525.Az

Bakı Biznes Universitetinin təşkilatçılığı ilə beynəlxalq layihənin onlayn iclası keçirildi


 

Bakı Biznes Universitetinin təşkilatçılığı ilə beynəlxalq layihənin onlayn iclası keçirildi<b style="color:red"></b>

Bakı Biznes Universitetində tədris prosesinin təşkili ilə bağlı bir sıra işlər onlayn şəkildə davam etdirilir.

525.az xəbər verir ki, Bakı Biznes Universiteti Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və koordinatoru olduğu “Azərbaycan Universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsinin icrasını uğurla davam etdirməkdədir.

Məlum səbəblərdən layihə çərçivəsində xarici səfərlər, üzbəüz təlimlər, planlaşdırılan işlər və iclaslar müvəqqəti təxirə salınmışdır. Buna baxmayaraq Avropa Komissiyasının tövsiyəsi ilə layihənin icra müddəti, qalan müddət üçün iş planının yenidən nəzərdən keçirilməsi və qarşıda duran bir sıra məsələlərin müzakirə edilməsi məqsədilə Bakı Biznes Universitetinin təşkilatçılığı ilə onlayn görüş keçirilib. Görüş zamanı layihənin müddətinin 1 ilədək uzadılması, eləcə də iş planında nəzərdə tutulan müəyyən işlərin “online” şəkildə yerinə yetirilməsi barəsində təkliflər verilib. İclasda layihənin xarici partnyorları olan İsveçin Kral Texnologiya İnstitutundan doktor Viktor Kordos, İngiltərənin Middlesex Universitetindən dosent George Dafaoulas, İspaniyanın Alikante Universitetindən doktor Denis Galvin, Litvanın SMK Tətbiqi Elmlər Universitetindən dosent Inga Juknytė-Petreikienė və yerli tərəfdaş Universitetlərdən Bakı Biznes Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Naxçıvan Universiteti, Odlar Yurdu Universiteti, Kooperasiya Universiteti, Turizm və Menecment Universiteti və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin nümayəndələri iştirak etmişlər. Layihənin koordinatoru olan Bakı Biznes Universitetini iclasda Beynəlxalq əlaqələr üzrə prorektor Eşqin Bayramov, Layihələr şöbəsinin müdiri Gülşən Bayramova, Keyfiyyət təminatı mərkəzinin direktoru Cavidan Heydarov təmsil edib.

Görüşün sonunda layihənin uğurla davam etdirilməsi məqsədilə növbəti iclasın keçirilməsi qərara alınıb.

 





18.04.2020    çap et  çap et