525.Az

Bəzi bələdiyyələrin birləşdirilməsi təklif olunur


 

Bəzi bələdiyyələrin birləşdirilməsi təklif olunur<b style="color:red"></b>

“Bələdiyyələrin fəaliyyətini təmin edilməsi üçün qanunvericilik aktlarının təkmilləşdirilməsi, bəzi bələdiyyələrin birləşdirilməsi, bələdiyyələrin yerli icra hakimiyyəti orqanları ilə birgə işləməsinin təşkili məsələlərin müsbət həlli bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsində xüsusi rol oynaya bilər”.

APA-nın məlumatına görə, bu təkliflər bu gün Milli Məclisin iclasında Ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə (2019-cu il üzrə)" əksini tapıb.

V. Zahirov deyib ki, bu məsələlərin Milli Məclisin Regional Məsələlər komitəsində də müzakirə edilməsi yaxşı olardı.

 





17.04.2020    çap et  çap et