadlı olduğu üçün onun çəkdiyi fotoşəkillər yenə Azərbaycanın baş qəzetində — “Kommunist dərc olunmaqda davam etmişdi...

Publisist ilə jurnalist  yazarlığının kimi fərqləri var?

Bizim çoxbilmiş nəzəriyyəçilərin deməsindən asılı olmayaraq, mən jurnalistika ilə publisistikanı bir-birindən ayırar Leninin təbirincə desək, gündəlik publisistika işi görən jurnalistlərə üstünlük verərdim. İndi kimi dindirsən, gündəlik publisistika işinə ağız büzər onu qısaömürlü adlandırar. Zahirən məsələ belədir publisistikadan fərqli olaraq, sən bu an baş verən hadisəni mənalandırmalı, onun barəsində ictimai rəyə uyğun gələn fikir yürütməli onu dərhal da yazı şəklində formalaşdırıb oxucuya, dinləyiciyə çatdırmalısan. Burda azacıq qeyri-dəqiqlik kütlənin redaksiyaya hücumu, məhkəmə çəkişmələri daha pis hərəkətlərlə nəticələnə bilir. Publisistika isə ədəbi-bədii yaradıcılığın bir forması olub geniş vaxt intervalında ərsəyə gəlir həqiqətən uzunömürlü olur. SeyranınAğdamda Qədir Rüstəmovla  atüstüsöhbət”,  Səyavuşun dünya”, Vidadi Məmmədovun maestro Niyazi ilə müsahibəsi, yaxud səninLili İvanovanın səsi barmaqlarıadlı yazılar kimi. Ən böyük ustalıq gündəlik publisistika işini böyük publisistikaya çevirməkdir. Hacı Akif AğayevBakuqəzetində özünün çəkdiyi Bakı fotopeyzajlarına, Adil Qaçayoğlu isəAzərbaycan gənclərində şəkilçi Rasimin ən müxtəlif mövzulu fotoşəkillərinə mətn yazırdılar bu mətnlər 30-40 il əvvəl olduğu kimi, 30-40 il sonra da sevilə-sevilə oxunacaqmüəlliflər onları adilikdən bədiiyyata çevirə bildikləri üçün... Yekəxanalıq kimi çıxmasın, mən özümü gündəlik qəzetçi sayıram, amma filankəs kimi yox, məsələn, Cəmil Əlibəyov ya Rəfail Nağıyev kimi qəzetçi!  Eyni zamanda, xeyli yazım var ki, klassik anlamda əsl publisistik nümunələrdir. Elə mediaforum.az saytında son bir ildə yayımlanan bu yaxınlarda tamam  təsadüfən bildiyimə görə, Azərbaycan Universitetində həmkarımız Elşən Əliyevin  jurnalistika üzrə tədris kurslarında tədris materialı kimi istifadə etdiyiYaddaşımın küncündən...” rubrikasından olan xatirələrimi misal göstərə bilərəm...

Dostlar itirmişik, onların arasında bizimlə çox yaxın olanları da vardı. Kimləri xatırlayırsan, kimlərin itkisi səni incidir?

Bəli, xeyli insan var ki, onların həyatda yoxluğu adamı ağrıdır; səninsə sualın, məncə, daha çox həmkarlarımızla bağlıdır. Bu sıradan mən öncə BÖYÜK müəllimim Rəfail Nağıyevi ömür boyu Atakişiyev kimi xatırlayacağım Qaçayoğlu Adili qeyd edə bilərəm. Bu iki insanın ölümü mənə dəhşətli dərəcədə pis təsir edib, hərçənd hər ikisi, necə deyərlər, gözüm görə-görə gedirdi...

Onu da deyim ki, hər hansı bir insanı istisnasız olaraq hamıya sevdirmək mümkün deyil. Adi bir misal çəkim. Sənin imzasını özünü şəxsən tanıdığın mərhum jurnalist, keçmişGənclərçi  Piri Məmmədov barədə bir-iki ay öncə mediaforum.az-da bir yazım yayımlanmışdı həmin yazıda mən bu insanın hələ 70-ci illərin ortalarında ictimai-siyasi qəzetdə əsl inqilabi, demokratik ruhlu yazılar dərc etdirməsini, amma əsl demokratiya dövründə özünün son dərəcə urvatsız şəkildə peşəsindən uzaqlaşdırılmasını, bu gün mətbuatda  hətta kuryer səviyyəlilərin müxtəlif fəxri adlara layiq görüldükləri halda bu yazarın heç bir mükafat almadığını, nəhayət, vaxt dünyadan köçməsini onu tanıyanların heç birinin bilmədiyini diqqətə çatdırmışdım. Elə həmin günlərdə keçmiş yoldaşlarının cəmləndiyi bir məclisdə mən bu barədə söz salanda, birbaşa olmasa da dolayısı ilə mənə anlatmağa çalışdılar ki, həmin yazını yazmaqda düz görməmişəm, çünki o adam həyatda elə layiq olduqlarını alıb... Təsəvvür edirsənmi, ölənin dalınca danışmağın qədər rəzil bir olduğunu bilə-bilə, bunlar belə deyirdilər mənim gətirdiyim əks arqumentlərin heç birini yaxına buraxmırdılar.

