525.Az

Dünyada polad istehsalı azaldı


 

Dünyada polad istehsalı azaldı<b style="color:red"></b>

2020-ci ilin mart ayında dünyada polad istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 6% azalaraq 147,05 milyon ton təşkil edib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “World Steel Association” öz hesabatında dərc edib.

2020-ci ilin mart ayında Asiya ölkələri hasilatı 4,1% azaldaraq 105,7 milyon ton istehsal edib, AB ölkələri isə 12,03 milyon ton polad istehsal edib ki, bu da bir il əvvələ nisbətən 20,4% azdır. Şimali Amerika ölkələri tərəfindən polad istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% azalaraq 9,66 milyon ton təşkil edib.

 





22.04.2020    çap et  çap et