525.Az

Hava soyuyacaq


 

Hava soyuyacaq<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti gözlənilən əlverişsiz hava şəraiti haqqında xəbərdarlıq yayıb.

ETSN-nın mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, dekabrın 11-i günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yenidən soyuq, arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
 
Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Dekabrın 11-12-də güclü şimal-qərb küləyi əsəcək.
 





10.12.2013    çap et  çap et