525.Az

Məleykə Abbaszadə: "İmtahanların qrafikində yenidən dəyişiklik edilib"


 

Məleykə Abbaszadə: "İmtahanların qrafikində yenidən dəyişiklik edilib"<b style="color:red"></b>

Karantin rejimi ilə əlaqədar imtahan qrafiklərində dəyişiklik edilib. Mart və aprel aylarında olan imtahanlar keçirilmədiyi üçün yeni qrafik hazırlanacaq. Bu qrafik 10 gün ərzində ictimaiyyətə təqdim ediləcək.

525-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, mayın 4-dən karantin rejimindən tədricən çıxacacağıq: “Biz də buna uyğun olaraq, imtahan qrafiki təqdim edəcəyik. Sual verilir ki, imtahan nə zaman olacaq. Bunu dərk etmək lazımdır ki, əsas məqsədimiz sanitar-gigiyena qaydalarına əməl etmək, insanların sağlamlığını qorumaqdır. İmtahan iştirakçılarını təhlükəyə atmamalıyıq”.

S.QARAYEVA

 





21.04.2020    çap et  çap et