525.Az

Azərbaycan və Rusiya Baş Nazirləri koronavirusla mübarizəni müzakirə etdilər


 

Azərbaycan və Rusiya Baş Nazirləri koronavirusla mübarizəni müzakirə etdilər<b style="color:red"></b>

Azərbaycan və Rusiya Baş Nazirləri Əli Əsədov və Mixail Mişustin arasında telefon danışığı olub.

“Report” “RİA Novosti”yə xəbər verir ki, Hökumət başçıları koronavirusun yayılması təhlükəsi ilə bağlı vəziyyəti müzakirə ediblər.

“Hökumət başçıları, Rusiyada və Azərbaycanda koronavirus infeksiyasına qarşı mübarizə və iqtisadiyyatı dəstəkləmək üçün görülən tədbirləri müzakirə ediblər”, deyə məlumatda bildirilir.

Mişustin və Əsədov, həmçinin iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının aktual məsələlərinə toxunublar.

 





17.04.2020    çap et  çap et