525.Az

DİN Zaqataladakı insidentə görə saxlanılan şəxs barəsində məlumat yaydı


 

DİN Zaqataladakı insidentə görə saxlanılan şəxs barəsində məlumat yaydı<b style="color:red"></b>

Daxili İşlər Nazirliyi Zaqatala rayonunda noyabrın 24-də 3 nəfərin qətlə yetirilməsi və 1 nəfərin xəsarət alması ilə nəticələnən cinayət işində şübhəli bilinərək saxlanılan Bədəlov Raqib Rasim oğlu ilə bağlı yeni məlumat yayıb.

525.az DİN-in saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Raqib Bədəlovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 29.120 (qəsdən adam öldürməyə cəhd), 221 (xuliqanlıq) və 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunduğu açıqlanıb.

 





10.12.2013    çap et  çap et