525.Az

“Karantin rejiminin aradan qaldırılması avtomatik xarakter daşıya bilməz”


 

“Karantin rejiminin aradan qaldırılması avtomatik xarakter daşıya bilməz”<b style="color:red"></b>

“Karantin rejiminin aradan qaldırılması avtomatik xarakter daşıya bilməz, birdən birə əvvəlki həyat tərzimizə qayıda bilmərik”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, virusa qarşı vaksin hələ tapılmayıb: “Hər birimiz həyat tərzimizdə dəyişiklik etməliyik. Xüsusi peyvəndlər müəyyən olunandan və insanlara tətbiq ediləndən sonra biz pandemiyanın bu və ya digər formada başa çatdığını elan edə bilərik”.

 





16.04.2020    çap et  çap et