525.Az

Türkiyədə 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı eyvanlardan qeyd edildi


 

Türkiyədə 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı eyvanlardan qeyd edildi<b style="color:red"></b>

Türkiyə bu gün 23 Aprel Milli Suverenlik və Uşaq Bayramının 100 illiyini eyvanlarda qeyd edib.

APA-nın yerli bürosunun xəbərinə görə, öncə yerli vaxtla 21.00-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqını təbrik edib, sonra uşaqlarla birlikdə “İstiqlal” marşını ifa edib.

Türkiyə Türkiyə Böyük Millət Məclisinə (TBBM) toplanan millət vəkillərilə eyni anda 81 vilayətdə insanlar eyvanlara çıxaraq “İstiqlal” marşını səsləndiriblər.

TBBM-in səmasında və evlərin eyvanlarından havaya fişənglər atılıb, Türkiyə bayraqları dalğalanıb.

Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkənin 31 şəhərində  komendant saatı elan olunub. Bu səbəbdən Türkiyədə 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı “eyvan formatında” təşkil edilib.

 





23.04.2020    çap et  çap et