525.Az

ABŞ neftinin qiyməti mənfiyə düşdü - Yenilənib


 

ABŞ neftinin qiyməti mənfiyə düşdü -<b style="color:red"> Yenilənib</b>

Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı ABŞ neftinin may fyuçers qiymətləri mənfiyə düşüb.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 22:35-ə olan məlumata görə, bu markalı neftin bir barelinin qiyməti -13,98 ABŞ dollarına enib.

Neftin qiyməti tarixdə ilk dəfə olaraq mənfiyə düşüb. ABŞ neftinin bu həddə ucuzlaşmasının səbəbi anbarların dolması və şirkətlərin artıq həcmləri saxlaya bilməməsidir.

“Brent” markalı neft isə 8%-dək geriləyərək, 26 ABŞ dolları/barelə düşüb. Qeyd edək ki, bu, son 21 ilin ən aşağı göstəricisidir.



 





20.04.2020    çap et  çap et