525.Az

Kim bilir, Rafiq Əliyev hardadır?.. - Günay Əfəndiyeva yazır


 

Kim bilir, Rafiq Əliyev hardadır?.. -  <b style="color:red">Günay Əfəndiyeva yazır</b>

Xəbər verdiyimiz kimi Azərbaycanın xalq artisti, aktyor Rafiq Əliyev bu gün 71 yaşında dünyasını dəyişib.

Moderator.az-ın məlumatına görə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Rafiq Əliyevin vəfatına üzülərək, öz  facebook səhifəsində unudulmaz sənətkar ilə bağlı xatirə bölüşüb:

2007-ci il-də “UNS” yaradıcılıq səhnəsində atam Elçin bəy Əfəndiyevin pyesi əsasında, Nərgiz Paşayevanın bədii rəhbərliyi ilə “Şekspir” tragikomediyasi səhnələşdirildi. Tamaşada Azərbaycanın bir-birindən gözəl, istedadlı sənətkarları oynadı və hər biri unudulmaz obraz yaratdı.
Rafiq Əliyevin rolu ən kiçik, replikasiz olsa da, demək olar ki, ən fəlsəfiydi. Təsadüfi deyil ki, sonralar, artiq 2009-cu ildə göstərilən tamaşa üçün dəvətnamə də onun şəklindən istifadən olunmuşdu. Tamaşada Rafiq Əliyev Veneralı obrazını son dərəcədə incəliklə yaratmışdı və özünün ordan bura gəldiyini subut etməyə calışırdı. Mən inanıram ki, əsl sənətkarlar öz qəhrəmanlarının həyatını yaşayırlar və kim bilir, indi gözəl artist, böyük sənətkar, unudulmaz Rafiq Əliyev hardadır...
Yolun açıq olsun, Ustad...

Qeyd edək ki, Rafiq Hacıbaba oğlu Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsinə qəbul olub. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunub.



Teatrda çalışdığı 30 ildən artıq dövrdə maraqlı obrazlar qalerayası yaradıb. O, 2004-cü ilin mayında Azərbaycan Teatr Xadimləri İttifaqının Konfransında İttifaqın yaradıcılıq məsələləri üzrə sədr müavini vəzifəsinə seçilib. Azərbaycan teatr sənəti qarşısında göstərdiyi xidmətlərə görə 1990-cı ildə Respublikanın əməkdar artisti, 2007-ci ildə Respublikanın xalq artisti fəxri adlarına layiq görülüb.

Moderator.az

 





17.04.2020    çap et  çap et