525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış (davamı)


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış <b style="color:red">(davamı)</b>

İdris ABBASOV 

Qərbin bütün torpaqlarda tətbiq etdiyi latınca ibadət (liturgiya) Şərq missionerləri tərəfindən aradan qaldırıldıqdan sonra Şərqin mərkəzi olan İstanbulun slavyanları xrsitianlaşdırması asanlaşdı nəticədə İstanbul kilsəsinin xristianlaşdırma fəaliyyəti XI əsrdə başa çatdı. 643- ildə İsgəndəriyyənin müsəlmanların əlinə keçməsindən sonra Bizans İmperatorluğu özünün tənəzzül dövrünü yaşadı. Bizans torpaqlarında VI əsrdən bəri önəm qazanan ikonlara sayğı VIII əsrdə daha da vüsət aldı. İmperator III Leon ikonalara tapınmanın qarşısını almaq üçün 730-cu ildə bir əmrnamə imzaladı. 745-ci ildə Konstantin bu əmrnaməni müdafiə etdi onun 753- ildə topladığı konsil ikonalara sayğını yasaqladı. Amma şiddətli etirazlardan sonra İznikdə toplanan VII Ümumdünya Kilsə Məclisi (787) bu yasağı aradan qaldırdı. XI əsrdən XIII əsrin sonuna qədər olan dövrdə xristianlıq biri ortodoks katolik kilsələrinin ayrılması, digəri xaç səfərləri olmaqla iki mühüm məsələ ilə qarşılaşmışdır. Bizans torpaqlarındakı kilsənin Ortodoks kilsəsi adı ilə Roma kilsəsindən ayrılmasına səbəb olan başlıca hadisələr aşağıdakılardan ibarətdir: a) fərqli mədəni zəminlər. Bizans torpaqlarının əhatə etdiyi coğrafiya ellinizm dövründən bəri Latın Avropasından uzaq qalmış yunan mirası üzərində formalaşmışdır. Başda Anadolu olmaqla yunan təsirində qalan Orta Şərq coğrafiyasında ibadət dilinin yunanca olması latın liturgiyası ilə kifayət qədər fərqlilik meydana gətirirdi. Kilsə IV əsrdən bəri bu fərqliliyi aradan qaldırmağa çalışsa da bir şeyə nail ola bilməmişdir; b) Şərqdə dövlətin kilsəyə nəzarət etməsi. Konstantinlə başlayan bir ənənə kimi Bizansda imperatorlar kilsənin gələcəyini istiqamətləndirməyə çalışmışdırlar. Xüsusilə, ikonalara ibadət edilməsinə qarşı çıxmaq Romadakı kilsənin narazılığına səbəb olmuş Roma bu hadisəni dövlətin kilsəyə müdaxilə etməsi kimi qiymətləndirmişdir; c) Çarlmənin (Charlemagne) papa tərəfindən imperator elan edilməsi. Papa III Leonun 800- ildə Çarlməni xristianlığın kralı elan etməsi Bizansı narahat etmişdir. Çünki Çarlmənə xristian missionerliyinin tapşırılması şimal xalqlarının Roma tərəfindən xristianlaşdırılması demək idi; ç) Slavyan xalqlarına aid missioner fəaliyyəti mövzusunda Qərb Şərq kilsələri arasında anlaşılmazlığın ortaya çıxması ilə İstanbul patriarxı Fotyos (Photios) latın inanc tətbiqatlarından bəzilərini ittiham edən bir kilsə bəyannaməsi yaymış, bu bəyannamə iki kilsə arasındakı anlaşılmazlığı üzə çıxarmışdır. Fotyos Romanın evlənməməyi ön plana çəkməsini kilsədəki maniheist təsirə bağlayaraq tənqid etmişdir; d) növbəti ayrılıq səbəbi isə XI əsrin ortalarında papanın Cənubi İtaliyadakı yunan kilsə ənənələrini zorla latınlaşdırmağa çalışması nəticəsində ortaya çıxmışdır. Romanın bu davranışına cavab olaraq İstanbul patriarxı Maykl Serularyus İstanbuldakı latın kilsələrini bağladı. Kardinal Humbert isə İtaliyadan gələrək İstanbuldakı Ayasofya qurbangahına aforoznamə qoydu (1054- il). Bu bəyannamə patriarx Serularyusu, yunanların Müqəddəs Ruh doktrinasını yunan rahiblərinin evlənməsini aforoz edirdi. 1054- il Katolik Ortodoks kilsələrinin ayrılmasına işarə edən önəmli bir dönüş nöqtəsidir. Bu tarixdən etibarən Ortodoks kilsəsi XIV-XV əsrlərə qədər Bizans İmperatorluğu tərəfindən təmsil edildi. İstanbulun türklər tərəfindən fəth edilməsindən sonra eyni missiyanı davam etdirən ölkə "üçüncü Roma" sifətilə Rusiya olmuşdur. Orta əsr xristianlığının Avropanın Orta Şərqə qədər uzanan geniş coğrafiyadakı müxtəlif mədəniyyətlərin qarşılaşdığı ikinci problem xaç yürüşlərinin yol açdığı sıxıntılarla bağlı olmuşdur. Bu sıxıntılı nəticələr Avropada XI əsrdən başlayaraq irəliləyən feodalizm cəmiyyətindən kapitalizmə keçidi sürətləndirmişdir. Bu müddət özünə qapalı xristian teologiyasından xarici aləmə açılan bir müddət sonra İntibahla birləşərək Avropa xristianlığının da görünüşünü dəyişdirəcək olan yeni bir dövrün başlandığından da xəbər vberirdi. XIV əsrin əvvəllərində xristianlığın inkişafına kömək edən üç önəmli ünsürün dəyişikliyə uğradığı görülür. Hər şeydən əvvəl bu tarixdən etibarən kilsə həm coğrafi, həm papalıq kimi şəxsi hakimiyyətini mərkəzi gücünü itirmişdir. Papalığın 1309-cu ildə Aviqnona köçürülməsi itirilən mərkəzi hakimiyyətin ən önəmli əlamətlərindən biridir. Digər tərəfdən kilsənin irəli sürdüyü teoloji açıqlamaların heretiklər (kafirlər) tərəfindən rədd edilməsi ənənəvi katolik əqidələrinin yayılmasına əngəl olurdu. Milli hərəkatların güclənməsi məhəlli kilsələrin qurulmasına kilsənin liturgiya kimi mövzularda maddi hakimiyyətini itirməsinə səbəb olmuşdur. Digər tərəfdən xristianlığın şərq qanadını təmsil edən Bizansın VII əsrdən başlayan XI əsrdə genişlənən İslam fəthləri ilə məşğul olması şərqi xristian mədəniyyətinin yavaş-yavaş slavyan torpaqlarına, Kiyevə daşınmasına yol açdı. 1453- ildə İstanbulun fətihndən sonra Ortodoks kilsəsinin Moskvaya nəql edilməsini hazırlayan siyasi zəmin bu dövrlə yaxından bağlıdır. XV əsrə qədər bütün gücü ilə davam edən heretik cərəyanlar islahatlar üçün zəmin hazırlayırdı. Bu hərəkatların nəticəsində Avropada milli kilsələr ortaya çıxmış, ən azı xalq səviyyəsində Romanın öz hakimiyyətini davam etdirməsi zəifləmişdir. Heretik hərəkatların şiddətinin cənubdan şimala doğru get-gedə artması eyni zamanda kilsə mədəniyyətinin heretik olsa yayılması mənasına gəlirdi.

