525.Az

"Keçid ballarını DİM müəyyənləşdirmir"


 

"Keçid ballarını DİM müəyyənləşdirmir"<b style="color:red"></b>

“Hərbi xidmətlə əlaqəli güzəşti biz vermirik. Bu qanunla tənzimlənir”.

525-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bugün keçirdiyi brifinqdə  deyib. M.Abbaszadə bildirib ki,  bu güzəştlər aidiyyəti dövlət qurumları tərəfindən verilir və DİM buna uyğun olaraq da qərar qəbul edir: "Bu il üçün bu sahədə hər hansı güzəştin olması nəzərdə tutulmur".

M.Abbaszadə onu da qeyd edib ki, keçid ballarını DİM müəyyənləşdirmir: "Müsabiqədə iştirak üçün şərtlər də Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Bu il də müəyyən ixtisaslarda müsabiqə vəziyyəti daha yüksək, bəzilərində də aşağı olacaq. Bunu da əvvəlcədən bilmək mümkün deyil".

S.QARAYEVA

 





21.04.2020    çap et  çap et