525.Az

"Xarici diplomatlar arasında koronavirusa yoluxma qeydə alınmayıb”


 

"Xarici diplomatlar arasında koronavirusa yoluxma qeydə alınmayıb”<b style="color:red"></b>

“Hələ ki Azərbaycandakı xarici diplomatlar arasında yeni tip koronavirusa (COVİD-19) yoluxma qeydə alınmayıb”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycanda olan səfirliklər, beynəlxalq təşkilatlar, ümumiyyətlə diplomatik korpusun sayı 4 100 nəfəri ehtiva edir.


“Bura onların ailə üzvləri, eyni zamanda diplomatik nümayəndəliklərdə çalışan yerli personal da daxildir. Hazırda onlar arasında koronavirusa yoluxma halının baş verməsi barədə məlumat daxil olmayıb”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

 

 





16.04.2020    çap et  çap et