525.Az

Bakıda sərnişin avtobusu ağır qəza törətdi: ölən var


 

Bakıda sərnişin avtobusu ağır qəza törətdi: <b style="color:red">ölən var</b> Dünən Bakının Sabunçu rayonu ərazisində sərnişin avtobusu ağır yol qəzası törədib.
 
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu qəsəbəsində, dəmir yolu stansiyasının yaxınlığında 57 saylı xətt üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusu piyada, 1952-ci il təvəllüdlü Məhərrəmov Mikayıl Muxtar oğlunu vurub. 61 yaşlı piyadanın həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır.
 





10.12.2013    çap et  çap et