Mən dəqiq bilirəm ki, bu adamlar da, qeyriləri Rəfail müəllim barədə belə danışarlar; amma Adil barədə danışanda istisnasız olaraq heç kim kəkələməz. Bunun da bir səbəbi var: Adil kiminsə tam yararsız əlyazmasını da 6 ay özündə saxlaya sonra onu hərf-hərf təzədən yazıb dərc etdirə bilirdi, izahı da bu olurdu ki, “qoy könlü xoş olsun...”. Adil mənə, mən Adilə qardaşdan da yaxın olmuşuq, amma xasiyyətindəki bu ifrat yumşaqlığı heç vaxt qəbul etməmişəm. Fikirləşmişəm ki, birincisi, hamam suyu ilə dost tutmazlar; ikincisi, insan qədər pis olsa da son mənzilə onu urvatlı şəkildə yola salmağa hökmən bir nəfər İNSAN OĞLU tapılar...

Jurnalistikamızın bu günü barədə çox əskik şeylər danışırlar sanki bu danışıqlar heç olmurhər kəs öz işindədir.. Vaxtilə müxtəlif qəzetlərdə redaktor funksiyalarını da icra etmisən. Tanıdığım bir çox qələm sahibi sənin idarəedici istedadının da olduğunu deyir. İşçilərinlə necə yola gedirdin redaktor işləmək çoxmu çətindir?

Yox, məndə idarəedici qabiliyyəti yerli-dibli yoxdur. Bunu hamıdan yaxşı rəhmətlik Şamil Xurşud ifadə edirdi: planlaşdırma zamanı nömrəyə  üçdən artıq yazı sifariş edəndəÇox olmadı ki?!” – deyirdi bununla da bildirmək istəyirdi ki, onun-bunun adına dediyin o yazıları onsuz da özün yazacaqsan, bir nəfərə isə bu dediklərin çoxdur... İndi adbaad sadalamağa ehtiyac görmürəm, amma təbii ki, qəzetçilikdə istənilən məsələ ilə bağlı fikri əməli ideal səviyyədə olan cəmi 2-3 adama rast gəlmişəm, qalanlarına heç bir halda etibar eləməmişəm bu da şəxsi simpatiyayla bağlı olmayıb. Ona görə hər şeyi, — əlavə əsəb sərf eləmədən, —  özüm görməyə çalışmışam. Amma bunu da elə eləmişəm ki, kiminsə gözünə girməsin. Təsəvvür elə, müəlliflər olub ki, hətta imzasını dəyişdirmişəm, amma onun bundan da xəbəri olmayıb. Bu halda mən daha özümü saxlamır adama dişimin dibindən çıxanı deyirdim ki, heç olmasa, dərc olunmuş yazını oxu orada nəyin, necə düzəldildiyinə diqqət ver ki, növbəti dəfə bu qələti eləməyəsən.

Redaktorluq... , vəzifə mənasında yox, yazı redaktorluğu mənasında bu, sevimli məşğuliyyətimdirredaktə eləyim, yazıya əlavə düzəlişlər eləyim, mövzu diqtə eləyim, yazını necə başlayıb necə qurtarmağı söyləyim, tərtibatla bağlı təkliflər verim s. Amma geniş mənada redaktorluq mənlik deyil: mən sözü bir dəfə deyirəmhətta ailədə uşaqlarım da  bu ruhda böyüyüblər. Redaksiya kimi bir mexanizmdə isə bir dəfə söyləməklə işin həllinə nail olmaq mümkün deyil...Jurnalistikamızın bu günü barədə... Mənim Şuşa əvəzi sandığım Hikmət Sabiroğlu bir dəfə dedi ki, sizin jurnalistikada MÜƏLLİMLƏRİNİZ olub, biz isə qrup halında universiteti bitirib bir redaksiyada birləşmişikmüəllim özümüzük, şagird ... 23 ildir ki, belədir. qədər ki, mətbuat aləmindəşairə-publisistlərmeydan sulayacaq, Azərbaycanda jurnalistikadan savayı hər şey olacaq!

(Davam edəcək)

 





09.12.2013    çap et  çap et