525.Az

"Virtual məktəb" layihəsinə qoşulmayan müəllimlərə maaş verilməyəcək? - Rəsmi açıqlama


 

"Virtual məktəb" layihəsinə qoşulmayan müəllimlərə maaş verilməyəcək? - <b style="color:red">Rəsmi açıqlama</b>

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsinə qoşulmayan müəllimlərə maaş verilməyəcəyinə dair məlumatlara münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında deyib ki, belə məlumatların heç bir əsası yoxdur: "Verilən bütün qərarlar Təhsil Nazirliyinin rəsmi internet resursları vasitəsilə yayımlanır".

Qeyd edək ki, bəzi məktəb durektorları tərəfindən "Vurtual məktəb" layihəsinə qoşulmağın məcburi olduğuna və bu layihə vasitəsilə dərs keçməyən müəllimlərə maaş verilməyəcəyinə dair bildiriş göndərilib.

 





18.04.2020    çap et  çap et