Müasir dövrdə xristianlıq:
islahat protestanlıq

Latınca reformatio (yeniləşdirmə) təbiri XVI əsrdən etibarən fərqli bir anlam kəsb etmişdir. Bu əsrin ilk dörddə birindən etibarən "reformatio" kəlməsi biri kilsənin islahatı, digəri yeni kilsələrin quruluşuna yol açan dini-siyasi ortam olmaqla ikitərəfli bir mənaya sahib oldu. Reform sözü ilə yanaşı işlədilən "protestant" kəlməsi xüsusiləşmiş bir məna kəsb edərək papalığa qarşı çıxan kilsələri ifadə edir. Xristian coğrafiyası islahat hərəkatının inkişafına paralel olaraq formalaşmışdır. Reform hərəkatı XII əsrdən etibarən yeniləşməyə ehtiyac duyan Avropa xristianlığının klassik sərhədlərini aşma təşəbbüsünün bir nəticəsi kimi qəbul olunmalıdır. XII əsrdən sonra xristianlığın yeni başlayan kapitalist mərhələyə uyğunlaşmaması nəticəsində V əsrdən XII əsrə qədər davam edən feodal quruluşla xristian düşüncə arasında balans pozulmuşdu. XV əsrin sonu eyni zamanda milli dövlət anlayışına keçidlə xarakterizə olunur. Xanədan idarəçiliyindən milli dövlət düşüncəsinə keçid, təbbi ki, papalığın səlahiyyətlərinin əlindən alınması demək idi. Reformun german torpaqlarında cərəyan etməsi bir mənası ilə Almaniya ilə Latın Avropası arasındakı hakimiyyət mücadiləsinin dini dona bürünərək təzahür etməsidir. Buna görə reform hərəkatının altında siyasi bir zəminin mövcudluğu unudulmamalıdır. İlk protestantlar kimi reform hərəkatının başlıca nümayəndələri Martin Lüter (ö.1546), Ulriç Zvinqli (ö.1531) Jan Kalvin (ö.1564) sayılır. Bu şəxslərə görə kilsə təşkilatı müasir Avropa insanını əhatə etmədiyi üçün çökmüş, teoloji açıqlamalar yetərsiz qalmış xristianlıq əsl mahiyyətindən uzaqlaşdırılmışdır. İslahatçıların başlıca məqsədi kilsənin həqiqi mesajına qayıtmağı təmin etməkdir. Bütün islahatçılar ruhban (rahiblər) sinfinin rəhbərliyini rədd edib mərkəzi hakimiyyətdən uzaq qalan daha orijinal bir təşkilatlanma biçimi kimi müdafiə etdikləri pastoral kilsə anlayışına doğru istiqamət götürmüşdürlər. Hakimiyyət kilsənin din adamlarının əlindən alınmış, müqəddəs kitabın heç bir vasitə olmadan anlaşılmasına imana rəvac verilmişdir. Müqəddəs kitabın başa düşülməsi üçün ənənəyə ehtiyac yoxdur. Hər kəs müqəddəs mətni anlamaq qabiliyyətinə malikdir. Bu qabiliyyətə çatmağın yeganə şərti isə imandır. Onlar müqəddəs kitabda olmayan bir sıra ayinləri rədd etdilər. Lüter dövlət kilsə arasındakı fərqi göstərməklə yanaşı, yeri gəldikdə hər iki gücün bir araya gəlməsinin zəruriliyini irəli sürmüşdür. Sonralar marksistlərin ilk öncüllərindən biri kimi qəbul etdikləri protestant Tomas Müntzer (ö.1525) alman kəndli üsyanlarını təşkil edərək rəsmi hakimiyyətlərə qarşı çıxmışdır. Müntzerin başladığı inqilabi protestant ənənəsi bir çox radikal məzhəb içərisində mövcudluğunu davam etdirmişdir.

