525.Az

Məhdudiyyətlər deputatın nəqliyyat vasitələrinə də şamil edilməyəcək


 

Məhdudiyyətlər deputatın nəqliyyat vasitələrinə də şamil edilməyəcək<b style="color:red"></b>

Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputatla bərabər, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməyəcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputatla bərabər, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməyəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

 





17.04.2020    çap et  çap et