525.Az

“Şəhidlər həftə”sinin qeyd olunması təklif edildi


 

“Şəhidlər həftə”sinin qeyd olunması təklif edildi<b style="color:red"></b>

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Azərbaycanda “Şəhidlər həftəsi”nin qeyd olunmasını təklif edib.

APA-nın məlumatına görə, Milli Məclisin bugünkü plenar iclasında çıxış edən M. İbrahimqızı deyib ki, Türkiyə və digər ölkələrdə il ərzində müəyyən bir həftədə şəhidlərin xatirəsi yad edilir.

Millət vəkili Azərbaycanda da şəhidlərin yad edilməsi üçün müəyyən həftənin müəyyənləşdirilməsini və təqvimə daxil edilməsini təklif edib.

Onun sözlərinə görə, həmin həftə ərzində Azərbaycanda bütün şəhidlərin xatirəsi yad edilər.

 

 





24.04.2020    çap et  çap et