Protestantlıq hərəkatı Şimali Orta Avropa ölkələrində sürətlə yayıldı. Katolik kilsəsi tərəfindən təhlükəli qəbul edilən bu durum 1618-1648-ci illərdə baş verən Otuzillik müharibənin başlamasına səbəb oldu. Bu müharibə nəticəsində Katolik kilsəsi itirdiyi bəzi torpaqları geri qaytardı. 1648-ci ildə Vestfalyada imzalanan anlaşma ilə sona çatan bu savaşlardan sonra bu günkü Avropa coğrafiyasının təməli atılmış oldu. XVI-XVII əsrlərdən etibarən xeyli sayda alt qruplara ayrılan protestant kilsələri ortodokslarla da maraqlandı. Lüterçilər İstanbul patriarxı II Yeremiya ilə əlaqə yaratdılar. İstanbul patriarxı Kril (Cyril) Lukaris Kalvinçi görüşlərdən təsirlənərək protestantlarla təmasa girdi. Amma bu əlaqələr müsbət nəticələr əldə etməyə yetmədi. 1672-ci ildə Qüds ortodoks sinodu protestantları kafirlikdə təqsirləndirdi. Katolik kilsəsi protestantlıq təhlükəsinin bütün Avropanı sarmasından əndişələnərək kilsə daxilində islahatlar etməyə başladı. Bu məqsədlə toplanan Trent məclisində (Latınca: Concilium Tridentinum) bir sıra islahatlar edilsə , papanın bütün xristianlığın lideri olduğu fikrindən vaz keçmədilər. Reform hərəkatı nəinki protestantlığı assimilyasiya edə bilmədi, əksinə, hər iki məzhəbin bir-birindən daha çox ayrılmsına gətirib çıxardı.

Avropa xaricindəki xristian coğrafiyası

XVI əsrdən etibarən Afrika, Asiya Amerikada yürüdülən missioner fəaliyyətləri İstanbulun türklər tərəfindən fəthindən sonra Ortodoks kilsəsinin Rusiyaya daşınması Avropa xaricindəki xristian coğrafiyasını müəyyənləşdirən ən önəmli hadisələrdir. İslam fəthləri nəticəsində bir sıra yerlərin əldən çıxması kilsəni daha təşkilatlı missioner təşkilatları qurmağa daha intellektual missionerlər yetişdirməyə sövq etdi. Xristian coğrafiyasının mədəniyyətinin inkişafına istiqamət verən ikinci fakt Bizans mədəniyyətinin Anadoludan Rusiyaya daşınmasıdır. IX əsrdən 1240- ildəki monqol istilasına qədər olan dövrdə Rusiya torpaqlarında kilsə get-gedə güclənirdi. Slavyan ölkələrindəki ən güclü kilsə Kiyev kilsəsi idi. 1453- ildə Osmanlıların İstanbulu fəthindən sonra Ortodoksluğun mərkəzi məsələsi yenidən gündəmə gəldi. Xristianlığın yayılmasında öncəki funksiyasını xatırladan Rusiya kilsəsi Ortodoks mədəniyyətinin faktiki mərkəzinin Moskva olduğunu irəli sürdü. Moskva 1589-cu ildə "üçüncü Roma" sifəti ilə xristian patriarxlığına bərabər bir nüfuzla yeni Ortodoks kilsəsinin mərkəzi elan edildi. Beləliklə, İstanbul patriarxlığı simvolik dəyərini qorumaqla yanaşı Moskva faktiki olaraq Ortodoks mədəniyyətinin təmsilçisi oldu.

(Ardı var)

 





10.12.2013    çap et  çap et