525.Az

BANM-də onlayn imtahanlara start verildi


 

BANM-də onlayn imtahanlara start verildi<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbində 2019/2020-ci tədris ilinin yaz smesterinin bütün dərslərini başa vuran tələbələr üçün final imtahanı onlayn qaydada təşkil edilib.

Ali Məktəbdən 525-ə verilən məlumatda qeyd olunub ki, ilk olaraq final imtahanları Neft-Qaz mühəndisliyi və Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisaslarının V kurs tələbələri üçün keçirilib.

“Mülki müdafiədə tibbi yardımın əsasları” fənnindən keçirilən imtahanda 70 nəfərə qədər tələbə iştirak edib. 3 saat davam edən imtahanda tələbələr 25 sualı cavablandırıblar.

İmtahanlar LMS (Learning Management System - Öyrənmənin İdarəolunması Sistemi) sistemi üzərindən reallaşdırılıb.

S.QARAYEVA

 





20.04.2020    çap et  çap et